Erməni qız Azərbaycana səs verdi
“Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədova Ermənistandan da səs verənlər olub.
Bunu açıq şəkildə bəyan edənlər də var. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz belə bloqunda yazıb:
"Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!".
Bundan sonra erməni istifadəçilər Melina Arzumanyana qarşı hücumlara başlayıblar. "Virtual terror"dan bezən Arzumanyan bloqunu gizlətməyə məcbur olub.