Loading...
Türkiyədə baş vermiş zəlzələ Azərbaycana təsir edə bilərmi? - RƏSMİ

Türkiyədə baş vermiş zəlzələ Azərbaycana təsir edə bilərmi? - RƏSMİ

Loading...

Türkiyənin Elazığ və Malatya vilayətlərində baş vermiş güclü zəlzələ hələ bir müddət davam edə bilər. Amma yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir.


Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Elazığ və Malatya vilayətlərində baş vermiş güclü yeraltı təkanlarla bağlı açıqlamasında bildirib.


O qeyd edib ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə qeydə alınan yeraltı təkanlar kifayət qədər təhlükəli olsa da, Azərbaycana təsir göstərməyəcək:


“Təəssüf edirik ki, Türkiyədə bu cür ağır zəlzələ baş verdi. Təbii ki, yeraltı təkanların davam edib-etməyəcəyi ilə bağlı fikirlər söyləmək üçün hadisə yerinə baxış keçirilməlidir. 6,8 bal gücündə zəlzələ çox güclüdür.

Növbəti dəfə də yeraltı təkanlar qeydə alındı. Ümumilikdə, bütün güclü təkanlardan sonra bir neçə dəfə nisbətən zəif avtoşoklar baş verə bilir. Amma yeraltı təkanların Azərbaycana heç bir təsiri gözlənilmir”.


Xatırladaq ki, dünən Türkiyənin Elazığ və Malatya vilayətlərində güclü zəlzələ baş verib. 6,8 bal gücündə olan təkanlara görə Adana, Diyarbakır, Qaziantep şəhərlərində insanlar gecəni küçələrdə keçiriblər. Təbii fəlakət nəticəsində bir sır ayaşayış binası uçub. Dağıntılar altından qalan insanların çıxarılması davam etdirilir.


Son məlumatlara görə, yeraltı təkanlar nəticəsində 20 nəfər həlak olub, yaralıların sayı isə 1015-ə yüksəlib.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

    End of content

    No more pages to load