Loading...
Namaz və sağlamlıq

Namaz və sağlamlıq

Loading...
Namaz və sağlamlıq

Müsəman namazı Allahu təalanın əmri olduğu üçün qılır. Rəbbimizin əmrlərində bir çox hikmət, fayda vardır. Qadağanlarında da bir çox zərərlərin olduğu şübhəsizdir. Bu fayda və zərərlərin bir qisimi bu gün tibb mütəxəssislərin tərəfindən təsbit edilmişdir. İslamın sağlamlığa verdiyi əhəmiyyəti, heç bir din və düşüncə verməmişdir. Dinimiz, ibadətlərin ən üstünü olan namazı, ömürümüzün sonuna qədər etməyi əmr etmişdir. Namaz qılan, sağlamlıq üçün olan faydalarına da əlbəttə qovuşar. Namazın sağlamlıq cəhətdən təmin etdiyi faydalardan bəziləri bunlardır:

1 - Namazda edilən hərəkətlər yavaş olduğundan ürəyi yormaz və günün müxtəlif saatlarında olduğu üçün insanı həmişə dinc saxlayar.

2 - Gündə başını səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq çox qan çatar. Buna görə beyin hüceyrələri yaxşı qidalandığından yaddaş pozğunluqlarına namaz qılanlarda çox daha az rast gəlinir. Bu insanlar daha sağlam bir ömür keçirərlər. Bu gün tibbdə "demans senil" deyilən ağlını itirmə xəstəliyinə uğramazlar.

3 - Namaz qılanların gözləri, müntəzəm olaraq əyilib-durduqları üçün daha qüvvətli qan dövranına malik olar. Bu səbəblə göz təzyiqində artım olmaz və gözün ön qisimindəki mayenin tez-tez dəyişməsi təmin edilmiş olar. Gözü "katarakt” xəstəliyindən qoruyar.

4 - Namazdakı izometrik hərəkətlər, mədədəki qidaların yaxşı qarışmasına, qidanın asan axmasına və öd kisəsində yığılmamasına, pankreasdakı fermentlərin asan boşalmasına kömək olduğu kimi, qəbizliyin aradan qaldırılmasında da rolu böyükdür. Böyrəyin və sidik yollarının yaxşıca çalxalanır, böyrəkdə daş yaranmasına mane olur.

5 - Beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda işləməyən əzələ və oynaqları çalışdıraraq, oynaq xəstəliklərini və əzələ tutulmalarının qarşısını alır.

6 - Bədən sağlamlığı üçün təmizlik şübhəsiz lazımdır. Dəstəmaz və qüsul, həm maddi, həm də mənəvi bir təmizlikdir. Budur, namaz, təmizliyin də özüdür. Çünki həm bədəni, həm də ruhi təmizlik olmadan namaz olmaz. Dəstəmaz və qüsul bədənin təmizliyini təmin edər. İbadət vəzifəsini yerinə yetirən insan ruhən istirahət etmiş, təmizlənmiş olar.

7 - Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün ən uyğun vaxtlardır.

8- Yuxunu tənzimləyən əhəmiyyətli ünsür namazdır. Hətta bədəndə yığılan statik elektriklənmə, səcdə etməklə yox edilir. Beləcə bədən gümrah olar.

Namazın bu faydalarına qovuşmaq üçün, namazı vaxtında qılmaqla birlikdə, təmizliyə, çox yeməməyə və yeyilən qidaların təmiz, halal olmasına da diqqət etmək lazımdır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

(Bakinech)

18 İyun 2010 09:58

Sitat: Lady_ADU
Insallah men de qilmaq isteyirem amma nese cesaretim catmir buna...Insallah baslayacam amma..

gelecek zamanda daniwma. Inwallah. Bashla. elbet bu yoldan uduzan olmuyub.

Miss_Zaqadka

18 İyun 2010 09:57

Insallah men de qilmaq isteyirem amma nese cesaretim catmir buna...Insallah baslayacam amma..

MR.QARRI

18 İyun 2010 09:54

- Namaz vaxtları qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün ən uyğun vaxtlardır.


gözəl mövzudu 5+

Lineva

18 İyun 2010 00:27

ALLAH butun namaz qilanlarin namazin qebul etsinamin

MASTER-SAN

18 İyun 2010 00:26

hmm Ay namaz qilanlar .Menim ucun dua eleyin namazda ..Elemeyen indiden desinki elemeyecem ...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

LARACROFT

17 İyun 2010 23:55

Deməli mən sağlamam
ALLAH bütün namaz qılanların namazlarını və dualarını qəbul etsin.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

10-suz

17 İyun 2010 23:18

tsk men de qilmaq isteyirem ne bilim?insallah qismet olsa

Matilla

17 İyun 2010 22:59

Allah razi olsun Inwallah qilacam

ChocoLatte

17 İyun 2010 22:49

Sitat: belickaaa
Boyumusen ee uje..?? lap boyuk kizlar gibi daniwdin

E biraz oyleyim boyumusem.Ancaq yasima baxmayaram (ozumu teriflemirem)dusunce terzim ideologiyam genisdi...bunu sende hiss etdin demeli oyleyim

NellY

17 İyun 2010 22:14

_ANTI EMO_,
Boyumusen ee uje..?? tongue2 lap boyuk kizlar gibi daniwdin

Vanessa

17 İyun 2010 22:02

Men namaz qiliram.allah herkesin namazini qebul etsin..Sidq urekle qilanlarin!!

Qreqor Zamza

17 İyun 2010 22:00

Çox heyifki qılmıram..Məktəb qurtarsın,başlayacam qılmağa. winked
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Lunchi_Pulchi

17 İyun 2010 21:28

Sitat: C_R_7
men qilmiram inwallah gelecekde qilaram

incimə amma kim sənə diyib ki sən sabah sağ duracaqsan?
namazı gecikdirənlərə sadəcə bir misal çəkirəm.məlumdu ki 30aprel azi terroru.ne qder cavan öldü.necə ümidləri var idi. heç ağıllarına gətirərdilər ki sabah hamımız öləciyik?əcəlin hardan necə gələcəyini bilə bilmərik.namaz qılın .gecikdirmiyin .orda bizdən namaz soruşulacaq

ChocoLatte

17 İyun 2010 21:26

Sitat: belickaaa
ALLAHIM her birimizin namazini gebul elesin!AMIN.......

AMIN!!!Her biirmizin arzusudu ki,hacansa Namaz qilaq INSALLAH qilmaq isteyenlerin yolu aciq olar...

Nagil

17 İyun 2010 21:23

namaz qilan insan daima gumrah,saglam olur en azindan o ALLAHIN buyurdugunu edib deye qarsiligini alir

İrmak

17 İyun 2010 21:12

men qilmiram inwallah gelecekde qilaram
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

NellY

17 İyun 2010 21:11

ALLAHIM her birimizin namazini gebul elesin!AMIN.......

Sevka_(JoY)

17 İyun 2010 20:14

ƏlHəmdilullah !!

2 - Gündə başını səksən dəfə yerə qoyan bir kimsənin beyninə ritmik olaraq çox qan çatar. Buna görə beyin hüceyrələri yaxşı qidalandığından yaddaş pozğunluqlarına namaz qılanlarda çox daha az rast gəlinir. Bu insanlar daha sağlam bir ömür keçirərlər. Bu gün tibbdə "demans senil" deyilən ağlını itirmə xəstəliyinə uğramazlar.


Gün ərzində, Namazda 36 dəfə alnım Səcdə-də olur.
Əlavə olaraq, Dualarımı və Salamlarımı da Səcdə halında edirəm !


Allah, razı olsun !


Namaz - ən gözəl idmandır !
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Lunchi_Pulchi

17 İyun 2010 20:03

hz Peyğəmbərimiz (sas) buyurub ki namaz bir bulaqdı ki hər gün müsəlmanlar orada yuyunub təmizlənərlər.
həm də ki özünüz düşünün müntəzəm əllər ayaqlar üz yuyulur.hamısı təmizlikdi.həm ruhun həm bədənin təmilənir.