Loading...
Bir məsələ

Bir məsələ

Loading...
Bir məsələ


Bir kimsə fərz namaza tək başlamış ikən yanında bir camaat fərzə başlasa; ilk rükətin səcdəsinə getmədiysa dərhal bir tərəfinə salam verib namazdan çıxsın və imamı xəbərdar etsin.

Əgər ilk rükətin səcdəsini etdisə dörd rükətlik bir fərz isə iki rükət qılıb təşəhhüd sonra salam verib imamı xəbərdar etsin.

Üçüncü rükətin səcdəsini etdisə namazını tamamlayar.

Dünyanın zəhməti bitməz...

Allahu Təala dünyanı bir imtahan yurdu olaraq yaratdı. Ondan az almağı rəhmət, ona çox dalmağı da zəhmət qıldı.

İmam Qəzali həzrətləri buyurdular:

Ehtiyacınızdan çox yığılan dünyalıq mal və mülk şeytanın tükənməz xəzinəsidir. Çünki bir gündəlik alimenti olan kimsənin ürəyi rahatdır. Bu kimsənin əlinə yüz dinar (qızıl lirə) keçmiş olsa, dərhal ürəyinə bu pulu sərfedəcəyi on cür arzu düşər ki, bunların hər birinin reallaşdırılması üçün yenə üzlərlə dinar tələb edir. Tapdığı pul bu arzuları üçün çatmaz də yenə başqa tərəfindən doqquz yüz dinara möhtac olar. Halbuki bu kimsə pullar əlinə keçmədən əvvəl belə ehtiyaclar hiss etmirdi. Əlinə keçən pulla zəngin olduğunu zənn etdi, lakin başqa ehtiyaclar görmək üçün yenə doqquz yüz dinara möhtac hala gəldi. Bu kimsə əlindəkiylə hər nə alsa onun da görülməsi lazım olan başqa ehtiyacları çıxar. Sonu gəlməz ehtiyac içində diyirlənər gedər.

İmam Şa'rânî Həzrətləri belə buyurdular: Şübhəsiz Allahın övliyası belədir: Əgər dünyadakı bütün insanlar onlardan birinin övladı olsa, yaxud dünyanın bütün malı onlardan birinin olsa, sonra Allahu Təala bütün hamısını bir dəfədə alsa əsla halı dəyişməz. Bəlkə daha çox sevinirlər və belə deyərlər:

"Biz bu ağrını daddıq amma Allahın təqdirinə razı gələrək qazandığımız savabın sevinci övladımızı ölümündən və ya malın getməsindən daha sevimli gəldi."
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

nuray00

12 Aprel 2013 22:59

maraqlidi twk allah sizden razi olsun cox beyendim smile

Həyat

12 Aprel 2013 22:41

çox maraqlıdı təşəkkürlər canım give_ros
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

U_Smile

12 Aprel 2013 20:13

Maraqla oxudum axira qeder twk

Smiler

12 Aprel 2013 17:58

hamsi duzdu tesekkurler

Mələk

12 Aprel 2013 17:09

Sitat: Sevinc...
Bütün yazdiqlarivizla raziyam amma ne edekki ister istemez biz bunlara riayyiyet etmirik en azindan cemiyyet beledi

tam razıyam

PeTTy

12 Aprel 2013 16:56

Men çox beyendim,heqiqeten maraqla oxudum,fikir de bildirmek isteyerdim,amma bele deyecek sözüm yoxdu,sağ ol,Nina.

Eva_1

12 Aprel 2013 16:52

Halbuki bu kimsə pullar əlinə keçmədən əvvəl belə ehtiyaclar hiss etmirdi. Əlinə keçən pulla zəngin olduğunu zənn etdi, lakin başqa ehtiyaclar görmək üçün yenə doqquz yüz dinara möhtac hala gəldi.
Həqiqətən pulu çoxalan insanların həmişə imanları azalır.Pulu çox alan ancaq insanlığı olan çox az adam var. Əlində olan varına görə şükr edən insanlar çox azdı
--------------------

♣YoL_Cu♣

12 Aprel 2013 16:51

Dünya mənlik deyil, hər şey adidir sanki


--------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

Sevinc...

12 Aprel 2013 16:34

Bütün yazdiqlarivizla raziyam amma ne edekki ister istemez biz bunlara riayyiyet etmirik en azindan cemiyyet beledi ama ne yazmisisa düzdü.TWK