Loading...
İslam və siz [Müzakirə]

İslam və siz [Müzakirə]

Loading...








Gəlin sizlə bir mövzunu müzakirə edək... Deməli belə, yaşadığımız

ölkə əhalisinin çoxusu özünü müsəlman adlandırır. Yəni bu deməkdir ki, dindən anlayışı

olan da, olmayan da özünü müsəlman adlandırır... Hansı ki, heç islamın qaydalarına əməl

etməməklə yanaşı həm də bu qaydalardan anlayışı olmadan xəbərsizdir, lakin bu adla

yaşayır... Belə saxtakarlıqlarda insanlarda islama qarşı pis fikirlər yaranmasına səbəb

olur... İslamın qoyduğu qayda-qanunlar məhz insanların yaxşılığı üçündür. Və onun

qadağa qoyduğu bəzi şeylərdə yalnızca insanın qorunması səbəbdəndir. İslamın mühüm

mövzularından biridə şəriət qayda-qanunlarıdır... O şəriət qaydaları ki, bizim günlük

yaşamımızda doğru yolda olmağımıza vasitəçilik edirlər... Şəriət qaydalarının əsası düzgün

ibadət, insanlar arasında necə davranış münasibətləri (qohumluq, qonşuluq, iş

əlaqələri, dostluq, düşmənlərlə münasibət və s.), evlilik münasibətləri, yemək-içmək

ehkamları (haram və halal) və s.  mövzularıdır... Bəzi insanlarda vardır ki, islam

qaydalarına yaxşı bələd olduqları halda xaricdən dinsiz insanlara baxaraq,necə deyərlər öz

düzgün yollarını itirirlər... Hər halda belə nəticəyə gəlmək olar ki, islam qaydaları dərin bir

mövzudur. Dini imanı olan və ya anlayışı olmayan birinin istər istəməz anlamadığı və

səbəbli yaxud səbəbsiz yerinə yetirmədiyi bir çox dini qaydalar vardır (özümdə daxil

olmaqla). Və indiki müasir dövrdə həqiqi müsəlman olmaq çox çətin bir məsələdir, bəzi

insanlara göründüyü kimi, bu baha başa gəlir (maneələrlə rastlaşırlar (dövlət, təhsil, ailə

və s.))Sizə suallarımsa bunlardır:

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı

münasibətiniz?

2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?

3. İslamın hansı qaydalarına əməl edirsiniz?

4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?

(səbəbi ilə cavab verin)

5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa

çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə

bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?

6. Ətrafınızdakı insanların islam haqqındakı hansı düşüncələri var?

(ailə, dost, yaxınlarınız)

7. Münasibət qurarkən(sevgi,dostluq) dinə nə dərəcədə önəm

verirsiniz?

P.S. Müzakirə hamıya (dindara da ,dinsizə də) açıqdır... Bir şərtlə

ki, İslama, qarşınızdakı şəxsə və yazının müəllifi kimi mənə qarşı təhqirə yol

verməyin! Cavablarınızda da açıq fikirli, səmimi olmağa çalışın...

Yazı ilə bağlı fikirləriniz...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

♣YoL_Cu♣

29 Aprel 2013 11:35

İnsanların çox hissəsi düzdür, azğınlaşır, həddi aşır, pislər çox ola bilər, amma əsla yaxşıları üstələyə, haqqın üzərinə keçə bilməz, insanın ən pis nankorluğu, səhvi ilk yaradılışını dərk etməməsi, unutmasıdır, insan özünü çox üstün bir varlıq hesab edir, lakin yaradılışına bir göz gəzdirsə, qəlbinin, danışdığı dilin belə sadəcə ət parçası olduğunu,əvvəlinin tökülən bir damla nütfə olduğunu, sonunun leş ölüm olacağını, həqiqətən də onların varlığındakı səbəbi dərk eləsə, yolu asanlaşar, belə ki, doğrunu- düzü ayırd edə bilər, hər şeyin amma hər şeyin başında insanın özünü tanıması durur, istər müsəlman, istər xristian, istər yəhudi, istər, ateist, istər deist- insan yaradılışını dərk eləsə nəyin doğru, nəyin səhv olduğunu bilər
Sitat: Nahid-19
ən əsasda müsəlmançılığımızı korlayan elə bizim qızların çox hissəsidi (hamısına şamil etmirəm

Doğrudur, Allah oğlanları tpoyluqdan, uymaqdan allanmaqdan qorusun, adi küçədə yolda belə parazit kimi insanı özlərinə çəkməyə çalışırlar, təhrik edici sözlərlə, xəstəlik də diz boyu


----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

RaySum

17 Aprel 2013 20:57

SUallari cvblandirmayacam,..cunki hele bilmirem burdaki movzu haqqinda ne yazim

Huzur005

8 Aprel 2013 22:27

1.) Muselman dedikde Allaha Teslim olmus birisi basa dusulmelidir.Cunki Muselman sozu Teslim olmus menasini verir.Esl muselmanlar cox azdir.Bircoxlari Men muselmanam deyir,O adama demek isteyiremki Neyi ve nece Teslim etmisen?

2.) Esl Muselman En azindan 4 teslimden birine sahib olmalidir.

3.) Islamin qanun-qaydalari coxdur, Islamin qaydalarina,Allaha itaet menim ve butun insanlarin NEFS teskiyesine baglidir.Nefsimin afetleri ne qeder teskiye olubsa o qeder Itaetkaram,Onuda bilmirem ne qeder olub.

4.) Heqiqi Islamda,Allahin dininde,Qurani Kerimde yazilan,buyrulan Emrlere ve qaydalara Tam Raziyam. Ama bircox alimler ozlerinin herhansisa bir fikrini Islamin qaydasiymis kimi Insanlara catdiri, bunada men Razi Deyilem.

5.) Gorunusde Momin,ama Heqiqetde Seytan cildinde olanlar coxdur,kimisi bilerek,kimiside bilmeyerek Islami gozden salir.Ele insanlara munasibetim yenede gozel olmalidir,cunki onlar bilmirler,Ve Allah Rizasi ucun onlarida Sevmek mecburiyyetindeyik,Onlar ucunde Hidayet dilemeliyik. Basqa insanlar ele insanlara fikir vermemelidirler.Cunki Herkes ozune Cavabdehdir,birbasqasinin etdiklerinden mesul deyil.
Din Gozeldir,Din Sevmekdir,Sevilmekdir,Din Xosbextlikdir,Din Heyatimizdir,Din Allah ucun ve Insanlarin Xosbextliyi ucun yasamaqdir,Din elinde olani basqasina sunmaqdir....ve s.

6.) Etrafimizdaki Insanlarin coxu Dinde deyiller,ama bizler ele bir Davranis sergilemeliyik ki,Onlar Dinin heqiqeten gozel oldugunu bilmelidirler,Sevmelidirler. Bizler Dini Sevdirmeliyik,asanlasdirmaliyiq.
"Sevdirin Nifret Etdirmeyin, Asanlasdirin Cetinlesdirmeyin" (Muhemmed s.a.v.)

DonnA

2 Aprel 2013 20:08

Esl muselmanin dilinden cox ureyinde Allah sevgisi olmalidi
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

PeTTy

2 Aprel 2013 20:03

Mələk,
eger başı çıxmayan olaraq bizi nezerde tutursunuzsa,Asinin de,menim de İslam haqqında kifayet qeder bilgimiz var,eger başqalarını nezerde tutub deyirsiniz qarışdığım üçün şerhine bağışla...

Mələk

2 Aprel 2013 19:21

deyirəm valla başı çıxan da çıxmıyan da hamı elə dinnən danışır e

Diloş

2 Aprel 2013 17:38

Asi,

Düzü 3 dəfə görüşü məndə eşidəndə mənədə çatmamışdı.Səhv başa düşülmək istəmirəm.Sadəcə başa düşmədiyim şeyləri yazdım.Cavabı aldım.Mən isyankar deyləm,nədəki Onun verdiyi əməllərə riayət etmiyəcək qədər pis biridə deyləm.Sadəcə din mövzusunda yetərincə bilgim yoxdu və yo bu yolda məni düzgün yönlədirən biri yoxdu.Özündə dediyin kimi bir çox kitablar yanlış informasya verir nəticəədə adam çaş baş qalır.

Ask yok

2 Aprel 2013 17:22

Sitat: Asi
O yarasa bənzətdiyiniz qadınlar əslində elə geyinməklə ən düzgününü edirlər..Mən özümdə hicablıyam ama başdan ayağa onlar kimi qara bürünmürəm..Ama elələrinədə heç pis baxmıram,sadəcə NİQAB tərəfdarı deyiləm...

Hicab qadının yaraşığıdır,ama heç vaxt elə geyimlə razılaşmıram..İnşallah mənədə qismət olar hicab..

PeTTy

2 Aprel 2013 16:16

Asi,
düzgün anlayıram,narahat olma,3 defe dine devet etmeyi de bilirem,dost olmaq lazım deyil bunu da anlayıram,amma menimçün insanların gözel düşünceleri ve hereketleri Allaha inanmasalarda menimçün kifayetdi...

Asi

2 Aprel 2013 16:09

PeTTy,
Fikrimi düzgün anla,kafirlərlə pis davranmaq lazımdır demirəm ...Ən azından özü kimi insana pis davranış xoşagəlməzdir..Ama dində belə bir şey varki,Kafir yəni dinsizi 3 dəfə dinə dəvət etməlisən, əgər qəbul etməsə onunla ünsiyyət düzgün sayılmır.Allahın düşməniylə dost olmaq? buna yaxşı baxmaq olmur.
--------------------
Dərd etmə ,dua et..

PeTTy

2 Aprel 2013 15:58

Asi,
yox,Allaha inanmayanlara qarşı da yaxşı davranmalıyıq.İbrahim peyğember bir gün yolda ac neferi götürüb evine aparır,müselman olmadığını anlayanda evinden qovur,amma Allah(c.c) deyir ki,men ona ceza vermiremse sen niye onu qovursan?Buna göre ister müselman,ister kafir olsun yaxşı davranmalıyıq.

Asi

2 Aprel 2013 15:51

JE TAIME,
ms_dynamite,
İlkay,
Təşəkkürlər..

Ask yok,O yarasa bənzətdiyiniz qadınlar əslində elə geyinməklə ən düzgününü edirlər..Mən özümdə hicablıyam ama başdan ayağa onlar kimi qara bürünmürəm..Ama elələrinədə heç pis baxmıram,sadəcə NİQAB tərəfdarı deyiləm...

PeTTy,Son cavabında Allaha inanmayıb gözəl hərəkət edən qeyd etmisən,məndə elə idim kimliyinə baxmadan kafirdə olsa yaxşı davranırdım Ama sonra öyrəndim elələrinə belə davranmaq böyük səhvdi.

♕ mr_ GaGa ♕,"Musəlmanlar" səni dindən ayırdı deyirsən)Yəqinki saxtakar dindarla düzgün yolda olanı ayırd etməyi məncə bacaran birisən.Nə olsun Onlar pis deyirlər sənin ki öz fikrin olmalıdı.

Diloşqa,
Fikirlərinlə heç razılaşmasamda onları pisləmək fikrim yoxdu...Ama bunu bilki keçmişin ya indinin fərqi yoxdu Müsəlman hər zaman müsəlman olmalıdı..Dindədə dərinə getmək lazımdır əgər həqiqətəndə bu yoldasansa(düzü səhvi bilmək üçün)..Gələk rəsm mövzusuna Quranda belə bir şey yoxdu ki,Rəsm çəkmək tamam qadağandır..Burda rəssamlıq və heykəltaraşlıq o zaman üçün pislənib ki,rəssamlar və heykəltaraşlar özlərindən büt falan yaradıb dinə xələl yetirirdilər..Özünü tamamilə Allah kimi məndə bunu edərəm deyənlərə qarşı yazılanlar var ama bu sənət tamam pislənməyib ama bu cür düşünənlər boş boş kitablar sayəsində çoxalır...Digər mövzuya fikir bildirməyə isə biliyim çatmadı və 3 dəfə görüşmək lazım olduğunuda ilk dəfə səndə gördüm düzü..
--------------------
Dərd etmə ,dua et..

Eva_1

2 Aprel 2013 11:09

5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa
çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə
bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?
=
Bəzi müsəlman ölkələr əhalini həddə saxlamaq üçün dindən istifadə edirlər ən çox günah və qaydalarda o ölkələrdə pozulur..xəyanətə görə küçənin ortasında qadın partladan ölkələr görəndə dindən istifadə edib kafirlərə nəqdər haqq qazandırdıqlarını adam düşünür.
Heç vaxt ətradfmda Allaha inanmayan insan görməmişdim amma joy az da gördüm Allaha ümumiyətlə dinə inanmamaq necə bir hissdir bilmirəm heç bilməkdə istəmərəm İnşallah bir gün Allah hər kəsin ürəyinə Allahı sevmək necə gözəl duyğudur onu hiss etdirər.
İNsan bir damla su bir qum dənəciyi yarada bilmədiyi halda yaradana necə inanmaya bilər axı.. həmişə düşünürəm ..
--------------------

Ziya008

2 Aprel 2013 05:12

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı münasibətiniz?
Muselman dedikde ISULIDIN le yawayan ve FIRHUDINLE yol geden yeni onunla heyat yolunu geden insanlari anlayiram.. Muselmanlara qarshi munasibetim chox gozel ancaq esl muselmanlara .( vehhabiler xaric)..
2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?
Esl muselman Firhudine tam emel etmelidir ... Beli ozumu bu yolda gorurem.. iki weye tam emel ede bilmirem oda 9 .. 10 .. u setirlere.. yeni batinde edirem zahirde yox...(
3. İslamın hansı qaydalarına əməl edirsiniz?
Namaz qilib Oruc tuturam...esasi gundelik edde bileceyim her weye emel edirem...
4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?(səbəbi ilə cavab verin)
Islamda ele qayda yoxdurki onunla razilashmiyim yeni ele bir qayda ola bilmez.. ISLAM saf temiz bir din olduqu uchun orda ele bir qayda olada bilmez...
5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa
çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə
bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?
Islam tam saf ve temiz bir dindir ona hech kim ne leke ne zerbe vura bilmez ...
6. Ətrafınızdakı insanların islam haqqındakı hansı düşüncələri var?
(ailə, dost, yaxınlarınız)
Ailem muselman ailesi dir ve dushunceler ISLAM uzerinde qurulur.. dostlara qaldiqda ise ...)
7. Münasibət qurarkən(sevgi,dostluq) dinə nə dərəcədə önəm verirsiniz?
Ilk once din gelir ( sevgide xususiyle.)

Nahid-19

2 Aprel 2013 00:22

Nə müsəlmançılıq müsəlmançılıq salmısızee yenə..Hansı müsəlmançılıqdan danışırsız axıı..Daay respublikamızın əksəriyyəti azğınlaşım kimə baxırsan telefon qulağında,birinin qolunnan çıxır o birinin qoluna girir,,hələ evlərinnən çıxanları demirəm..Bizim bu milləti ən əsasda müsəlmançılığımızı korlayan elə bizim qızların çox hissəsidi (hamısına şamil etmirəm)..Hələ bu gün birini gördüm göbəy açıq mını yupqa daay sinəsinidə özünüz fkirləçində indi..bir sözlə hər şey çöldə..Di gəlki sinəsində ərəb əlifbası ilə yazılmış ALLAH yazısı olan klon var idi boyunbağına keçirmişdi..Gəl indi bu kopaqqızını başa düşdəə...Müsəlmançılıq getdiyeee getdi daay bilinmir hansı məssəbə qulluq edir bu millət....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Mr.HəSəN

1 Aprel 2013 22:56

muselm,an dedikd e ameriaklilarin ateistlerin nezerine teriristler gelir

Diloş

1 Aprel 2013 21:18

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı münasibətiniz?
[center]Keçmişdə yaşasaydıq buna ətraflı və müsbət cavab verərdim.Amma indiki dövürdə bir çox müsəlmanları əzilən millət kimi anlıyram.Xiritstian ölkəllərin verdiyi tırkayla bir-birni yiyən millət kimi .Həqiqətəndə müəlmanın düşməni elə müsəlmandı.[/center]
2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?
Əsl müsəlman yoxdu.Vaxtıyla varıydı.Vaxtilədə mən görməmişəm deyə bilmirəm.Oxumuşam amma tək oxumağ bəs deyil mənə.

3. İslamın hansı qaydalarına əməl edirsiniz?

Dinə çox girişdikcə beynimi qurcalayan şeylər olur.Ona görə dərinə getmirəm.Bacardığım yerə qədər əməl edirəm.

4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?
Rəsm çəkməy.Həldə qavrıya bilmirəm.Yaradərkən birinə qabilyyət verir digərinə yox .Qabilyyət verilən insanada bunu qadağan etməsini başa düşə bilmirəm.Şəxsən özüm rəsm çəkərkən ağılım ucundan belə ona ruh verməy və canladırmağ keçmiyib.Keçsə guya nolacağ bunu heç vaxt edə bilmərəm.Yaznlız O edə bilər.Və edə bilməyəcəyim şey haqqında günah yazılması ......Birdə sevdiyinlə 3 dəfə görüş.3 dəfə birini görməylə onu necə tanıyıb başa düşə bilərsən ? Düzdü şahid olur görüş zamanı amma O olan yerdə şahid nəyə lazım.Əməllərinə və niyyətində düzün olandan sonra bu qaydaları qurmağ bəlkədə səf başa düşürəm amma çox oxumuşam bu haqda yenədə anlıya bilmirəm

Mrs_DirectioneR

1 Aprel 2013 20:52

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı

münasibətiniz?
Müsəlmanlara münasibətim çox yaxşıdır
2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?
Əsil müsəlman ALLAHin qaydalarına uymalıdı vaxtında ibadətini etməlidi məncə.Mən namaz da qılıram amaa bu yolda özmü görmürəm
. İslamın hansı qaydalarına əməl edirsiniz?
Təkcə Namaz qılıram hele balaca olduğum üçün orucu axracan tutmuram yəniki 1 2 gün
4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?
ALLAHa şükür elə birşey yoxdu mən tam müsəlmanda sayılmaram bəlkədə birdə razılaşmayacam yox çox şükür
5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa
çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə
bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?
hmmm bələlərini çox görmüşəm olara ALLAHdan iman diləyirəm bəzən mənim fikrim də qarışır belə şeylərə ama tez unudmağa çalışıram yəgin yaşımla əlagəlidi
6. Ətrafınızdakı insanların islam haqqındakı hansı düşüncələri var?
çox şükür belə problemim yoxdu anamda atamda bu yoldadəlar birtək qardaşım inşAllah oda yaxşı olar
7. Münasibət qurarkən(sevgi,dostluq) dinə nə dərəcədə önəm
verirsiniz?
ən birinci din ))

PeTTy

1 Aprel 2013 20:32

1.Müselman deyende Allaha inanan ve onun qoyduğu 5 şerti emel edendir.
2.Allahın Quranda buyurduqlarına herfiyen emel etmelidi,beli özümü esl müselman hiss edirem,çünki müselmanlığa zidd bir hereketim yoxdu Allahıma min şükür.
3.Namaz qılıram,namaz qıldığıma göre oturuşda şehadetimi de getirirem,Ramazanda Orucumu da tuturam.
4.Qurban olum Allaha,onun her dediyi qanundu,o neyise buyurubsa men kimem ki,qebul etmiyim.
5.Sağlam din anlayışının az olmasından ireli gelir hamsı,qınamıram.
6.Düzünü demeye qalsa valideynlerim mene İslamı öyretmekden men olara öyredirem.
7.İslam menimçün önemlidi,amma Allaha inanmıyıb gözel hereket edenlere her zaman üreyimde yer var.
Allah(c.c) razı olsun senden!

Ask yok

1 Aprel 2013 18:22

Sitat: ms_dynamite
beş barmağın beşi də bir deyilki çadra geyəndən geyənə fərq var...çadranı ona görə geyirlərki bədənin forması heç bilinməsin hicab geyənlərin çoxu elə geyinirki bədənin forması bilinir çadra da onun üçündür ki, bədənin forması bilinməsin...

Yox mən onu demirəm..Hicab başqadı çadra başqa..Hicab gözəldi,qadının gözəlliyidir..Biridə varki Allaha agır getməsin yarasaa kimi qap qara uzun bir şey geyinirlər adam qorxur..Onu deyirəm

SwAg VaMpIrE

1 Aprel 2013 17:54

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı
münasibətiniz?MÜSƏLMAN DEİKDƏ YADIMA ALLAH DÜŞÜR-SUPER MÜNASİBƏT BƏSLƏYİRƏM
2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?ADAM KİMİ.TƏBİİ Kİ GÖRÜRƏM
3. İslamın hansı qaydalarına əməl edirsiniz?VALLAH HEÇ BİRİNƏ DESƏM YALAN OLAR.ÇOXUSUNA ƏMƏL EDİRƏM
4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?HƏR QADININ HİCAB BAĞLAMSI İLƏ RAZILAŞMIRAM.ÇÜNKÜ ELƏ BİR DÖVRDƏ YAŞAYIRIQ Kİ,QADINLAR BUNU DİN ÜÇÜN YOX,MODA ÜÇÜN EDİRLƏR VƏ SONRA ÇIXARIB ATIRLAR ONDANSA ELƏMƏSƏLƏR YAXŞIDIR
5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa
çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə
bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?ONLARA MÜNASİBƏTİM......VALLAH MƏNİM LÜĞƏTİMDƏ ELƏ SÖZ YOXDU
6. Ətrafınızdakı insanların islam haqqındakı hansı düşüncələri var?VAXTI GƏLƏNDƏ NAMAZ QILMAQ,ORUC TUTMAQ VƏ S
7. Münasibət qurarkən(sevgi,dostluq) dinə nə dərəcədə önəm
verirsiniz?GÖZÜM ONDAN BAŞQA BİŞEY GÖRMÜR
haha

İlkay

1 Aprel 2013 17:36

Sitat: ms_dynamite
arada nəfəs al mələyimmmm mənimmm


Sozumu catdira bildim indi nefes ala bilerem rahat Mucim menim loveis

ms_dynamite

1 Aprel 2013 17:34

Sitat: İlkay
Belece gozel movzudur gozel suallardir.. Tewekkurler Asi..

arada nəfəs al mələyimmmm mənimmm loveis
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

İlkay

1 Aprel 2013 17:28

Mence artiq neyese gerek yoxdur.. Bezi insanlar vardir ki yaw azligi deyir amma xeyir biri men artiq 19 yawim olacaq halbuki 15, 16 yaw bilen insanlar var xeyir.. Dinli ve dinsiz bunlar yawa baxmaz, sadece gorub goturmekden evvelceden neye inanilibsa ondan aslidir.. Umumiyyetle mencun hec vaxt maragli olmayib ki, kim hansi dine inanir ya yox.. Cunki hami ne edir ozune edir mene ne.. Menim bir inancim var o, da Allaha olan inancimdir.. Wukur Allaha bacardigim qederde her zaman dilim duadir.. Oruc tuturam, dinli bagli nelerse oxuyub orgenmeye caliwiram her zamanda Wukur edirem yaradana.. Dostluga sevgiye qaldiqda ise her wey qaydasinda olsa daha gozeldir.. Qaldiqki her zaman dua edib wukr eden insanlara sonra ise bilib bilmediler daniwan wexslere onlar neye inanir inansin ferq etmez meni dinimden duamdan hec kim dondere bilmez.. Hansisa alimlerin bow bogazligina fikir veresi deyilem hansiki kitablar var dine qarwi.. Belece gozel movzudur gozel suallardir.. Tewekkurler Asi..

ms_dynamite

1 Aprel 2013 16:50

Sitat: Ask yok
Qara çadra geyənləri heç anlamıram..Hicabını gey,da o qara nədi..Qara çadranı geyir daldada öz işini görür..

beş barmağın beşi də bir deyilki çadra geyəndən geyənə fərq var...çadranı ona görə geyirlərki bədənin forması heç bilinməsin hicab geyənlərin çoxu elə geyinirki bədənin forması bilinir çadra da onun üçündür ki, bədənin forması bilinməsin...

Asi xəbərə görə big big təşəkkürlər...yaratmısan...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Ask yok

1 Aprel 2013 16:27

Əsl müsəlman necə olmalıdır?
Əsl müsəlman sadəcə bugünü üçün yaşamamalıdır..O biri dünyanı,Allah qarşısında verəcəyi cavabı düşünməlidir..Quranda yazılan hər bir şeyə riayət etməlidir..Düzdü beləyə qalsa heç kim tam müsəlman deyil..Çünki Quranda yazılanın birini edirlər onunu yox..


4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?

Qara çadra geyənləri heç anlamıram..Hicabını gey,da o qara nədi..Qara çadranı geyir daldada öz işini görür..

ms_dynamite

1 Aprel 2013 16:20

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı
münasibətiniz?

Müsəlman dedikdə Allahın yolu ilə gedən Allahın qoyduğu qaydalara əməl edən doğru yolda olan insan təsəvvür edirəm...Bir müsəlman olaraq da müsəlmanlara qarşı münasibətim çox yaxşıdır...

2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?
Əsl müsəlman Allahın buyurduqlarına əməl edən, hər hansısa əməli görərkən Allahın buyurduqlarını nəzərə alan yəni səhv ya düzgün hərəkət etdiyini fikirləşən özünün Allahın bəndəsi olduğunu anlayan biri olmalıdır...

3. İslamın hansı qaydalarına əməl edirsiniz?
Allaha şükür namaz qılıram, oruc tuturam, bacardığım qədər hər kəsə kömək olmağa çalışıram, xeyirli bir bəndə olmağa çalışıram...hələ hicab bağlamasamda inşəAllah tezliklə bağlayacam...

4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?(səbəbi ilə cavab verin)
xeyir elə bir qayda yoxdur Allah bəndələrinə pis olan nəyisə buyurmaz bəndələrinin xeyrinə çalışar...

5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa
çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?

hər mən müsəlmanam deyən insan müsəlman olmur..müsəlman olduğunu insan gərək əməli ilə göstərsin..Allahın buyurduqlarına əməl etsin yoxsa bütün günü oturum deyimki mən müsəlmanam bununla nə müsəlman nə insan olmaq olmaz...

6. Ətrafınızdakı insanların islam haqqındakı hansı düşüncələri var?(ailə, dost, yaxınlarınız)
Mən necə düşünürəmsə ailəmdə yaxınlarımda elə düşünür...

7. Münasibət qurarkən(sevgi,dostluq) dinə nə dərəcədə önəm verirsiniz?
istər sevgi olsun istər dostluq din həmişə mənimçün 1nömrəli mövzudur...hətta xarici tanışlarımla da ünsiyyətdə olduqda ilk dini baxışlarını nəzərə alıram...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

A_K

1 Aprel 2013 16:17

1. Müsəlman dedikdə nə anlayırsınız? Müsəlmanlara qarşı münasibətiniz?

Hər müsəlmanam deyən müsəlman deyildir. Müsəlman olan şəxs gərək islamın qoyduğu 5 şərti qəbul etsin!

2. Əsl müsəlman necə olmalıdır? Özünüzü bu yolda görürsünüz?

Əsil müsəlman vaxtında namazın qılmalı,axırıncı dilimidə olsa qonşuya verməli, xeyir işlərlə məşqul olmalı,oruc tutmalıdır!Mən nəqədər namazda qılsam yenədə heçnə etmirəm deyirəm.

3. İslamın hansı qaydalarına əməl edirsiniz?


Özümü tərifləmək istəmirəm. Amma Allahın qoyduğu bir tək namazı qəbul etmişəm deyə bilərəm. Qalanları isə çoxdu.

4.Bəs islamda elə qaydalar varmı ki, siz bununla razılaşmırsınız?

Həmd olsun Allaha! Mən kiməmki razılaşmayımda.

5. Ətrafda gördüyünüz bəzi saxtakar, islama zərbə vurmağa
çalışan “müsəlmanlara” münasibətiniz? Onlarla müsəlmanlar arasındakı fərqi hiss edə
bilirsiniz, yoxsa siz də onlara inanaraq, islamın pis bir din olduğu fikrindəsiniz?


Onları qınamıram çünki, gündə biri çıxır və bir söz deyir. Ama yazığımda gəlir olara. Əlimdə olsaydı onları durduqları səhf yoldan yayındırardım nə qədərki gec deyil.Hələm imtahan qurtarmayıb!

6. Ətrafınızdakı insanların islam haqqındakı hansı düşüncələri var?

İlk növbədə anamın islama gəlməsini istəyərdim. Çoxda inanmır. Amma şükürki Allah mənim qabağıma həyat yoldaşımı çıxartdı və namaza başladım. Çox şükür həmdə!

7. Münasibət qurarkən(sevgi,dostluq) dinə nə dərəcədə önəm
verirsiniz?


İlk öncə din din yenədə din!

Sonda müəllifə belə möhtəşəm xəbər üçün Allah səndən razı olsun deyirəm!
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

ben ve sen

1 Aprel 2013 16:07

Bu suallara fikrimi bildirmesem olar cunki yazsam bitmeyecek cox olacaq