Loading...
Yeyib-içməklə əlaqədar suallar və cavablar

Yeyib-içməklə əlaqədar suallar və cavablar

Loading...
Yeyib-içməklə əlaqədar suallar ve cavablar

Sual: Yeyib içilməsi haram olan şeylər nələrdir? Haram edilməsinin səbəbləri nələrdir?
CAVAB
Dinimiz haram etdiyi üçün bəzi heyvanların ətləri yeyilməz. Şübhəsiz ki, bunda bəzi hikmətlər vardır. Müsəlman, hikmətini bilməsə də dinin qadağan etdiyi şeyi etməz. Qidaların insanlar üzərində yaxşı və pis təsiri olduğu bir gerçəkdir. Anası pis isə və ya pis bir qadının südü ilə bəslənən uşaq yaramaz olar. Belə südə xarab deyərlər. Öz faydasını düşünən insan, dinimizin halal etdiyi şeyləri yeməli, qadağan etdiyi şeylərdən çəkinməlidir.

Yeyib-içməyi haram olan şeylər:
1 - Şəxsən özü haram olan şeylər yemək. [Leş, hınzır əti və şərab kimi]

2 - Özü haram olmayıb, qəsb, oğurluq, rüşvət yolu ilə alınan şeylər.

3 - Doyduqdan sonra yemək.

4 - Allergiya edən qida yemək. [Məsələn balıq, ət, süd, yumurta, basdırma, turşu, çiyələk zərər versə, bunlar, tək zərər verənə haram, zərər verməyənə mübahdır]

5 - Zərərli şeylər yemək. [Məsələn palçıq, torpaq, şüşə kimi]

6 - Zəhərli olan şeylər yemək. [Zəhərli ot, iylənmiş ət kimi]

7 - Narkotik maddələr yemək. [Doktor tövsiyəsiylə dərman olaraq istifadə caizdir]

8 - Təmiz, lakin iyrənc şeylər yemək. [Qurbağa, qanı olmayan böcəklər, meyvənin, pendirin və ətin qurdları kimi]

Quran-ı Kərimdə tərcümə olaraq buyurulur ki:
(Leş, axıcı qan, murdar hınzır və Allahdan başqasının adı ilə kəsilmiş olan heyvanları yemək haramdır) [Ən'am 145]

Ayəti-kərimədə sayılan bu haramlardan başqa, yuxarıda səkkiz maddə halında açıqlanan məsələlərin də haram olduğu Peyğəmbər əfəndimiz tərəfindən bildirilmişdir.

Sual: Sirkə və bəkməz zamanla şərab halına gəlirmi?
CAVAB
Xeyr, gəlməz.

Sual: Yeməklər və qidalar içində gelatin deyə bir maddə var, çoxları bunun ümumi olaraq donuzdan gəldiyini bildirir. Bu doğrudurmu? Yəni gelatin olan yeməklərdən uzaq dayanmaq mı lazımdır?
CAVAB
Dinimizdə ölçü vardır. Yeyilən qidadan donuz yağı olduğu qəti olaraq bilinmirsə yeyib-içməyin zərəri yoxdur.

Sual: Yemək qablarını bağlımı tutmaq lazımdır?
CAVAB
Gecə heç bir yeməyi açıq buraxmamalıdır! Hədis-i şərifdə buyuruldu ki:
(Yemək-içmək qablarını bağlayın, ildə bir gecə vəba enər, bağlanmayan qabların içinə düşər. Qapayacaq şey olmazsa, Bismillah ilə bir çubuğu üstünə qoyun) [Müslim]

Hər zaman tərtibli, nizamlı olmaq, təmizliyə riayət etmək çox yaxşı olar. Hədis-i şərifdə buyuruldu ki:
(Qab qaçağı yumaq, evi təmiz tutmaq, zənginliyə səbəb olar) [Hatib]

Sual: Haşhaşlı çörək yemək günahdırmı?
CAVAB
Günah deyil. Kökələr qoyulan, haşhaşın toxumudur. Toxumu yağlı bir maddədir, içində tiryək yoxdur. Toxumundan, yağ da çıxarılır. Yağında da, posasında da tiryək yoxdur. Haşhaşın tiryək qismi kapsulunda olar. Bu qismi də onsuz kökələrə qonmaz.

Sual: Soyuqdəymə olunca burnum tutunur. Spirtli dərmanın buxarını tənəffüs caizdirmi?
CAVAB
Bəli, amma alkoqolsuzu varsa, daha uyğun olar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Cavad_20

31 Mart 2013 23:21

ALLAHIN VERDIYI RUZIYE SUKUR EDIN

A_K

14 Mart 2013 11:38

Bele bir xeber hazirlamaq fikrim variydi.Vaxt olan kimi hazirlayacam
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

samira.vs

12 Mart 2013 14:50

Təşəkkerlər çoxunu bilirdim

PeTTy

12 Mart 2013 11:37

Cavabların hamsını bilirem,Allaha şükür dersde keçirik...

ben ve sen

11 Mart 2013 21:03

Teekkurler
__________
___________________
_________________________
_______________________________

İlkay

11 Mart 2013 17:59

Dini xeberler tebikide gozzel olur tewekkur Sadam..


Sitat: Mələk
İlkaycım hədiyyə üçün təşəkkür canım çoxsağol


Xowdu gozelim :)

Eva_1

11 Mart 2013 16:23

Dində nə qədər dərinliklər var imiş
təşəkkür amma mənə həkim şərab içməyi tövsiyyə edib bəs bu caizdirmi? görəsən
a
--------------------

JoKeR

11 Mart 2013 16:02

Yaşamaq üçün yeyin

Həyat

11 Mart 2013 16:02

--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Diloş

11 Mart 2013 15:43

Şəkilə fikir verdim bir şey yadıma düşdü.Əgər islamda yüksək binalara qarşı çıxırlarsa niyə Məkkənin təpəsində o boyda bina tikiblər, çatmır mənə

Mələk

11 Mart 2013 14:55

maraqlıdı təşəkkür.hamımız bunları bilməliyik.
İlkaycım hədiyyə üçün təşəkkür canım çoxsağol rose .

F_N

11 Mart 2013 14:34

Cox gozel xeberdi.sonuncu sual cavabda bilmediklerim var idi.Allah razi olsun

♣_EmRe AyDıN_♣

11 Mart 2013 14:11

CAVAB
Gecə heç bir yeməyi açıq buraxmamalıdır! Hədis-i şərifdə buyuruldu ki:
(Yemək-içmək qablarını bağlayın, ildə bir gecə vəba enər, bağlanmayan qabların içinə düşər. Qapayacaq şey olmazsa, Bismillah ilə bir çubuğu üstünə qoyun) [Müslim]

Hər zaman tərtibli, nizamlı olmaq, təmizliyə riayət etmək çox yaxşı olar. Hədis-i şərifdə buyuruldu ki:
(Qab qaçağı yumaq, evi təmiz tutmaq, zənginliyə səbəb olar) [Hatib]