Loading...

"Hədis'lər" [II Hissə]
Din
- 19 Fevral, 2013
- 4 297 Baxış
Loading...

Hədis-i şərifdə: "Kim ümmətimə dini işlərinə dair qırx hədis hıfz etdirsə, Allah Təala onu alimlər zümrəsinə xas edər...
Mən də qiyamət günündə ona şahid və şəfaətçi olaram" buyurulmuşdur.
21 - Heç şübhə yox ki düzgünlük yaxşılığa aparar. Yaxşılıq da cənnətə aparır. Adam doğru söyləyə-söyləyə Allah qatında sadiq (doğru sözlü) deyə yazılar. Yalançılıq pisə aparar. Pislik də cəhənnəmə. Adam yalan danışa-danışa Allah qatında kəzzab (çox yalançı) deyə yazılar.
(Buxari, Ədəb, 69; Müslim, Birr, 103, 104.)
22 - (Mömin) qardaşına təbəssüm etməyin sədəqədir. Yaxşılığı əmr edib pislikdən çəkindirməyin sədəqədir. Yolunu itirən kimsəyə yol göstərməyin sədəqədir. Yoldan daş, tikan, sümük kimi şeyləri qaldırıb atmağın da sənin üçün sədəqədir.
(Tirmizi, Birr, 36.)
23 - Allah sizin nə xarici görünüşünüzə nə də mallarınıza baxar. Amma o sizin ürəklərinizə və işlərinizə baxar.
(Müslim, Birr, 33.)

24 - Allahın rizası, ana və atanın razılığındadır. Allahın hirsi də ana-atanın hirsindəndir.
(Tirmizi, Birr, 3.)
25 - Üç dua vardır ki, bunlar şübhəsiz qəbul edilir: Məzlumun duası, qonağın duası və atanın övladına duası.
(İbn Macə, Dua, 11.)
26 - Heç bir ata, uşağına, gözəl tərbiyədən daha üstün bir hədiyyə verə bilməz.
(Tirmizi, Birr, 33.)
27 - Peyğəmbərimiz işarə barmağı və orta barmağıyla işarə edərək: "Gərək özünə və gərəksə başqasına aid hər hansı bir yetimi himayə etməyi öz üzərinə alan şəxslə Mən, cənnətdə bax belə yanaşıyıq" buyurmuşdur.
(Buxari, Talaq, 25, Ədəb, 24; Müslim, Zühd, 42.)
28 - Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət göstərməyən bizdən deyil.
(Tirmizi, Birr, 15; Əbu Davud, Ədəb, 66)
29 - Sizin ən xeyirliləriniz, xanımlarına qarşı ən yaxşı davrananlarınızdır.
(Tirmizi, Rada ', 11)
30 - Cəbrayıl mənə qonşu haqqında o qədər çox tövsiyə etdi ki, mən (Allah Təala) qonşunu qonşuya varis edəcəyini zənn etdim.
(Buxari, Ədəb, 28; Müslim, Birr, 140, 141)
31 - Bir-birinizə üsyan etməyin, bir-birinizə həsəd etməyin, bir-birinizə arxa çevirməyin; ey Allahın qulları, qardaş olun. Bir müsəlmana, üç gündən çox (din) qardaşı ilə incik dayanması halal olmaz.
(Buxari, Ədəb, 57, 58.)
32 - (İnsanı) həlak edən bu yeddi şeydən çəkinin. Onlar nələrdir ya Rəsulullah dedilər. Bunun üzərinə: Allaha şirk qaçmaq, sehr, Allahın haram etdiyi cana qıymaq, faiz yemək, yetim malı yemək, döyüşdən qaçmaq, günahsız və namuslu mömin qadınlara iftira atmaq buyurdu.
(Buxari, Vasaya, 23, Tibb, 48; Müslim, İman, 144)
33 - Allaha və axirət gününə iman edən kimsə, qonşusuna əziyyət etməsin. Allaha və axirət gününə iman edən qonağına ikram etsin. Allaha və axirət gününə iman edən kimsə, ya xeyir söyləsin və ya sussun.
(Buxari, Ədəb, 31, 85; Müslim, İman, 74, 75)
34 - Söz daşıyanlar (cəzalarını çəkmədən ya da bağışlanılmadıqca) cənnətə girə bilməzlər.
(Müslim, İman, 168; Tirmizi, Birr, 79.)
35 - Dul və kasıblara kömək edən kimsə, Allah yolunda cihad edən və ya gündüzləri (nafilə) oruc tutub, gecələrini (nafilə) ibadətlə keçirən kimsə kimidir.
(Buxari, Nafakat, 1; Müslim, Zühd, 41; Tirmizi, Birr, 44; Nəsai, Zəkat, 78)
36 - Hər insan səhv edər. Səhv edənlərin ən xeyirliləri tövbə edənlərdir.
(Tirmizi, Qiyamə, 49; İbn Macə, Zühd, 30.)
37 - İnsanda bir orqan vardır. Əgər o sağlam isə bütün bədən sağlam olar; əgər o, xəstələnsə bütün vücud xəstələnər. Diqqət edin! O, ürəkdir.
(Buxari, İman, 39; Müslim, Müsakat, 107.)
38 - Möminin başqa heç kimdə olmayan qəribə halı var; Onun hər işi xeyirdir. Əgər bir genişliyə (nemətə) qovuşsa şükr edər və bu onun üçün bir xeyr olar. Əgər bir darlığa (müsibətə) uğrasa səbr edər və bu da onun üçün bir xeyr olar.
(Müslim, Zühd, 64; Darım ", Rikak, 61.)
39 - Bir müsəlmanın tikdiyi ağacdan və ya əkdiyi əkindən insan, heyvan və quşların yedikləri şeylər, o müsəlman üçün bir sədəqədir.
(Buxari, Ədəb, 27; Müslim, Müsakat, 7, 10.)
40 - Bizi aldadan bizdən deyil.
(Müslim, İman, 164.)
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...