Loading...
Qeybət və iftira

Qeybət və iftira

Loading...
Qeybət və iftira

Başqalarının dalınca pis danışmaq və onları pis qələmə vermək

qeybətdir: başqaları haqqında isə yalandan pis bir şey uydurmaq isə böhtan və ya

iftiradır. Əlbəttə, Allah-təala peyğəmbərləri və imamları məsum və günahsız

yaratmışdır. Qalan insanlar xəta və günah işlədə bilərlər. Hər kəsin nöqsanı və eybi var. O bu

eybə görə xəta etməkdən azad deyil. Camaat Allahın öz yetkin hikməti ilə onların əməlləri

üzərinə çəkdiyi bir pərdə arxasında yaşayır. Bircə an bu pərdə insanların

eyb və nöqsanları üzərindən götürülsə, hamı bir-birindən qaçar və bir-birinə nifrət

edər, insanlar arasında qurulan icmanın bünövrəsi dağılıb viran olar
. Buna görə

Allah-təala qeybəti haram buyurub ki, insanlar bir-birindən arxayın olsun.onlarının

həyatının zahiri mühiti yaxşı və gözəl olsun. Bununla insanlarda müşahidə edilən batini

gözəlliklə zahiri çirkinliyi islah etmək mümkün olur. Alah-təala öz

kəlamında buyurur:


- “Ey iman gətirənlər!Çox zənnə-gümana qapılmaqdan çəkinin.Şübhəsiz ki,zənnin bəzisi(heç

bir əsası və dəlili olmayan zənn)günahdı.(Bir birinizin eybini,sirrini) arayıb axtarmayın,bir-

birinizin qeybətini qırmayın.” (Hücurat:12)

İftiranın günahı və çirkinliyi başqa günahlardan qat-qat çoxdur. İftiranın çirkin bir əməl

olduğu tamamilə aydındır və ağıl ona qarşı çıxır. İftira söyləyənlərin imanı olmaz.

- “Yalan və iftiranı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl

yalançıdırlar.”

Ona görə camaatla elə rəftar etmək lazımdır ki, onların rəğbət və sevgisini qazanmaq

,gündən günə öz ictimai mövqeyini gücləndirmək, dostların çevrəsini genişləndirmək

mümkün olsun. Bir şəxs öz insani şərafət və dini məziyyətini itirdikdə daha ona ehtiram

görstərməyə bir əsas və dəlil qalmır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_LovelY_

28 Mart 2013 11:30

Hede demeye qeybetden menimde zehlem gedir wer atmagi bacarmiram ama bezen ele sozler olur ki mecburiyyetde qaliram ve gizli saxlayiram ...
--------------------


Don't make me sad, Don't make me cry..

Aidan

13 Fevral 2013 02:30

Qiybətdən zəhləm gedir ama 2 qız biryerdə olanda məcbur qiybət olur. İftiradan voobşe zəhləm gedir
--------------------
Dream it.
Wish it.
Do it.

gulya91

13 Fevral 2013 01:09

insanin sehvin danisanda hecde qeybet sayilmir.burdaki bey ve xanimlar incimesinler amma hec kim deye bilmezki men bir yerde oturanda kiminse xosa gelmeyen hereketi haqqinda danismiram.

Mrs_DirectioneR

12 Fevral 2013 19:57

geybet??? xexe zexlem gedire bu sozden dash

Devilest_Love

12 Fevral 2013 19:19

Hec sevmirem Qeybeti amma menim arxamca eden coxdu onu bilirem.
Xebere gore twk girl

♣YoL_Cu♣

12 Fevral 2013 17:40

arxaca danisanlar arxada qalanlardi, kim neyi tenqid edirse, arxasinca danisirsa, hemen seye ureyinde heyrandir demeli

-------------------------


Mən bir gizli xəzinə idim,istədim ki,Tanınam,bəs insanları yaratdım ki,Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

Eva_1

12 Fevral 2013 17:17

Arxamca danışdıqlarına görə üzülmürəm çünki onlardan irəlidəyəm ..
Qeybət etməmişəm buna əminəm imə nə sözüm olub üzünə demişəm Allah elə günahı İnşallah mənə nəsibdə etməz
--------------------

PeTTy

12 Fevral 2013 17:13

Heç kimin arxasından danışmağı xoşlamıram.İnsan kimin dalından qeybet edirse savabları qeybet etdiyi adama gedir,qeybet etdiyi adamın da günahları ona gelir.Peyğemberimize deyilende ki,senin arxanca qeybet edirler,o onu qeybet eden adama hediyye gönderir ki,onun arxasınca qeybet eden adamın savabları ona gelib deye.Ona göre çalışaq qeybet etmeyek.
İftira da çox pis günahdı,iftira etmekle başqasının haqqına girmiş oluruq.

Həyat

12 Fevral 2013 17:00

Bircə an bu pərdə insanların eyb və nöqsanları üzərindən götürülsə, hamı bir-birindən qaçar və bir-birinə nifrət edər, insanlar arasında qurulan icmanın bünövrəsi dağılıb viran olar
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Ask yok

12 Fevral 2013 16:42

Heç kim deyə bilməzki qeybəti sevmirəm..İstər isdəməz kimisə görəndə onun haqda bildiyin nəyisə yanındakına danışırsan..Və yaxud kiminsə haqqında dəqiq bilmədiyin bir şeyi danışırsan..Bu özümüzdən asılı oıan bir şey deyil..Belə gəlib belədə gedəcək..Heç kim mənb qeybət etmirəm deməsin..Heç olmasa bu haqda yalan danışmasın

Mr.HəSəN

12 Fevral 2013 16:11

cox gozel qeybet kimi pis sey yoxdur

Mələk

12 Fevral 2013 16:09

Sitat: DonnA
bəzən istəmədən da olsa qeybət etmiş oluram.danişib qutarannan sora da deyrem ki azey qeybet elemiş kimi olmasin :)) ele bir insan yoxduki kiminse qüsuru haqqinda kimlese danişmasin.mümkünatı yoxdu :) Ona görə indidən gopa basıb bağlamıyın

cox duzdu mencede qeybet etmemiwem diyenlere inanmiram.kiminse haqqinda bawqa birisine nese deyirik istemeden olsa bele.

men kimese eseblewende ozume yaxin biri ile bu barede ve o insan haqqinda daniwiram ancaq olanlari deyirem yalan ve ya iftira atmiram.mence olani demek qeybet deyil.

♣_EmRe AyDıN_♣

12 Fevral 2013 15:29

Sözü üzə deyirəm... qeybət diyəndəki istəmədən kimləsə biri haqqında hamı danışır amma iftira atmıram nəsə bir şey etmişəmsə öz boynuma almağı bacarıram...

DonnA

12 Fevral 2013 15:22

bəzən istəmədən da olsa qeybət etmiş oluram.danişib qutarannan sora da deyrem ki azey qeybet elemiş kimi olmasin :)) ele bir insan yoxduki kiminse qüsuru haqqinda kimlese danişmasin.mümkünatı yoxdu :) Ona görə indidən gopa basıb bağlamıyın.iftira Allah uzaq eləsin istiyərək bilə bilə kiminsə günahina girməmişəm.Və ağlım şüurum başımdaykən girmərəm də.o ki qaldi bilməyərək istəmədən olub kiminsə haqqını yemişəm.Sora ama üzrümü də bildirməyə çalışmışam.
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

kenzo-1991

12 Fevral 2013 15:22

men umumiyyetle qeybet etmeyi sevmirem sozum olanda uzune diyirem

_Angel_

12 Fevral 2013 15:22

qeybet etmirem hec vaxt ne varsa insanin uzune deyirem.. iftira atmagi da bacarmiram
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!