Fon yüklənir...
Загрузка...

Həsəd (Qısqanclıq)

Загрузка...
Həsəd (Qısqanclıq)

 

Ey mömin, nə üçün qonşunun yeməsinə, içməsinə geyiminə, ailəsinə, evinə, bolluq və rahat içərisində yaşamasına həsəd edirsən? Rəbbinin ona verdiyi nemətləri çəkə bilmirsən? Bu etdiyinin imanını zəiflədəcəyini, Mövla qatındakı dərəcəni salacağını və onun qəzəbinə məruz qalmağına səbəb olacağını bilmirsənmi? Allahu Təalanın bir hədis-i "Həsəd edən mənim nemətimi düşmənçilik etmişdir" buyurduğunu, Hz. Peyğəmbərin (sav)'in də "Həsəd atəşin odunu əritdiyi kimi yaxşılıqları əridər" dediyini eşitmədinmi? Sonra ona səbəb həsəd edirsən ki? Əgər ona Allahın verdiyi payı səbəbiylə həsəd edirsənsə, o zaman zülm etmiş olarsan. Çünki Allahu Təala "Onların dünya həyatındakı nəsiblərini biz böldük" buyurmuşdur. Ona neməti verən Haqq Təalanın. Onun etdiyi, Rəbbinin verdiyi nemətlərin içində yaşamaqdan başqa bir şey deyil. Ona Rəbbinin verdiyi nemətlərdən ötrü həsəd etsən, səndən daha zalım, xəsis, axmaq və qıt ağıllı başqa kim ola bilər.

Ona sənin nəsibini aldığı üçün həsəd edirsənsə çox cahilsən deməkdir. Çünki nəsib səndən başqasına əsla verilmir. Allahu Təala "Mənim hüzurumda söz dəyişməz, mən qullarıma zülm etmərəm" buyurur. Allah (cc), sənin payını bir başqasına verib sənə zülm etməz; sənin bu düşüncən böyük bir cəhalət nümunəsidir və qardaşına zülmdür. Mal və mülkünə baxıb, mömin ya da günahkar olan qonşuna həsəd edəcəyinə torpağa həsəd etsən daha ağıllıca davranmış olarsan. Çünki torpaqda hər cür qiymətli mücəvhərat vardır. Qonşunun evindəkilərin hamısını bir araya gətirsən, torpaqda var olanların milyonda birinə bərabər gəlməz.

Sənin qonşuna həsəd, bir adamın padşahla itini gördükdən sonra padşaha deyil də, itinə həsəd etməsinə bənzər. Padşahı hər cür rahat və lüks içində görür, yaşadığı dəbdəbə və səltənəti müşahidə edir, amma buna baxmayaraq onun qapısında hürüb, sarayından atılan artıq yeməkləri yeyərək həyatını davam etdirən itlərdən birinə həsəd aparırsan. Dünyada belə bir adamdan daha axmaq biri vardırmı?

Sonra sən, özünə verilən zənginlik və nemətlərin şükrünü əda etməyən qonşunun qiyamət günü nə qədər uzun bir hesaba çəkiləcəyini bilirsən? Əgər verilən nemətlərə baxmayaraq Allaha itaət vermirsə, Onun əmrlərini yerinə gətirmədisə və qadağalarından qaçmadısa, Rəbbinə ibadət və itaətdə bulunmadısa, "o gün kaş ki, bu nemətlər mənə verilməmiş olsaydı" deyə xahiş edəcək.

Загрузка...

ŞƏRHLƏR

ღ SuPPeR ღ

12 Dekabr 2012 17:20

Sitat: JE TIME
Onu biliremki aldigimiz her nefesimizden basqa her seyin hesabini vereceyik haqq dunysinda.

bir de bir seyden basqa no

_BianKa_

12 Dekabr 2012 14:18

"o gün kaş ki, bu nemətlər mənə verilməmiş olsaydı"

♣_EmRe AyDıN_♣

12 Dekabr 2012 10:58

Sitat: F_N
Oxudum,men de hemiwe en bedbext insanlarin paxil insanlar oldugunu duwunurem

ms_dynamite

12 Dekabr 2012 10:35

Həsəd atəşin odunu əritdiyi kimi yaxşılıqları əridər"
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Həyat

11 Dekabr 2012 20:59

Ona sənin nəsibini aldığı üçün həsəd edirsənsə çox cahilsən deməkdir. Çünki nəsib səndən başqasına əsla verilmir. Allahu Təala "Mənim hüzurumda söz dəyişməz, mən qullarıma zülm etmərəm" buyurur. Allah (cc), sənin payını bir başqasına verib sənə zülm etməz; sənin bu düşüncən böyük bir cəhalət nümunəsidir və qardaşına zülmdür. melek
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

A_K

11 Dekabr 2012 20:10

Onu biliremki aldigimiz her nefesimizden basqa her seyin hesabini vereceyik haqq dunysinda.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Nina Guney

11 Dekabr 2012 20:02

necede gozel xeberdi oxudum coxda beyendim good
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

F_N

11 Dekabr 2012 19:51

Oxudum,men de hemiwe en bedbext insanlarin paxil insanlar oldugunu duwunurem yoo

Ask yok

11 Dekabr 2012 19:10

axira kimi oxumadim,ama oxuyacam..yenede twk

_Angel_

11 Dekabr 2012 19:03

hmm oxuyub daha etrafli fikirlerimi yazacam)
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!
loading...
Загрузка...