Loading...
İbadət

İbadət

Loading...
İBADƏT

 

İBADƏT NƏDİR?

İbadət Allaha təzim etmək,sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirməkdir.

NƏ ÜÇÜN İBADƏT EDİRİK?

Bizi yoxdan var edən və yaşadan Allahdır.Böyük Allah vücudumuzu görən gözlər,eşidən qulaqlar vədanışan dil kimi mükəmməl orqanlarla təmin etdi.Digər canlilardan fərqli olaraq bizə ağıl verdi və varliqlar arasinda bizi seçkin bir vəziyyətə gətirdi.Bundan başqa yaşaya bilməyimiz üçün tənəffus etdiyimiz havadan içdiyimiz suya qədər bizə saysiz-hesabsiz nemətlər verdi.
Ayrica bizi tək qoymadi,Peyğəmbərlər və kitablar göndərərək dunyada və axirətdə xoşbəxt olmağın yollarını göstərdi.Bütün bu yaxşılıqların əvəzində,Allah bizdən onu tanımağımızı və Ona ibadət etməyimizi istəyir.
Yaradılışımızın qayəsi Allahı tanımaq və Ona ibadət etməkdir.İbadət vəzifələrini yerinə yetirdiyimiz təqdirdə həm Allahın verdiyi nemətlərin əvəzinə minnətdarliq borcunu yerinə yetirmiş oluruq,həm dəOnun məhəbbətini qazanırıq.Əgər biz Allaha qarşı olan ibadətlərimizi yerinə yetirib Onun məhəbbətini qazansaq,o vaxt Allah bizə dünyadakı nemətlərdən daha çoxunu axirətdə verəcək və bizi cənnətdə sonsuz xoşbəxtliyə çatdıracaqdir.

İBADƏTİN NÖVLƏRİ

İbadətin üç növü vardır:

1-Bədənlə icra edilən ibadətlər:Namaz qılmaq, oruc tutmaq kimi.
Bədənlə icra edilən ibadətləri hər bir müsəlmanın özünün yerinə yetirməsi lazimdir.Başqalarının vəkil olunması düzgün deyildir.Heç kim bir başqasinin yerinə namaz qıla, oruc tuta bilməz.

2-Malla icra edilən ibadətlər:Zəkat vermək və qurban kəsmək kimi.
Bir şəxs malla icra edilən ibadətlərdə başqasını vəkil edə bilər

3-Həm mal,həm də bədənlə icra edilən ibadətlər:Həccə getmək belə bir ibadətdir.
Pulu olan, ancaq Həccə gedə bilməyən, daha doğrusu şikəst, xəstə və yaşlı şəxslər öz yerlərinə başqasini vəkili kimi Həccə göndərə bilər


İBADƏTLƏRİN MƏQSƏDLƏRİ

İbadət üç məqsədlə yerinə yetirilir:

1) Allaha;İbadət və sayğıya layiq olan yeganə varliq olduğu üçün ibadət etmək.
Qarşılığında heç bir şey gözləmədən yalnız Allahın əmrini yerinə yetirmək məqsədilə edilən belə bir ibadət; ibadətin ən yüksək dərəcəsidir.

2) Cənnətə girməyi ummaq və ya cəhənnəmdən qorxaraq ibadət etmək.
Belə fikirlə ibadət edən şəxs Allahın əmrini yerinə yetirmiş olur.Ancaq insan ibadəti belə bir mənfəət fikriylə deyil, yalnız Allah üçün eləməlidir

3) Dünyada bir mənfəət əldə etmək üçün, başqalarına göstərmək məqsədilə ibadət etmək
İbadətlərin ən aşağı dərəcəsi budur.Buna ibadət demək belə düzgün deyildir.Çünki Allah üçün edilməyən ibadətin heç bir dəyəri yoxdur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Həyat

13 Dekabr 2012 11:32

-Malla icra edilən ibadətlər:Zəkat vermək və qurban kəsmək kimi.
Bir şəxs malla icra edilən ibadətlərdə başqasını vəkil edə bilər
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

_Aymir_

19 Noyabr 2012 21:30

laha;İbadət və sayğıya layiq olan yeganə varliq olduğu üçün ibadət etmək.
Qarşılığında heç bir şey gözləmədən yalnız Allahın əmrini yerinə yetirmək məqsədilə edilən belə bir ibadət; ibadətin ən yüksək dərəcəsidir.

2) Cənnətə girməyi ummaq və ya cəhənnəmdən qorxaraq ibadət etmək.
Belə fikirlə ibadət edən şəxs Allahın əmrini yerinə yetirmiş olur.Ancaq insan ibadəti belə bir mənfəət fikriylə deyil, yalnız Allah üçün eləməlidir

3) Dünyada bir mənfəət əldə etmək üçün, başqalarına göstərmək məqsədilə ibadət etmək
İbadətlərin ən aşağı dərəcəsi budur.Buna ibadət demək belə düzgün deyildir.Çünki Allah üçün edilməyən ibadətin heç bir dəyəri yoxdur.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

_Bella_

14 Noyabr 2012 23:46

Sitat: Aidan
Müsəlmanam deyib oruc tutmayan, namaz qılmayan, hətta heç dua eləmiyən insanlar var. ama ateist olub namaz qılan insanlar, deist olub oruc tutan insanlar da var. özləri bilər

Düzdü müsəlman olub Oruc tutmuyan,Namaz qılmiyanlar var..ama ateist və deist olanlar heç vaxt nə Namaz nə də Oruc tutarlar..


ALLAH ETDİYİNİZ İBADƏTLƏRİ QƏBUL ETSİN İNŞALLAH


QaRaCa,
İnşAllah doğrucasına edərsən ibadətini..Bir səcdə cəhənnəm və qəbr əzabından qoruyar insanı..Tuta biləcəyin vaxta qədər Orucunuda tut..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

QaRaCa

13 Noyabr 2012 23:20

Xəbər doğru yönlənib əslində. İbadət edirəmmi desəm etmirəm. Tam mənada mən özümü ibadət edən bir insan hesab etmirəm. Və heç bir zaman o iddiyada olmamışam. Allahı sevirəmmi - bəli Allahı çox sevirəm. İlk dəfə ibadət nədir sualını nənəm Quran oxuyarkən bilmişəm. Və zamanla o qədər ibadətlə bağlı kitablar oxumuşam ki. Bütün dinlər barədə yetərincə məlumatlıyam. İlk öncə İncili, sonra Quranı oxumuşam. Din dedikdə mənə Siyasi bir durum gəlib hər zaman ağlıma. Çünki hər bir dinin yaradılışı ilə hansısa ölkənin yaradılışı baş veribdi. Bu səbəbdən dinə aid bir çox suallarım olubdu hər zaman elə indidə var o suallarım. İbadət və din mənə görə tamamilə başqa anlayışlardır. Allaha ibadət etmək üçün hansısa bir dinə mənsub olmağa ehtiyac yoxdu. İnsan sadəcə doğru yolda olmalıdır. Bunu qorxusundan deyil, sevgisindən etməlidir. İnsanlığa olan sevgisindən. Namaz və ya oruc tutmaqla da ibadət etmək sayılmır. İnsan bir şeyi edərkən onu anlayıb etməlidir. Xeyr, əsla mən anlayıb edirəm demək istəmirəm, çünki ibadət etməyimçün hələ çox var. Yani əsl ibadətdən gedir söhbət. Oruc tutmaq tək elə yemək yeməmək demək deyil. İnsan bütün il boyu dilinin də orucunu tutmalıdı, əlinin də və s. İndi buranın Huri-mələkləri inkar edə bilərlər ki, ay biz heç bir zaman nə kiminsə arxası ilə danışmaq, nə kimisə pisləmək, nə qeybət qırmaq kimi şeylər etməmişik. Düzdü birini bisləmək adətim olmasa da, qeybətlə helə çox maraqlanmasam da bir insanın özü yox ikən onun haqqında işlənən adi söz belə qeybətə yozulur əsl ibadətdə. Məncə birinci əməllərimizə baxaq, sonra gerisini hall edək. İbadətin yarısı da Həcc və eynilə sədəqədir. Sədəqə verməyi də unutmayaq. Yazdıqlarımın hər biri elə özümə də aiddi.

FERIDE

13 Noyabr 2012 20:44

Sitat: Petty
ilk xeberin mübarekdi.Maraqlı alınıb.

cox sa ol

Sitat: TI KTO TAKOY
Cənnətə girməyi ummaq və ya cəhənnəmdən qorxaraq ibadət etmək.
Belə fikirlə ibadət edən şəxs Allahın əmrini yerinə yetirmiş olur. mence bu duz deyil ibadet Allaha sevgi yrekden gelmelidir .. nedense qorxaraq namaz qilmaq oruc tutmaq duzgun deyil .. xebere gore sagolun

senin dediyin zaten xeberin ardinda yazilmisdi.

Sitat: Mila Kunis
Bu arada bele gozel xeber ucun tewekkurler.

buyur.beyendiyine sevindim


Radiohead

13 Noyabr 2012 19:10

Sitat: asif.rasulov
BUTPEREST OLAN NAMAZ QILMIR ONU BIL! ESAS ODUR KI EDEBIN VE GETDIYIN YOL PEYGEMBERIN GETDIYI VE GOSTERDIYI OLSUN ESAS DEYILKI ADIN SUNNU OLSUN!!! SAYT REHBERLIYINDEN, ADMINNEN CHOX UZUR ISTEYIREM BURDA BO SOHBETE ACIQLAMA VERDIYIM UCHUN.


gör o atesit deist namaz qılır söbətini kim yazıb sora mənə sitat gətir. indi dob!
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

asif.rasulov

13 Noyabr 2012 19:00

Radiohead,
SALAMALEYKUM QARDASH VE BACILARIM! BURDA SOHBET QEYBETDEN GETMIR, GOZEL MOVZU ALTINDA ANLASHMAMAZLIQ OLMASIN, INSHALLAH! BUNADA SHUKUR KI IMANIMIZ OLUB BU MOVZUNUDA OXUYURUQ. GELIN BILMEDIYIMIZ SHEYLER HAQDA GIYAS ETMEYEK KI GUNAHLARIN SEBEBI BIZDEN OLMASIN. QALDI BUTPEREST OLUB NAMAZ QILANLAR KIMI NEZERDE TUTURSUZ, EHLI BEYT TEREFDARLARINI? SHIYELERI YANI (TEREFDARLARI) SHIYELER ESL PEYGEMBER TEREFDARLARIDILAR CHUNKI, PEYGEMBERIN SUNNETETIDIR ONUN ARDINCA GETMEK O BUYURUB ELI MOMINLERIN EMIRIDI, ELININ VURDUGU ZERBE MEXLUGETIN IBADETLERINDEN USTUNDUR. MOHUR SADE BIR TORPAQDIR NIYYET BAXININNAN CHOX ZAMAN KEREBELA TORPAGIDIR MUSTEHEB OLSUN DEYE ONDA QILINIR. MENIM SOZLERIM DEYIL HAMISI SEHIHI BUXARININ HEDISLER TOPLUMU KITABINDA VAR. SULTAN AHMAD MESCHIDINDE SAXLANIB QORUNAN PEYGEMBERIN MOHURU SUBUTDUR KI PEYGEMBERDE MOHURLE BEZEN QILARMISH. BUTPEREST OLAN NAMAZ QILMIR ONU BIL! ESAS ODUR KI EDEBIN VE GETDIYIN YOL PEYGEMBERIN GETDIYI VE GOSTERDIYI OLSUN ESAS DEYILKI ADIN SUNNU OLSUN!!! SAYT REHBERLIYINDEN, ADMINNEN CHOX UZUR ISTEYIREM BURDA BO SOHBETE ACIQLAMA VERDIYIM UCHUN.

♣_EmRe AyDıN_♣

13 Noyabr 2012 12:41

Eslinde her bir insan Allaha ibadet etmelidir.Esasende muselmanlar ancaq ele muselmalar var ki onlar araq icir siqaret cekir butun gun Allaha ibadet etmir Allaha inanmir.-Bədənlə icra edilən ibadətlər:Namaz qılmaq, oruc tutmaq kimi.
Bədənlə icra edilən ibadətləri hər bir müsəlmanın özünün yerinə yetirməsi lazimdir.Başqalarının vəkil olunması düzgün deyildir.Heç kim bir başqasinin yerinə namaz qıla, oruc tuta bilməz.

İlkay

13 Noyabr 2012 11:42

Bir cox wexsler vardir ki ibadeti sadece edirki onlarin isdedikleri dualar yerine yetsin amma eslinde Muselman her zaman ibadet etmelidir.Amma heyif ki her kes bunu anlamir.
Biz ibadet etmekle Allahimiza siginiriq yegane varliq oldugumuzu hiss etdiririk.Burdada cox gozel qeyd edilib ki,sadece ibadet edilir ki Cennet ve Cehennem amma hecde bele olmali deyil sen ibadetini etde nie fikirlewisen hara duweceyini.Sonra ibadet edilir ki kimse gorsun ki men ibadet edirem ve desin ki bu ibadet edir mence hec bu duzgunde deyil.Ne demek olar Allaha siginmaq cox gozel weydir ibadet etmekse her birmirizin borcudur.


Bu arada bele gozel xeber ucun tewekkurler.

Radiohead

13 Noyabr 2012 09:54

Sitat: Aidan
ama ateist olub namaz qılan insanlar, deist olub oruc tutan insanlar da var.


içmisən?
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

Aidan

13 Noyabr 2012 01:34

Müsəlmanam deyib oruc tutmayan, namaz qılmayan, hətta heç dua eləmiyən insanlar var. ama ateist olub namaz qılan insanlar, deist olub oruc tutan insanlar da var. özləri bilər
--------------------
Dream it.
Wish it.
Do it.

E.C.N

12 Noyabr 2012 23:57

bəziləri camaatın gözdən pərdə asmaq üçün ibadət edir, amma bir şeyi unudur ki ALLAH hər şeyi görür və hər kəsin ürəyindəki niyyəti bilir. ALLAH bütün ibadətləri qəbul etsin İNŞALLAH

Princess Jasmin

12 Noyabr 2012 21:53

xebere gore twkler....
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

TI KTO TAKOY

12 Noyabr 2012 20:40

Cənnətə girməyi ummaq və ya cəhənnəmdən qorxaraq ibadət etmək.
Belə fikirlə ibadət edən şəxs Allahın əmrini yerinə yetirmiş olur. mence bu duz deyil ibadet Allaha sevgi yrekden gelmelidir .. nedense qorxaraq namaz qilmaq oruc tutmaq duzgun deyil .. xebere gore sagolun

PeTTy

12 Noyabr 2012 18:41

Evvela ilk xeberin mübarekdi.Maraqlı alınıb.
Men türk mektebinde oxuyuram,bize mektebde meneviyyat dersinde bunları keçmiwdiler.

Şəhrican

12 Noyabr 2012 17:46

xebere gore twk.

_BianKa_

12 Noyabr 2012 17:40


İBADƏT NƏDİR?

İbadət Allaha təzim etmək,sayğı göstərmək və onun bizə verdiyi saysız-hesabsız nemətlərə qarşı minnətdarlıq borcunu yerinə yetirmək


xebere gore twkler....