Fon yüklənir...
Загрузка...

Hər şeydə bir xeyir vardır

Загрузка...
Hər şeydə bir xeyir vardır


Güclü bir imana sahib, Allahın gücünü gərəyi kimi təqdir edə bilən və Ona yaxın olan möminlər, Allahın özləri üçün yaratdığı hər hadisədə təvəkküllü davranar və hər şeydə mütləq xeyir olduğuna inanarlar.

Tam olaraq iman edə bilməyən, Allaha gərəyi kimi təslim ola bilməyən insanların yaşadıqları dağıtma, kədər və çarəsizlik kimi duyğular, möminlərdə görmək olmaz. Möminlər Allahın özləri üçün yaratdığı qədərdən razıdırlar. Və Quranda bildirilən:

"... Bəlkə, bir şey xoşunuza gəlməz, amma Allah onda çox xeyir edər." (Nisa Surəsi, 19)

"... Olar ki xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz." (Bəqərə Surəsi, 216) ayələrinin şüurunda olaraq hər zaman Allaha sığınırlar.

Allaha tam təslim olan möminlər bu çox əhəmiyyətli sirri bildikləri üçün, qarşılaşdıqları hadisələrdə xeyir və gözəllik axtararlar. Çətinlik və ya çatışmazlıq kimi görünən heç bir hadisəyə kədərlənməzlər. Məsələn illər boyunca çətinliklə çalışıb sahib olduqları bütün mallarını itirsələr belə, bunda bir xeyr olduğunu düşünər və Allaha sığınırlar. Allahın özlərini bir pislikdən və ya harama girməkdən qorumuş ola biləcəyinə inanır və şükr edərlər.

Eyni şəkildə çox çalışdığı halda istədiyi məktəbi qazana bilməyən bir insan, Allaha tam bir təslimiyyətlə sığınar və bunda mütləq bir xeyr olduğuna inanar. Allahın özünü o məktəbdəki bəzi təhlükələrdən, insanlardan və ya ətraflardan qoruduğunu düşünür. Heç bir şey olmasa belə Allahın təqdir etdiyi nəticənin özü üçün ən xeyirli nəticə olduğuna inanır və bunun üçün Allaha şükr edər.

Mənfi kimi görünən hadisələrin hamısında əslində böyük xeyirlər vardır. Buna görə hər hadisənin xeyirlə meydana gəldiyinə inanan insanlar 'kaş ki' kimi ifadələr istifadə etməzlər. Allah, hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox əhəmiyyətli xatırlatmalar edər, bunları ağıl və hikmət gözüylə dəyərləndirən insanlar üçün ortada çatışmazlıqlar, unutqanlıqlar, tərsliklər deyil, Allah qatından bir dərs, xəbərdarlıq vardır. Bu xəbərdarlıqları fərq etmək və səhv etməkdən çəkinmək insanı sonsuz qurtuluşa aparar.

Ayrıca yaşanan bu mənfi hadisələr, insana acizliyini və möhtaclığını xatırladan, Allaha olan yaxınlığını artıran səbəblərdir. Hər zaman yolunda gedən bir həyata sahib olan insan, bir müddət sonra Allahı unudar və qəflət içində yaşar. Buna görə bu mənfiliklərə, insana Allahı xatırladan xeyirlər olaraq baxmaq lazımdır. Bu əslində insan üçün çox böyük bir nemət və şükür vəsiləsi; axirəti üçün də çox əhəmiyyətli bir xeyir və gözəllik deməkdir.

İnsan hər zaman hər hadisənin ardındakı xeyr və hikməti görə bilmir, ancaq, görə bilməsə belə mütləq bir xeyir olduğunu bilər və Allahın özünə hadisələrin ardında gizlənən xeyr və hikmətləri göstərməsi üçün dua edər.

Həyata bu dünyagörüşüylə baxan bir insan, Allahın izni ilə həm bu dünyada, həm axirətdə dinc bir həyata qovuşar.
Загрузка...

ŞƏRHLƏR

omer osman

18 Avqust 2013 00:44

tam raziyam.ona gore calisiram hec ne ucun sikayet etmeyim.yalniz sukr edim good

FIORE

9 Avqust 2013 14:59

Həyata bu dünyagörüşüylə baxan bir insan, Allahın izni ilə həm bu dünyada, həm axirətdə dinc bir həyata qovuşar.
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

❃FloRal❃

6 İyun 2013 22:28

Bunu men de hemişe fikirleşirem
--------------------

***
❃❃❃

***

PeTTy

3 Aprel 2013 00:03

Tebii ki de bir xeyir vardır,sonradan anlayırıq bizimçün olan xeyri.

ADELE

24 Yanvar 2013 19:35

əlbəttə ki hər şeyin əvvəlində və ya axırında bir xeyir mütləq vardır
--------------------
Hatasız Kul Olmaz

Həyat

13 Dekabr 2012 11:39

Allaha tam təslim olan möminlər bu çox əhəmiyyətli sirri bildikləri üçün, qarşılaşdıqları hadisələrdə xeyir və gözəllik axtararlar. Çətinlik və ya çatışmazlıq kimi görünən heç bir hadisəyə kədərlənməzlər. Məsələn illər boyunca çətinliklə çalışıb sahib olduqları bütün mallarını itirsələr belə, bunda bir xeyr olduğunu düşünər və Allaha sığınırlar. Allahın özlərini bir pislikdən və ya harama girməkdən qorumuş ola biləcəyinə inanır və şükr edərlər.
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ღ SuPPeR ღ

27 Noyabr 2012 18:58

her seyde bir xeyir vardir:)
bezen insan secim arasinda qalir,buna furset deye bilerik,secimi duz etse onun yararina olacaq,insan bezen oz heyatini ozu,yani agli vasitesile deyismeye qadir varliqdir:)

Sitat: Şəhrican
Allahimdan yerden goye qeder raziyam...hergun ona nefes aldigimcun wukur edirem.

ALLAH SENDEN razidirmi?onu dusunek,ONDAN narazi qalmaq bizim neyimize?:)

Ilahe20

21 Noyabr 2012 13:53

elbetde herden ele weyler olurki insan oz ozune fikirlesirki yaxsiki filaniw olmadi.

_BianKa_

17 Oktyabr 2012 21:49

,hər bir işdə xeyr vardır.

ADELE

16 Oktyabr 2012 18:46

H
əyata bu dünyagörüşüylə baxan bir insan, Allahın izni ilə həm bu dünyada, həm axirətdə dinc bir həyata qovuşar.
--------------------
Hatasız Kul Olmaz

Şəhrican

16 Oktyabr 2012 12:51

Allahimdan yerden goye qeder raziyam...hergun ona nefes aldigimcun wukur edirem.

F_N

16 Oktyabr 2012 01:31

Yazilanlar tamamile dogrudur,men de arada neyese isyan edirem.sonra dusunurem ki,bunda da nese xeyir var.Allahima cox wukur o her seyi bilen ve gorendir

QaRaCa

15 Oktyabr 2012 23:24

Xəbər çox gözəl mövzuya toxunubdu. Əslində hər birimiz bunu bilirikdə lakin həyatımızda bir hadisə baş verərkən onda bir xeyir tapmağı unuduruq. Bəzən mənim şikayət etdiyim hallar olubdu, baş verənlərdə xeyirli bir hal tapa bilməmişəm. Lakin zamanla Allah o xeyirli tərəfləri mənə göstəribdi. Önəmli deyil ki, xeyirli tərəfi elə bugün olsun, elə sənin həyatında yansısın. Bir zaman bir dəyərli insanımı itirdim(söhbət realdan gedir) və bütün baş verənlərə görə o qədər naşükürlük edirdim ki. O qədər üsyan etdim ki o anlarda. Və həmin an hər şey üzərimə gəldikcə daha da hər şeydə özümü günahlandırırdım ki, görəsən Allah məni nəyə görə cəzalandırır. Lakin baş verən hər bir pis hadisə mütləq ki, hansısa pis əməlin nəticəsi deyil, sadəcə Allah səni qarşıdan gələn növbəti bir pis hadisədən qoruyur, sadəcə sən onu görmürsən. Həmin müddət bir qohumum mənə öz yaşadıqlarını danışdı ki, niyə sən üsyan edirsənki? Və zamanla onun sözlərindəki doğrunu gördüm. Və indi baş verənlərə görə şükr edirəm. Bəlkə də onunla birgə olsaydım hər zaman mənim üçün belə dəyərli qalmazdı, və eynilədə mən onun üçün. Bəlkə də bugün ehtiyacı olan bir insanın yanında ola bilməzdim. Şükr edirəm ki, bugün mənə ehtiyacı olan insanın əlindən tuta bilirəm, mənə daha çox ehtiyac duyulan anda onu yıxılmağa qoymuram. Əslində mən bəlkə də çox xoşbəxt bir insan olmalıyam. O səbəbdən şükr etməyə öyrənirəm zamanla və bu məndə alınır çox şükür. Və sonda ən sevdiyim sözü hər kəsə yazmaq istərdim. Əmin olun ki, Allah hər zaman sizin dualarınızı eşidəcək, sadəcə inanaraq dua edin. İnamınızı itirməyin, və ətrafınızda baş verən müsbətləri görün. Sadəcə öz niyyət və arzunuzun baş verəcəyi günü gözləməyi, bilin ki, o niyyətlərinizdəndə gözəl hadisələr baş verə bilər lakin siz görmiyə bilərsiniz, çünki gözünüzü öz ağlınızdakı o niyyətiniz kor etmiş olar.
"... Şübhəsiz Rəbbim, mənimlə bərabərdir, mənə yol göstərəcək"(Şuəra Surəsi, 62)

ღ SuPPeR ღ

15 Oktyabr 2012 23:09

SEBRSIZLIYIM BASIMA BELA,,,QIRMAQ TOKMEK MENIM ISIM,BEZEN SEBEBSIZ SITEMLER,,,XIRDA HADISELERDE BOSLUGA DUSUB SIDDETLE QEZEBLENMEK,,,COOX PISSS

XOOS SEBRLI INSANIN HALINA,HANSISA BIR HADISEDE SEBR EDEN NEE VARLIDIR,NE RAHATTIR bye

_Bella_

15 Oktyabr 2012 23:02

Əlbətdə hər şeydə,hər bir işdə xeyr vardır..Axirətimiz gözəl olsun inşAllah..Nina gözəl xəbərcün təşəkkürlər...
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

ayan1

15 Oktyabr 2012 12:19

tsk xebere gore

Nina Guney

15 Oktyabr 2012 10:51

Sitat: princess jasmine
twk nina

give_ros
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Princess Jasmin

15 Oktyabr 2012 10:19

Həyata bu dünyagörüşüylə baxan bir insan, Allahın izni ilə həm bu dünyada, həm axirətdə dinc bir həyata qovuşar. twk nina
--------------------
Bazen.. Hayat, bizi mutlulukla sınar, Bazen kederle, bazen intikamla, bazen acıyla..

ferid13

15 Oktyabr 2012 10:10

calisaq ALLAH hemise yaxin olaq
loading...
Загрузка...