Loading...
İman edərək arınmaq

İman edərək arınmaq

Loading...
Insanlar,"İman etdik" deyərək, sınanmadan buraxılacaqlarınımı sandılar?


İnsanlar, (yalnız) "İman etdik" deyərək, sınanmadan buraxılacaqlarınımı sandılar? (Ənkəbut Surəsi, 2)
Bu ayədə Allah, "iman etdim" deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan həqiqi və səmimi bir iman istəyir. Bu isə adamın yalnız "mən inandım" deməsi ilə əldə edilə bilməz. İnsanın dünyadakı vəzifəsi, Uca Allaha və axirətə iman etmək, Quranda ifadə edildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Bu səbəbdən hər insan, Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın özünü sapdırmaq üçün göstərəcəyi bütün səylərə baxmayaraq doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə kafirlərə uymayacağını, öz nəfsinin ehtiraslarını Allahın razılığına seçim etməyəcəyini də ispatlamalıdır. Bunu isə qarşılaşdığı hadisələrə verdiyi reaksiyalarla ortaya qoyacaq. Allah, din əxlaqını yaşamağı qəbul edən insanın qarşısına səbr etməsi lazım olan bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi rəftarlarla onu imtahan edəcəkdir.

Həqiqət bu ikən mömin, qarşısına çıxan hər hadisəyə imtahan gözüylə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olan rəftarı göstərməlidir. Allah Quranda möminləri qorxu, aclıq, mal, can və məhsullardan azaltmaqla sınayacağını bildirir.(Bəqərə Surəsi,155)

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanı. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükr edici olub olmadığını da sınayar. Nemətlərin yanında, Allah insanın qarşısına həyatı boyunca, qərar verməsi lazım olan bir çox hadisə çıxarar. Əlbəttə yaşadıqlarının bir imtahan olduğunun fərqində olan və Allahın razılığına uyğun olduğunu düşündüyü şəkildə qərar verən möminlər bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi cənnət həyatı ilə mükafatlandırılmayı ümid edə bilərlər.

Dünyadakı imtahan mühitində, möminlər, vicdanlarının səsini dinləyib, Allahın özlərini sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi qəlblə Allaha yönələn bir insan, qarşısına nə cür çətinlik çıxarsa çıxsın, mütləq bir asanlıqla qarşılaşacaq və Allahın izni ilə doğrunu tapacaq. Bu imtahan dünyasının ən böyük sirlərindən biri, iman edənlər üçün mütləq bir qazancla nəticələnəcəklər. Ən böyük qazanclardan biri isə, iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanət, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artıracaq olmasıdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Huzur

20 Sentyabr 2012 00:17

ALLAHIM MENDE SENE RUHUMU HEYETDAYKEN TESLIM ETMEK ISDEYIREM. MENIDE BUTUN DOSLARIN KIMI HEYETDAYKEN RUHUMU OZUNE TESLIM ET.

Nina Guney

19 Sentyabr 2012 20:17

Sitat: DonnA
Həmişi əlimi Allaha barındırıb ümüd diləyəndə yüngül oluram.elə bilirəm üstümdən ağırlıq qalxıb.əmin oluram ki 100 % işim düzələcək.Allah Təala yardımçım olacaq.Və yanılmıram da.

ele mende hemise duadan sonra cox rahatlayiram..
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

DonnA

19 Sentyabr 2012 17:32

Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükr edici olub olmadığını da sınayar
Bəli Bəli.bunu hərdən özümdə də görürəm.hətta özümə məəttəl qaliram.hərdən elə naşükür oluram ki..nə bilim özümə qıraqdan baxsam qınıyaram.Ama sora Allah başimdan vuru ki bax bəndə gözlərini aç.Allaha qurban olum.Həmişi əlimi Allaha barındırıb ümüd diləyəndə yüngül oluram.elə bilirəm üstümdən ağırlıq qalxıb.əmin oluram ki 100 % işim düzələcək.Allah Təala yardımçım olacaq.Və yanılmıram da.
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

FERIDE

18 Sentyabr 2012 21:53

Səmimi qəlblə Allaha yönələn bir insan, qarşısına nə cür çətinlik çıxarsa çıxsın, mütləq bir asanlıqla qarşılaşacaq və Allahın izni ilə doğrunu tapacaq.
xebere gore tesekkurler

Huzur

18 Sentyabr 2012 21:34

Butun imtahanlar bizi Allaha dahada yaxnlasmagmz ucn bir neymetdr. Imtahan meneviyatimzn yukselmesi ucn cox vacbdr. Insani qurtaran ve dahasi dunya heyatini ve axiret heyatini qazandran tek bir duadir. ALLAHIM MENDE SENE RUHUMU HEYETDAYKEN TESLIM ETMEK ISDEYIREM. MENIDE BUTUN DOSLARIN KIMI HEYETDAYKEN RUHUMU OZUNE TESLIM ET. Qelbinizden bir dua. bu dua bosa getmeyecek bir duadr. Hep beraber qelbimizden dileyek ins.

★_EliSa_★

18 Sentyabr 2012 16:32

Dünyadakı imtahan mühitində, möminlər, vicdanlarının səsini dinləyib, Allahın özlərini sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırl

Gulka

18 Sentyabr 2012 16:14

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanı bu cumleyle tememile raziyam xeber eladi
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

The Moon

18 Sentyabr 2012 16:08

İman etməklə hər şeydən arınmaq olar pis əməllər və günahlar başda olmaqla...

Singir Girl

18 Sentyabr 2012 14:32

Həqiqət bu ikən mömin, qarşısına çıxan hər hadisəyə imtahan gözüylə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olan rəftarı göstərməlidir. Allah Quranda möminləri qorxu.

xebere gore twk