Loading...
İmam Zaman Ağanın (ə.f.) qeybinin-səbəbi

İmam Zaman Ağanın (ə.f.) qeybinin-səbəbi

Loading...

İmam Zaman Ağanın (ə.f.) qeybinin-səbəbi


İmam Zaman ağa (ə.f.) nə səbəbə görə nəzərdən gizlidir və qeyb zamanı onunla rabitə yaradan kimsə varmı?

Cavab: İmam Zaman ağanın (ə.f.) qeyb zamanının həqiqi və əsl səbəbini bəyan etmək çətin məsələdir. Qeyb haqqında həm tarixi və həm də psixoloji nəzərə malik olmaq olar.
Tarixi nəzər. İslamın ilk vaxtlarına nəzər salsaq, kafir və batil ordunun haqq ordusunu necə məhv etmək istədiyini görmək olar. Bu yolda dini rəhbərləri belə öldürməkdən çəkinməmişdilər. Onlar çox gözəl bilirdilər ki, dünyadakı hökumətlərini davam etdirmək üçün dini rəhbərləri aradan qaldırmalıdırlar. Belə ki, Məsum İmamların (ə) şəhadəti xəlifələrin əsas məqsədləri olmuşdur. Xəlifələri daha çox dəhşətə gətirən şey müjdəçinin zühur etməsi xəbəri olmuşdur. Ona görə də İmam Həsən Əsgərinin (ə) dövründəki xəlifələr onu nəzarət altında saxlayırdılar. Onlar gözləyirdilər ki, vəd edilmiş müqəddəs şəxs dünyaya gələn kimi onu şəhid etsinlər.

Ona görə təbiidir ki, Allah öz hüccətini yerinə yetirmək üçün onu qeybə çəkir. Bu yolla onun canı hifz edilmiş olar və zamanı çatanda və insanlar bu hazırlığı əldə edəndə zühur edər və ədaləti bərqərar edər.

Hədislərimizin nəzərincə. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bu - İlahi əmr və Allahın sirlərindən biridir”.

İmam Əli (ə) buyurur: “Allaha and olsun, mən və iki övladım şəhid olacağıq. Allah dünyanın sonunda övladlarımdan birini qanımızı almaq üçün ruhlandıracaqdır və o, bir müddət qeyb olacaqdır ki, insanlar imtahan olunsunlar və yollarını azmışlar bilinsinlər. O yerə qədər ki, nadan insanlar deyərlər: “Allahın Ali Muhəmmədlə daha işi yoxdur””.

Başqa yerdə İmam Əli (ə.f.) buyurur: “Yer üzəri Allahın hüccətindən boş qalmayacaqdır. Ancaq Allah insanların zülm etdiklərinə və hədlərini aşdıqlarına görə onları öz hüccətinin zahirindən məhrum edər”.

Bəziləri hədislərə baxaraq söyləyirlər ki, qeybin əsas səbəbi məlum deyildir. Bəziləri də tarixə nəzər salaraq bəyan edirlər ki, qeybin əsas səbəbi - İmamın (ə.f.) canının qorunması olmuşdur.

Ona görə demək olar ki, qeyb elə bir məsələdir ki, düzgün proqramlaşdırılmalıdır və Əhli-Beyt (ə) cəmiyyəti az bir çətinlik ilə onu qarşılaya bilməlidir. Ona görə də Məsum İmamlar (ə) bir tərəfdən şagirdlərinə əhkamı təlim edirdilər ki, gücləri çatdığı qədər dini hökmlərdən nəticə çıxara bilsinlər. İnsanları alimlərdən öyrənməyə və onlara müraciət etməyə təşviq edirdilər. Başqa bir tərəfdən isə vəkillik quruluşunu təsis edərək, insanları vəkillərə müraciət etməyə dəvət edirdilər. Elə bu aralarda xəlifələr İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) zamanında birbaşa olan əlaqələri azaltdılar. Ona görə də onlar pərdə arxasından suallara cavab verirdilər ki, insanlar İmamı (ə) görməməyə adət etsinlər. Bunların ardınca kiçik qeyb haqqında xəbər verildi. İnsanlar bu zaman ehtiyacı olan suallara cavab almağa başladılar.

İmam Zaman ağa (ə.f.) ilə əlaqə saxlayan insanlar haqqında isə demək olar ki, İmamın (ə.f.) iki qeybi olmuşdur. Biri kiçik və o birisi isə böyük qeyb. Kiçik qeyb zamanı Həzrət (ə.f.) insanların gözündən gizli idi. 4 səhabə İmam (ə.f.) ilə insanlar arasında vasitəçi idilər. İnsanların çətinlikləri bu dörd nəfərə deyilər və onlar da bu məsələləri İmama (ə.f.) çatdırardılar.

Böyük qeyb başlayanda isə insanların Həzrət (ə.f.) ilə rabitəsi kəsilir. Bu dövrün xüsusiyyəti belədir ki, heç kim iddia edə bilməz ki, o, İmamın (ə.f.) xüsusi vasitəçisidir və onunla rabitəsi vardır. Çünki hər kəs bu cür iddia edərsə, Həzrətin (ə.f.) özünün dediyi kimi, yalançıdır.

İkinci nöqtə odur ki, böyük qeyb zamanında saleh insanların, böyük alimlərin və təqvalı insanların Həzrət (ə.f.) ilə görüşləri olmuşdur. Baxmayaraq ki, bu görüşlər zamanı çoxları Ağanı (ə.f.) tanımamışdılar. Həzrət gedəndən sonra başa düşmüşdülər ki, hansı böyük bit tofiqə nail olublar. Zəhranın Yusifini (ə.f.) tanımayıblar.

Üçüncü nöqtə odur ki, qeyb zamanında İmam Zaman ağanın (ə.f.) yaşadığı yer və məkan bizlər üçün məlum deyildir. Bizim üçün o Həzrət (ə.f.) ilə görüş yolu bağlıdır. Həzrətin (ə.f.) özü əgər kimisə bu görüşə layiq bilərsə, həmin insanlarla görüşər.

Dördüncü nöqtə odur ki, bizim Həzrətin (ə.f.) xidmətinə getmək üçün heç bir vəzifəmiz yoxdur. Bizim vəzifəmiz odur ki, dini hökmlərə əməl edək. Elə rəftar edək ki, hərəkətlərimiz Həzrətin (ə.f.) rizayətini qazansın. Özümüzü Həzrət (ə.f.) ilə görüşə hazırlamalıyıq. O kəs ki, əvvəlcədən özünü bu görüşə hazırlamaz, o, həmin günü Həzrətin (ə.f.) tərəfdaşlarından olmayacaqdır.

Beşinci nöqtə odur ki, İmam Zaman (ə.f.) ilə görüşmək həm oyaq vaxtı mümkündür, həm də yuxuda.

İnsan ruhu əgər nuraniliyə malik olarsa, mənəvi və batini təharət əldə edərsə, görüş imkanı yaranar. Əgər insan o Həzrət (ə.f.) ilə görüşün həsrətində olarsa, əməldə də sadiq olarsa, bu cür insan mümkündür ki, ya oyaq vaxtı, ya da yuxuda İmam Zaman ağa (ə.f.) ilə görüşsün. O Həzrət (ə.f.) həmin insana diqqət etsin.

Həzrət (ə.f.) ilə rabitə iki cür mümkündür:

Ruhi rabitə. İnsan ruhi cəhətdən hiss edər ki, Həzrətə (ə.f.) yaxınlaşmışdır. Bu məsələnin iki əsasa ehtiyacı vardır:

1. Həzrət (ə.f.) haqqında daha çox və daha dərin biliyə malik olmaq.

2. Dini vəzifələrə əməl etmək. Xüsusilə vacibatlara əməl etmək və haramları tərk etmək.
Bu iki əsasın yanında insan gərək İmamı (ə.f.) daima yada salsın, İmamın (ə.f.) salamatlığı üçün dua etsin.

Qeyb zamanında İmamı (ə.f.) adi halda görmək mümkün deyildir. Ancaq insanlar arasında belə bir söz gəzir ki, 40 gün dalbadal Cəmkərana getməklə bunu etmək mümkündür. Lakin belə görünür ki, dini hökmlərə əməl etmək və o Həzrətə (ə.f.) təvəssül etmək daha yaxşı bir yoldur. Onu da bilmək lazımdır ki, əgər məsləhət deyilsə, bu görüş alınmayacaqdır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

12 Avqust 2013 23:30

bu movzulari cox beyenirem ela idi maraqli
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

★_EliSa_★

13 Sentyabr 2012 23:59

tewekuuurleeeeeeeer

Lebbeyk Ya Huseyn

13 Sentyabr 2012 23:56

ALLAH haminizdan razi olsun.Minnetdaram.

The Moon,
Sizin sualiniz nedir xanim , Deyinçeger bildiyim bir movzudusa cavablandirimş

(ə.f) Əleyyikəl Fərəc menasini verir ve Imamin zuhurunun tezleshmesi udchun deyilen bir duadir.

Diloshqa,
Xeyr xanim,Aga qiyametden evvel gelecek ve dunyada vahid islam dovletin quracag.Ilsam dovletin qurannan bir muddet sonra qiyamet bash verecek Inshallah.

Nina Guney,
Evvela Salam,Xanim,Aga ile gorushmek uchun xususi emeller edenler var beli,bu movzuda sizinle raziyam ki,ele insanlar varki Cemkerana gedib orda 40 gun ibadet edirler ve ya diger yerlerde.Amma Imam Zaman aganin ozunun gozel bir sozu varki,Aga buyurub,siz meni dagda kesekde axtarmayin.Siz ozunuz ozunuzu duzeldin,men sizin gorushunuze ozum gelerem.

Nina Guney

13 Sentyabr 2012 09:05

Qeyb zamanında İmamı (ə.f.) adi halda görmək mümkün deyildir. Ancaq insanlar arasında belə bir söz gəzir ki, 40 gün dalbadal Cəmkərana getməklə bunu etmək mümkündür. Lakin belə görünür ki, dini hökmlərə əməl etmək və o Həzrətə (ə.f.) təvəssül etmək daha yaxşı bir yoldur. Onu da bilmək lazımdır ki, əgər məsləhət deyilsə, bu görüş alınmayacaqdır.

ilk xeberiniz mubarek
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

_ClaRisS_

13 Sentyabr 2012 00:15

Tewekkur maraqla oxudum ilk xeberiniz mubarekdi...

The Moon

12 Sentyabr 2012 19:20

Mən oxudum ama suala cvb tapa bilmədim...

_Aymir_

12 Sentyabr 2012 17:05

Sitat: Karacicek
Tam oxumaga sebrim catmadi, ancaq her halda tesekkurler.

Bele xeberleri oxumaga sebriniz catmaz ele...
Boyuk zovq alaraq oxudum cox sevirem bele xeberleri ALLAH razi olsun..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

_BianKa_

12 Sentyabr 2012 16:38

Çox sağ olun..Allah razı olsun

DonnA

12 Sentyabr 2012 16:17

Sitat: Mr_RoCCo
Mötərizədəki ə.f-nın mənası nədi? İlk dəfədi elə bir yazı görürəm

Sitat: ms_dynamite
hə məndə ilk dəfədir görürəm bunu yazmaq istəyirdimki gördüm yazmısız...müəllifdən xahiş bunu izah etsin...

nə əcəb eşitməmisiz və görməmisiz.. əccul fərəcəhum deməkdi onunda tercüməsi ALLAh zuhurun tez ve tecili etsin.
Saol xəbərə görə Allah razi Olsun!
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

ms_dynamite

12 Sentyabr 2012 15:35

Sitat: Mr_RoCCo
Mötərizədəki ə.f-nın mənası nədi? İlk dəfədi elə bir yazı görürəm

hə məndə ilk dəfədir görürəm bunu yazmaq istəyirdimki gördüm yazmısız...müəllifdən xahiş bunu izah etsin...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Ahu 05

12 Sentyabr 2012 14:57

maraqli idi tesekkurler

Diloş

12 Sentyabr 2012 14:19

Bildiyim bir şeydə oduki qiymət zamanı o gələcəyidi.Oxudum Allah razı olsun

LoVe_LiFe

12 Sentyabr 2012 13:50

Ona görə demək olar ki, qeyb elə bir məsələdir ki, düzgün proqramlaşdırılmalıdır və Əhli-Beyt (ə) cəmiyyəti az bir çətinlik ilə onu qarşılaya bilməlidir. Ona görə də Məsum İmamlar (ə) bir tərəfdən şagirdlərinə əhkamı təlim edirdilər ki, gücləri çatdığı qədər dini hökmlərdən nəticə çıxara bilsinlər. İnsanları alimlərdən öyrənməyə və onlara müraciət etməyə təşviq edirdilər. Başqa bir tərəfdən isə vəkillik quruluşunu təsis edərək, insanları vəkillərə müraciət etməyə dəvət edirdilər. Elə bu aralarda xəlifələr İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) zamanında birbaşa olan əlaqələri azaltdılar. Ona görə də onlar pərdə arxasından suallara cavab verirdilər ki, insanlar İmamı (ə) görməməyə adət etsinlər. Bunların ardınca kiçik qeyb haqqında xəbər verildi. İnsanlar bu zaman ehtiyacı olan suallara cavab almağa başladılar.Xebere gore Allah razi olsun... rose

Mr_RoCCo

12 Sentyabr 2012 13:40

İmam Zaman ağa (ə.f.)

Mötərizədəki ə.f-nın mənası nədi? İlk dəfədi elə bir yazı görürəm
--------------------
FaceBook
Instagram - ageelvevo

_Bella_

12 Sentyabr 2012 13:09

Çox sağ olun..Allah razı olsun..İlk xəbərinizdə mübarəkdi..A_N demişkən gözəl xəbərlə başladız..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Gulka

12 Sentyabr 2012 13:05

ilk xebeinizi qoyduqunuza gore tebrikler ela xeberdi
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Karacicek

12 Sentyabr 2012 11:41

Tam oxumaga sebrim catmadi, ancaq her halda tesekkurler.

Nuru_77

12 Sentyabr 2012 11:30

Imam Zaman againin bewikde iken zuhura cekildiyini bilmirdim sizin sayenizde bildim cooox sagolun

İlkay

12 Sentyabr 2012 11:08

Onceden bunu deyim ilk xeberinize cox gozel bawladiz superdir Allah razi olsun.
Ilk werhiniz de tewekkurunuzde menden olsun qoy))
Axirinci yox axarinci olsun xeberleriniz.