Loading...

Günahlarımız
Din
- 10 Sentyabr, 2012
- 2 662 Baxış
Loading...

İslam alimləri "günahın kiçik və ya böyük olmasına deyil, kimə qarşı işləndiyinə baxmaq lazımdır" demişlər. İşin gerçəyi günah istər kiçik, istəsə böyük günah olsun əhəmiyyətsiz deyil. Günahın yüngülə alınması və əhəmiyyət verilməməsi böyük təhlükələri özü ilə gətirər. Peyğəmbərimiz (səv) "Davamlı işlənən və vərdiş halına gələn kiçik günah kiçik olmaqdan çıxar böyük günah sinifinə girər, istiğfar və tövbə edilən böyük günah da zamanla kiçilər və nəhayət tərk edildiyi zaman adamı Allahın əfvinə məzhər edər" buyurmuşlar.

İnsanın günahı kiçik görməsi Allaha olan imanın zəifliyindən qaynaqlanır. Allahı bilmək və tanımaq yalnız sifətlərini əzbərləməkdən ibarət deyil. Sifətlərinin təcəllisi olan aləmləri tanımaq və bilməkdən də keçər. Allahın qüdrətini bilmək üçün kainatın böyüklüyünü bizə izah edən Astronomiya elmini bilmək lazımdır. Kainatın böyüklüyünü və böyük kainatda Allahın qənaətini bilən bir alimin Allahı bilməsi və ondan qorxması ilə bunlardan xəbərsiz bir alimin Allaha imanı və qüdrətini tanıma arasında böyük fərq vardır. Bu səbəblə uca Allah "Allahdan gerçək mənada ancaq alimlər qorxar" (Fatır, 35:28) buyurmuşdur.

Günahları əhəmiyyət verməyən və yüngülə sahələrin ən əhəmiyyətli bəhanəsi Allahın bağışlayıcı olması və özünü də bağışlayacağını zənn etməsidir. Bu isə şeytanın vəsvəsəsindən və adamı aldatmasından başqa bir şey deyil. Şeytan bağışlanma xahişi ilə və Allahın geniş rəhmətini insana xatırladaraq onu aldadar və günaha sövq edər. Bu səbəblə peyğəmbərimiz (səv) "Keyyis, yəni ağıllı nəfsini qınayan və ölümdən sonrası üçün hazırlıq edəndir.Axmaq isə nəfsinin arzusuna uyğun gələn və Allahın özünü bağışlayacağını ümid edən kimsədir" (Tirmizi, Qiyamət, 26) buyurubdur

Qürur aldanmaq mənasını verməkdədir. İnsan etmiş olduğu bəzi xeyirli əməllərinə güvənərək özünü günahdan çəkməzsə aldanmış və həlak olma yoluna girmiş deməkdir. İnsanın əməlinə güvənməsi böyük günahlardan olan "Ucub"dur. Ucub isə yesin, ümidsizliyin ziddidir. Adam az bir əməl ilə özünün xilas olduğunu zənn edər. Bədiüzzaman həzrətləri "İnsanın etdiyi kəmalat və yaxşılıqlarda haqqı yoxdur, mülkü deyil; onlara güvənə bilməz" deməkdədir. Çünki xeyiri və ibadəti əmr edən Allahdır.

Allah qorxusu özündən olan insan isə ən təvazökar olan insandır. Təvazökar isə hər kəsi özündən yaxşı bilməkdə və nəfsini hər kəsdən daha qüsurlu görməkdədir. Yenə müvəffəqiyyət və üstünlük Allahın etdiyi ibadət və xidməti qəbul edib bəyənməsinə bağlıdır. Bu isə dünyada biz tərəfindən məchuldur. O xidmətə və əmələ memər olmuş və o xidmət onunla edilmişdir; ancaq Allahın razılığı və qəbulu üçün lazım olan ixlas və səmimiyyətdən məhrum olduğu və ya bir başqa səbəbə dəyər verdiyi üçün o əməlin Allah qatındakı məqbuliyyətinə sədd çəkmişdir. O əmələ məzhər ola bilməmişdir. Özü isə onun qəbul edildiyi vəhminə qapılmışdır. Gerçəkdə qəbul edilib edilmədiyi isə ancaq axirətdə müəyyən olacaq. Bu vəziyyətdə adamın elminə, əməlinə və xidmətinə güvənməsi onu aldatmış olar.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...