Loading...

Dində sədəqə
Din
- 09 Sentyabr, 2012
- 3 320 Baxış
Loading...

Ruzi verən, bəlaları dəf edən ,xəstələrə şəfa verən, çətinlikləri açan amillərdən biridə sədəqə verməkdir.
Bu iş, sədəqə verənin dünya və axirət işlərini islah edər. Peyğəmbər(s) buyurur:
"-Gününüzü sədəqə ilə başlayın .O bəlaları dəf edir. Sədəqə verin, çünkı onun dünya və axirətdə 10 faydası vardır .Belə ki dünyada malı pak edir ,bədəni təmizləyir ,qəlbləri şad edir və ruzini artırır.Axirətdə isə əməl yükünü ağırlaşdırar. Ey mömin !Səhər səgəqə ver ki, gecənin nəhsliyi səndən getsin."
Sədəqənin faydaları:
1)Qiyamətdə insan hökm olmayınca, sədəqənin kölgəsində olacaq.
2)Qəbrin və qiyamət gününün əzabını dəf edər.
3)Su odu söndürdüyü kimi, sədəqədə xətaları aparar.
4)Gecə ikən sədəqə vermək, Allahın qəzəbini sakitləşdirər ,böyük günahları məhv edər.
5)Sədəqə verən, Allah yoluna cihad edən kimidir .Allahın sizə verdiyindən sizdə verin.
6)Əgər dövlətli fəqirlərə əl tutub bununla minnət qoymazsa ,Allah bunu mələklərinə fəxr edər.
7)Sədəqə ilə Allah 70 növ pis ölümü dəf edər.
8)Sədəqə verməklə çətinliklərinizi aradan qaldırın .Allah bununla qəm qüssənizi yox edər.
9)Sədəqə verin bu sizi cəhənnəmdən azad edər.
10)Sədəqə qəbrin hərarətini aparar.
Ps.Müsəlman nə ilə öz abır həyasını saxlayarsa, bu sədəqədir. İnsanın öz qardaşına təbəssümü, yoldan tikanı daşı kənara atması ,dilini saxlaması ,iki nəfərin arasında sülh yaratması, düşmən qohumuna yardım etməsi sədəqədir .Ümümiyyətlə hər bir yaxşı iş sədəqədir .Sədəqənin zamanı və miqdarı yoxdur. Ehtiyacı olmayan birinə sədəqə vermək rəva deyil.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...