Fon yüklənir...
Загрузка...

Haram və məkruh oruclar

Загрузка...
Haram və məkruh oruclar

 

"Qurban" və "Fitr" bayramlarında orc tutmaq haramdır. Həmçinin Şəban ayının sonuncu günü yoxsa Ramazanın birinci günü olmasını bilməyən şəxsə Ramazanın birinci günün niyyətilə oruc tutması haramdır.
Əgər qadının müstəhəb oruc tutması ilə ərinin ondan ləzzət almaq haqqı aradan getsə, oruc ona haramdır. Həmçinin vacib olan amma vaxtı müəyyən olmayan oruc tutsa, məsələn: vaxtı müəyyən olmayan nəzir orucu kimi. Bu halda da vacib ehtiyata görə, (ərin haqqı aradan gedərsə) oruc batildir və nəzir orucunu əvəz etməz. Habelə vacib ehtiyata görə, əgər əri onun müstəhəb yaxud vaxtı olmayan vacib oruc tutmasını qadağan edərsə, hətta ərinin haqqı ilə ziddiyyəti olmasa belə, hökm eynidir. Müstəhəb ehtiyata əsasən, qadın ərinin icazəsi olmadan müstəhəb oruc tutmasın.
Övladın müstəhəb oruc tutması, ata ananın övlada şəfqəti üzündən əziyyət və inciməsinə səbəb olarsa, haramdır.
Əgər oğul atanın və ya ananın icazəsi olmadan, müstəhəb oruc tutsa və gün əsnasında atası ona icazə verməsə, əgər onun onlarla müxalifəti şəfqətdən yaranan əziyyətinə səbəb olacaqsa, iftar etməlidir. (orucu açmalıdır)
Orucun diqqəti cəlb edən bir zərər verməyəcəyini bilən şəxsə həkim "Sənə orucun zərəri vardır" desə də, oruc tutmalıdır. Əgər bir şəxs orucun ona diqqəti cəlb edəcək bir zərər verəcəyinə yəqin və ya güman edərsə, həkim "Zərəri yoxdur" desə də, ona oruc tutmaq vacib deyil.

 

Haram və məkruh oruclar

 

Əgər insan orucun ona diqqəti cəlb edəcək bir zərər yetirəcəyinə yəqin etsə, ya əmin olsa, ya ehtimal versə və bu ehtimaldan qorxu yaransa, belə ki, onun ehtimalı əql sahiblərinin nəzərində haqlı olsa, ona oruc tutmaq vacib deyil. Hətta o zərər onun həlakətinə yaxud hansısa bir üzvünün nöqsanlı olmasına səbəb olarsa, oruc tutması haramdır. Bundan başqa hallarda "rəca" niyyəti ilə oruc tutsa və sonradan diqqəti cəlb edəcək bir zərərin olmadığı məlum olsa, orucu düzgündür.
Orucun ona zərəri olmadığına inanan şəxs oruc tutarsa və axşamdan sonra orucun ona diqqəti cəlb edəcək dərəcədə zərər verdiyini anlasa, vacib ehtiyata əsasən, onun qəzasını yerinə yetirməlidir.
"Aşura" gününün orucu və insanın "Ərəfə" günü və ya "Qurban" bayramı olmasında şəkk etsə, həmin günün orucu məkruhdur.
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

8 İyul 2013 13:17

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Ahu 05

8 Sentyabr 2012 12:45

xebere gore tesekkurler

Nina Guney

19 Avqust 2012 10:22

Sitat: Songena
MÜXTƏLİF SƏSƏBLƏRDƏN ORUC TUTA BİLMƏYƏN İNSAN BUNUN QARŞILIĞINI SƏDƏQƏ VƏ YA BUYURLMUŞ DİGƏR XEYİRXAH ƏMƏLLƏ VERƏ BİLƏR. MƏSƏLƏN, MƏNİM ORQANİZMİM ZƏİFDİR, ORUC TUTA B İLMİRƏM DEYƏNLƏR, İŞLƏRİNİ BİTMİŞ HESAB ETMƏSİNLƏR BUNUNLA, QARŞILIĞI VERİLMƏLİDİR ÇÜNKİ.

duzdu sedeqe verilir ama sagaldiqdan sonra oruc tutmadigin gunleri tutmaq lazimdi....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

The Moon

18 Avqust 2012 17:01

Xebere gore twk....

Karacicek

17 Avqust 2012 22:40

Tesekkurler xebere gore.

mery

17 Avqust 2012 17:27

Xəbərə görə təşəkkür, belə xəbərlər ramazanın əvvəlində sayta qoyulsayda daha yaxşı olardı

ms_dynamite

17 Avqust 2012 15:51

Sitat: gulnar456
my_dynamite xeber maraqli ve duz idi ysk

ms_dynamite....tesekkur edirem...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Gulka

17 Avqust 2012 14:27

baciw ela xebedi teekkur
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

_Aymir_

17 Avqust 2012 14:24

Maragla oxudum bezi melumatlar oyrendim. Ramazan ayinin sonuncu gunu zekat verilir hemin gun de yarim gun oruc tutulur.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Nina Guney

17 Avqust 2012 14:13

Aşura" gününün orucu və insanın "Ərəfə" günü və ya "Qurban" bayramı olmasında şəkk etsə, həmin günün orucu məkruhdur.
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

gulnar456

17 Avqust 2012 14:09

my_dynamite xeber maraqli ve duz idi ysk feel

Songena

17 Avqust 2012 14:02

MÜXTƏLİF SƏSƏBLƏRDƏN ORUC TUTA BİLMƏYƏN İNSAN BUNUN QARŞILIĞINI SƏDƏQƏ VƏ YA BUYURLMUŞ DİGƏR XEYİRXAH ƏMƏLLƏ VERƏ BİLƏR. MƏSƏLƏN, MƏNİM ORQANİZMİM ZƏİFDİR, ORUC TUTA B İLMİRƏM DEYƏNLƏR, İŞLƏRİNİ BİTMİŞ HESAB ETMƏSİNLƏR BUNUNLA, QARŞILIĞI VERİLMƏLİDİR ÇÜNKİ.

_Bella_

17 Avqust 2012 13:34

Belə məlumatim variydi..Çox sağ ol..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Diloş

17 Avqust 2012 13:20

Bəzi söləri başa düşmədim amma oxudum marağlıydı ))

İlkay

17 Avqust 2012 10:42

Hamisini bir-bir oxudum mene cox maragli geldi
Burda bezi sozler yazilmiwdi valdeyinle bagli,yeni ovlad
Oruc tutarsa naraziciliq ederse valdeyn onda acmalidir orucunu
Bu mene cox maragli geldi,bir cox yeni tanidigim var onlarda da ele olub
Amma yeniki o uwaq acmamiwdi axira qeder tutmuwdu
Cox maragli idi Ne demek olar
Her kim oruc tutubsa Allah savaba yazsin ve qebul etsin!
loading...
Загрузка...