Loading...
Harama qarışmış halal mal

Harama qarışmış halal mal

Loading...
Harama qarışmış halal mal

 

Əgər halal mal haram mala ayırd edilə bilməyəcək tərzdə qarışarsa, halal malın sahibi, miqdarı, eləcə də halal malın miqdarının xümsdən az və ya çox olduğu məlum olmazsa, onun xümsünü verməklə hissəsi halal olar. Vacib ehtiyata görə, (onun xümsünü) xümsə ehtiyacı olan və "məzalim"in qaytarılmasına layiq olan şəxsə verməlidirlər.
Əgər halal mal haram mala qarışsa və insan haramın miqdarını - istər xümsdən az olsun, istərsə də çox - bilsə, amma sahibini tanımasa, o miqdarı sahibinin niyyəti ilə sədəqə verməlidir və vacib ehtiyata əsasən şəriət hakimindən də icazə alsın.
Əgər halal mal haram mala qarışsa və insan haram miqdarını bilməsə, amma sahibini tanısa, bir-birlərini razı sala bilməsələr o şəxsin malı olduğunu yəqin etdiyi miqdarı ona verməlidir. Hətta əgər iki malın - haram və halalın bir-birinə qarışmasında özü günahkardırsa, ehtiyata əsasən, onun malı olduğunu ehtimal etdiyi artıq miqdarı da ona verməlidir.
Harama qarışmış halal malın xümsünü verdikdən sonra haramın miqdarının xümsdən çox olduğunu anlasa, çox olduğunu bildiyi miqdarı da sahibinin adından sədəqə verməlidir.

 

Harama qarışmış halal mal

 

Əgər harama qarışmış halal malın xümsünü versə və ya sahibini tanımadığı təqdirdə malı onun niyyəti ilə sədəqə versə və sahibi tapıldıqdan sonra buna razı olmasa, vacib ehtiyata əsasən onun malının miqdarını ona verməlidir.
Əgər halal mal haramla qarışsa və haramın miqdarı məlum olsa, insan onun sahibinin bir neçə nəfərdən çox olmadığını bilsə, lakin kimin olduğunu bilməsə onlara xəbər verməlidir. Bu zaman onlardan biri "Mənim malımdır" deyərsə və başqaları isə onların malı olmadığını deməsələr və ya birincinin sözünü təsdiq etsələr, onu "Mənim malımdır" deyən şəxsə verməlidir. Amma iki və daha çox adam "Mənim malımdır" deyərsə, onların mübahisəsi razılaşma və bu kimi yolla həll olunmazsa, mübahisələrinin həlli üçün şəriət hakiminə müraciət etməlidirlər. Əgər onların hamısı məsələdən xəbərsiz olduğunu bildirib razılığa hazır olmasalar, zahirən o malın sahibi püşk ilə təyin edilər. Ehtiyat odurki, şəriət hakimi və ya onun nümayəndəsi püşk işini icra etsin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

★_EliSa_★

20 Sentyabr 2012 14:59

gozel xeber ucun tewekkurler ))

Ahu 05

8 Sentyabr 2012 12:43

cox maraqli idi tesekkurler

_Aymir_

20 Avqust 2012 01:10

Acinacaqli haldir ki indi haram olmayan demek olarki hecne yoxdu..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Asi

19 Avqust 2012 18:40

Indiki dovrde ele qelizlewibki bu movzu,yenede bilerekden harama el atmaq gunahdi ..ama bilmeyerekden olsada bunun gunahi malin sahiblerine duwur )
--------------------
Dərd etmə ,dua et..

The Moon

19 Avqust 2012 15:45

Super twker xebere gore...

F_N

19 Avqust 2012 14:49

indi her wey qarisib,o ki qalsin halal ve haram

DonnA

19 Avqust 2012 14:13

İndi haramsiz halal var ki bəyəm? bir çox şeyə, ədviyattan msələn halal adiyla haramliği alırıq.Allah özü kömək olsun deyirəm başqa da bir şey demirəm.Diyəmmirəm
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Diloş

19 Avqust 2012 14:02

Oxudum hepsini zevkle ))