Loading...
Nələrə səcdə etmək olar?

Nələrə səcdə etmək olar?

Loading...
Nələrə səcdə etmək olar?

 

Yerə və yerdən cücərən yeyilməyən və geyilməyən şeylərə məsələn: ağac və ağac yarpağına səcdə etmək lazımdır. Arpa və buğda kimi yeyilən, pambıq kimi geyilən habelə yeyilməyən və geyilməyən, amma yerdən çıxan qızıl gümüş və bu kimi metallara səcdə etmək düzgün deyildir. Amma çarəsiz qaldıqda qır və "zəft" (qırın çirkli növü) kimi şeylərə səcdə etmək üzərində səcdə düzgün olmayan şeylərdən öndədir.
Üzüm yarpağına və yeyilməsi adi olan vaxtda səcdə etmək olmaz. Bu haldan başqa ona səcdə etməyin ona eybi yoxdur.
Yerdən cücərən və heyvan yemi olan ot və samana səcdə etmək düzgündür.
Yeyilməyən güllərə səcdə etmək düzgündür. Hətta yerdən cücərib qaynadılaraq, suyu içilən və dərman kimi istifadə olunan bənövşə və maldili gülünə də səcdə etmək düzgündür.
Bəzi məntəqələrdə yeyilməsi adət olan, bəzi şəhərlərdə yeyilən bitki sayılsa da, yeyilməsi adət olmayan bitkilərə və həmçinin ehtiyata əsasən, yetişməmiş meyvəyə səcdə etmək caizdir.
Əhəng və gəc daşına səcdə etmək düzgündür. Bişmiş gəc və əhəngə, kərpicə və palşıqdan düzlədilmiş kuzəyə səcdə etməyin eybi yoxdur.
Səcdəsı düzgün olan şeylərdən, məsələn: ağac və samandan düzəlmiş kağıza səcdə etmək olar. kağız pambıq və kətandan düzəldilsə də, hökm belədir. Amma ipəkdən və bu kimi şeylərdən düzzəldilsə, ona səcdə etmək olmaz. Amma kağız dəsmala üzərinə səcdə etməyin düzgün olduğu şeylərdən düzəldildiyi məlum olduğu təqdirdə, səcdə etmək olar.

 

Nələrə səcdə etmək olar?

 

Səcdə üçün hər şeydən yaxşı şəhidlər sərvəri İmam Hüseynin (ə) türbətidir. Ondan sonra adi torpaq, sonra daş, sonra isə bitkidir.
Üstündə alının hərəkətsiz dayanmadığı palçığa və boş və bərkiməmiş torpağa səcdə etmək batildir.
Əgər birinci səcdədə möhür alına yapışsa, ikinci səcdə üçün möhürü alından götürmək lazımdır.
Əgər səcdə halında ikən alnını səcdənin batil olduğu bir şeyə qoysa və vacib zikri söylədikdən sonra agah olmuşsa, səcdədən qalxıb namazına davam edə bilər. Amma əgər vacib zikri söyləməmişdən qabaq agah olmuşsa, alnını üzərinə səcdənin düzgün olduğu bir şeyə çəkərək vacib zikri deməlidir. Əgər alnını çəkməsi mümkün deyilsə, elə həmin halda vacib zikri söyləyə bilər və hər iki halda namazı düzgündür.
Əgər səcdədən sonra alnını səcdəsi batil olan şeyə qoyduğunu başa düşsə, eybi yoxdur.
Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam camaat İmamların (ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş mütəal Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks halda haramdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

19 İyun 2013 22:41

Sitat: PeTTy
Men ancaq Allah(c.c)-a secde edirem.

Mende
--------------------

***
❃❃❃

***

PeTTy

13 Sentyabr 2012 12:28

Men ancaq Allah(c.c)-a secde edirem.

Ahu 05

8 Sentyabr 2012 12:41

Men yalniz Allaha secde edirem

DonnA

3 Sentyabr 2012 15:35

Sitat: Nina Guney
munaqişə axtaranlar her sozden istifade edirlər bu xeber sadəcə məlumat üçün idi...

məlumat da münaqişəyə ara vermək üçün bir şeydi
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Nina Guney

3 Sentyabr 2012 15:25

Sitat: DonnA
mohur ve mohursuz secde edenler arasinda munaqiseni qaldirmagcun xeber

munaqişə axtaranlar her sozden istifade edirlər bu xeber sadəcə məlumat üçün idi...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

DonnA

2 Sentyabr 2012 16:33

mohur ve mohursuz secde edenler arasinda munaqiseni qaldirmagcun xeber
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Gunay_oxatan

2 Sentyabr 2012 03:10

melumat ucun cox sagol ALLAH razi olsun

Narmin PinkGlamour

1 Sentyabr 2012 22:47

Maragli idi.Bilirdim Coxunu.
Men hemise Qorxmusam Allahdan qorxacamda.Ne vaxt tek qalsam qorxum o saat yox olur yadima saliram bu dunyada hec kimim olmasa Allahim olacag o meni hemise qoruyacag
gerey gozel bendelerinen olasan Unutmag laizm deyilki bu dunyaya biz Allaha Itaet elemek ucun gelmisik.Calisdigim qeder eliyirem.amma bu compa basim cooox qatisir vaxt az ayriram.sorada uryeim sixilir hereketime

_Aymir_

1 Sentyabr 2012 21:58

Dini inancimiza gore ALLAHI daima yada salmaliyiq. Bizi yaradan ve bize saysiz-hesabsiz nemetler veren ALLAHDIR..Yalniz ALLAHA wukr etmeli caremizi ondan istemeliyik.. ALLAHA werik qowmaq gunahdir.
Bəzi avam camaat İmamların (ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş mütəal Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks halda haramdır.

Bezi qeyri dini teriqetciler deyirki mescidlere, ocaqlara getmek gunahdir niye gunah olsunki ALLAHIN evidi ocaga mescide gedende ocaga dua elemek he duzdu o gunahdi ama ALLAHI cagirmaq ALLAHA dua elemeyin neyi gunahdiki... ALLAH buyurubki
Meni itaet ile xatirlayin ki, men de sizi merhemetle yola salim.
Meni dua ile yada salin men de duanizi qebul ederek sizi yada salim.
Meni dunyada yada salin ki, mende sizi axiretde yada salim.
Meni sevincli zamaninizda yada salin ki, men de sizi kederli zamaninizda yada salim
Meni emrlerime itaet etmekle yada salin ki, men de sizi oz komeyimle yada salim
Wukurler olsunki cahiller siyahisinda deyilik bir tek ALLAHIMIZA sitayiw edirik...
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

_BianKa_

1 Sentyabr 2012 20:33

The Moon,Yalnız ALLAHA səcdə edirəm Və RƏSULUNA...

Singir Girl

1 Sentyabr 2012 20:30

Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam camaat İmamların (ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş mütəal Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks halda haramdır.

Asi

1 Sentyabr 2012 20:07

Namaz zamani ve yaxuda secdeye gederken diqqetin yayinmamasi ucundu bu kimi mohur ve .s...Teriqetden cox wey asilidi yeni inanclar ferqlidi her halda secdeni Alllaha edirsen secdeye gederken yerde murdar bir we olmamaq wertile qarwinda olan yeqinki vasite meqsedli olmalidir.
--------------------
Dərd etmə ,dua et..

hosted_man

1 Sentyabr 2012 17:57

Yazılanların mənbəsi haradı? Ağaca da səcdə eləmək olar?

M_A_R_I_K

1 Sentyabr 2012 17:18

Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam camaat İmamların (ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş mütəal Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur. Əks halda haramdır.





Bezi dini icmalar Vahabiler meselcun...Wiye suni sohbetin yaradib insanlarin beynin doldururlarki wiye namazi duzgun deyil ....olara diyirlerki Olar gedib Mirmovsum Agadan ve saireden imdat komey isdiyirler eslinde isi bu beledi olar Allahin yolunda onun sevimli bendesin yad eliyir Allaha xow getsin deye ve Allahindan imdat diliyirler...!!!! recourse her ne yolnan olursa olsun esas oduki Allahivi taniyib onun buyurduqlarina emel eliyesen qalani ise sadece ....Xristianlarin elinde kozurduki ne vaxtsa problem olanda qirdirsinlar bir birine muselmanlari
!
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

_ClaRisS_

1 Sentyabr 2012 14:01

Sitat: The Moon
Yalnız ALLAHA səcdə edirəm Və RƏSULUNA...

Gulka

1 Sentyabr 2012 13:50

cox gozel xeberdi ,men ancaq ALLAha secde edirem
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

_empty_

1 Sentyabr 2012 13:49

Sitat: The Moon
Yalnız ALLAHA səcdə edirəm Və RƏSULUNA...

FERIDE

1 Sentyabr 2012 13:36

Yalniz ALLAHA secde edirem.mence basqa neyese secde etmek duzgun deyil.ALLAHDAN basqa neyese secde etmek ALLAHA serik qosmaqdir bu da olmaz gunahdir.unutmayin ki ALLAH tekdir onun hec bir tayi beraberi,benzeri de yoxdur.SUBHANALLAH[center][/center]

ToMa_84

1 Sentyabr 2012 13:01

Bu bir az mübahisəli məsələdir ee,təriqətlər arasındakı ayrılıqlar səcdənin nəyə etmək olar,nəyə yox məsələsində də hər zaman mübahisə doğurur.Möhürə belə səcdəyə gedib gedilməməsi də mübahisəldir,bir təriqətdən olanlar onu qəbul edir,digərləri isə heç yaxın belə qoymur,ona görə də başını sal namazını qıl sidq ürəklə,fərqi yoxdu başını hara qoyacaqsan,əsas odur ki Allah yolunda səcdə gedirsən...

The Moon

1 Sentyabr 2012 12:38

Yalnız ALLAHA səcdə edirəm Və RƏSULUNA...

esra kalmaf

1 Sentyabr 2012 12:32

Cox sag olun girl_ang biggrin

cox sagolun

İlkay

1 Sentyabr 2012 12:18

Əhəng və gəc daşına səcdə etmək düzgündür. Bişmiş gəc və əhəngə, kərpicə və palşıqdan düzlədilmiş kuzəyə səcdə etməyin eybi yoxdur.

Bir cox insanlar deyirki olmaz yeni secde etmek amma burda da yazilib ki yeni olar.
Qurban olaram Allaha.Allahdan bawqasina secde hec mence duzgun de deyildir.
Mütəal Allahdan başqasına səcdə etmək haramdır. Bəzi avam camaat İmamların (ə) məzarları qarşısında alınlarını yerə qoyurlar. Əgər bu iş mütəal Allaha şükür etmək məqsədi daşıyırsa, eybi yoxdur.
Her bir yerde ocaglar var bildiyimiz kimi.Orda dawlar var yeni onun bawindan firlanirsan ve opursen mende bele etmiwem.Amma sonra deilib ki yeni duzgun is deyil bunu etmek.Amma en azindan O.da bir seyid ocagidir.Ve opmek olub.Xeber cox maragli idi tewekkur.