Loading...
Dində and içməyin hökmləri

Dində and içməyin hökmləri

Loading...
Dində and içməyin hökmləri

 

Əgər bir şəxs bir işi yerinə yetirəcəyinə yaxud tərk edəcəyinə and içsə, məsələn oruc tutacağını yaxud siqaret çəkməyəcəyinə and içsə, bilə-bilə andı ilə müxalif etdiyi təqdirdə günah etmiş olur və kəffarə verməlidir, yəni bir qul azad etməli yaxud on fəqiri doydurmalı və yaxud onları geyindirməlidir. Əgər bunları yerinə yetirməsə üç gün ardıcıl oruc tutmalıdır.
Andın bir neçə şərti vardır:
1. And içən şəxs yetkinlik həddinə çatmalı və ağılllı olmali, öz iradə və ixtiyarı ilə and içməlidir. Deməli, uşaq, dəli, sərxoş və məcbur edilən şəxsin andı düzgün deyildir. Həmçinin əsəbi halda ixtiyarsız və məqsədsiz and içsə də, düzgün deyildir.
2. And içib yerinə yetirəcəyi iş haram, yaxud məkruh olmamalı və and içib tərk edəcəyi iş də vacib yaxud müstəhəb olmamalıdır. Əgər mübah işi tərk edəcəyinə yaxud yerinə yetirəcəyinə and içsə, onu tərk etmək yaxud yerinə yetirmək əql sahiblərinin nəzərində üstünlüyə malik yaxud onun özü üçün dünyəvi məsləhəti olduğu təqdirdə andı düzgündür.
3. "Allah" və "Xuda" kimi Onun müqəddəs zatından başqasına deyilməyən adlarından birinə and içməli yaxud yalnız Allaha məxsus olan sifət və yaxud feillərlə Allahı yad etməlidir, məsələn: "Səmaları və yeri yaradana and olsun" - deyə and içməlidir. Yaxud da elə bir ada and içməlidir ki, o ad Allahdan başqasına deyilsə də, Allahla əlaqədar çox deyildiyindən bir şəxs o adı dilinə gətirdikdə yalnız Onun müqəddəs zatı nəzərə gəlir. Məsələn: "Xaliq və Raziq" adına and içsə düzgündür. Hətta elə bir ada and içməlidir ki, yalnız and içmə məqamında "Səmi və Bəsir" kimi Allahın zatını xatırlasa, o andı düzgündür.
4. Andı dilə gətirməlidir: Amma lal bir şəxs işarə ilə and içərsə andı düzgündür. Həmçinin danışmaq gücünə qadir olmayan şəxs onu yazıb qəlbində də niyyət edərsə, kifayət edər. Hətta əgər danışmağa qadir olsa belə, andı yazsa vacib ehtiyata əsasən, ona əməl etməlidir.
5. Anda əməl etmək onun üçün mümkün olmalıdır. Əgər and içdiyi zaman mümkün olmasa, lakin sonradan mümkün olsa kifayətdir. Əgər and içdiyi zaman mümkün olub sonradan ona əməl etməkdə aciz qalsa, aciz qaldığı vaxtdan etibarən andı pozulur. Həmçinin anda əməl etmək dözülməyəcək qədər məşəqqətli olarsa da, hökm eynidir. Əgər bu acizlik onun ixtiyari ilə olsa, yaxud öz ixtiyari ilə olmasa da, qadir olduğu zamandan təxirə salmaqda üzrü olmasa, günah etmiş, kəffarəsi vacibdir.

 

Dində and içməyin hökmləri

 

Əgər ata övladını yaxud ər öz arvadını and içməkdən çəkindirsə, onların andı düzgün deyildir.
Əgər övlad atasının və arvad ərinin icazəsi olmadan and içsə, ata və ər onların andını poza bilər.
Əgər insan unutqanlıq,çarəsizlik və yaxud qəflət üzündən öz andına əməl etməsə, ona kəffarə vacib deyildir. Həmçinin onu andına əməl etməyə məcbur etsələr də, belədir. Vasvası şəxs, məsələn: "Allaha and olsun ki, indi namaza başlayıram" - deyə and içsə sonra da vasvası olduğu üçün namaza məşğul ola bilməsə onun vasvasılığı qeyri-ixtiyari olaraq öz andına əməl etməyəcək tərzdə olsa, ona kəffarə vermək lazım deyildir.
Sözünün doğru olduğu üçün and içən şəxsin sözü doğru olarsa, and içməsi məkruhdur. Əgər yalan olarsa, haramdır. Hətta mübahisəyə son qoymaq üçün yalan yerə and içmək böyük günahlardandır. Lakin özünü və yaxud başqa bir müsəlmanı bir zalımın şərindən qurtarmaq üçün yalandan and içsə, eybi yoxdur. Hətta bəzən vacib də olur. Yalnız "tövriyə" etməsi (yəni and içdiyi zaman sözün həqiqi mənasını bir işarə işlətmədən cümlənin zahiri mənasından başqa bir mənanını nəzərdə tutmaq) mümkündürsə, vacib ehtiyata əsasən, tövriyə etsin. Məsələn: Bir şəxsə əziyyət vermək istəyən bir zalım insandan onu görüb görmədiyini soruşsa, o da onu bir saat qabaq görübsə beş dəqiqə qabaq görmədiyi məqsədində tutaraq "Xeyr, görməmişəm" - desin.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

8 İyul 2013 13:21

Uşaq vaxtı her uşaq vaxtı çox and içmişem:)). Axrıncı yazdıqlarınızı da edirem arada. ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

PeTTy

22 Mart 2013 15:18

Demek olar ki,and içmirem,inanan bele inansın sözlerime...

Ahu 05

8 Sentyabr 2012 12:50

tesekkurler

jasmin98

5 Sentyabr 2012 22:06

hmmm bilmirdim maraqli xeberdi tesekkur ediremm winked

The Moon

14 Avqust 2012 13:24

Xebere gore twk...

_Aymir_

13 Avqust 2012 21:45

And icmeyi coxda xowlamiram ama nadir hallarda olur.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Cheburawka

13 Avqust 2012 21:07

ümumiyətlə düzgün şey üçün olsa belə and içməy günahdı. hər dəqiqə and içənlər var, mən də and içirəm ama tez tez yox.
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Asi

13 Avqust 2012 20:39

And icen deyilem,tez-tez and verenlerlede razi deyilem yanliwdi mence..Birce Vallax sozu dilime duwubdude:))
--------------------
Dərd etmə ,dua et..

İlkay

13 Avqust 2012 20:10

Yox and icirem amma baxir nede.
Amma uje terqizirem.

_Bella_

13 Avqust 2012 20:05

Elədə and içən deyiləm..Kiməsədə nəyisə inandirmaqcun and içməkdən xoşum gəlmir..istiyirsən inan istəmirsən inanma diyirəm..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

gulnar456

13 Avqust 2012 19:54

neyse oremdim tsk feel

FLOR

13 Avqust 2012 19:06

menim and yerim daim papa olub . o da tez tez yox arada .... gerek bunuda tergidim

Lauma

13 Avqust 2012 19:03

And icmeyi hec xoslamiram kimse and icendede hirslenirem
Men sadece dusende papacani deyirem gerek onuda demeyem...

Gulka

13 Avqust 2012 17:20

Sitat: DonnA
uu Bir ara nə qədər and içirdim.Hər sözümün Əvvəli Allaha and olsun , Quran haqqi, İmam Haqqi,tay o haqlar qalmamişdi ki and içmiyim.təbi ki onda 15-16 yaşim var idi.Dayim qoydu qabağına başa saldiki Kim ən çox and içirsə ona inanmirlar.Sənə inanan sözlərinə inansin andlarina yox.Ondna sonra azaltdim.indi isə mama hərdən nəsə soruşur deyir de mama cani :) Uje məndə yanimda kimsə and içəndə əsəbləşirəm.Allahi , Qurani şərik tuturlar deyə fikirləşirəm.Mənə sən öl sözü daha udobnu gəlir )


ay
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Nina Guney

13 Avqust 2012 17:03

Dini xeberleri oxumagi cox sevirem xeberlerin hazirlanmasinda bilavasite istirak edirem, amma sonradan oxumagda maraqli gelir.. beli and icmek beyenilmeyem haldi.. men and icmirem,eger deyeceyim soze inanmirlarsa and icib mecburi inandirmaga hec ehtiyac yoxdu...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

bella and edward

13 Avqust 2012 16:26

Men bunlarin bezilerini bilirdim yarisini yox.Men and icmeyi sevmirem.olsa da az olur.xeber tam ramazan ayina uygundu.cox sagolun [url=http://]My Webpage[/url]

ToMa_84

13 Avqust 2012 16:03

"Allah" və "Xuda" kimi Onun müqəddəs zatından başqasına deyilməyən adlarından birinə and içməli yaxud yalnız Allaha məxsus olan sifət və yaxud feillərlə Allahı yad etməlidir,

Bax bunu mən indi bildim.Deməli ata və yaxud ana,qardaş,çörək və s. bu kimi andlar düzgün deyilmiş.Mövzu üçün təşəkkkürlər.

Diloş

13 Avqust 2012 14:38

Uşağ vaxtı çox and içirdim amma yerinə yetirmirdim daha sora evdəkilər bunun düzgün olmadığnə dedi o gündən bəri and içmirəm məcbur olmadığca çünki sonunu bilməyəcəyim şey üçün and içə bilmərəm həmdəki and qarşındakını inandıra bilmək üçündü əgər o sənə güvənirsə and içmək məcburiyyətində olmazsan

gulnar456

13 Avqust 2012 14:35

and icmezden qabaq gerek 10 defe dusunesen xebere gore tsk[url=m]my_DYNAMITE[/url]

ya link etmek isteyirem amma niyese alinmir ne

DonnA

13 Avqust 2012 13:32

uu Bir ara nə qədər and içirdim.Hər sözümün Əvvəli Allaha and olsun , Quran haqqi, İmam Haqqi,tay o haqlar qalmamişdi ki and içmiyim.təbi ki onda 15-16 yaşim var idi.Dayim qoydu qabağına başa saldiki Kim ən çox and içirsə ona inanmirlar.Sənə inanan sözlərinə inansin andlarina yox.Ondna sonra azaltdim.indi isə mama hərdən nəsə soruşur deyir de mama cani :) Uje məndə yanimda kimsə and içəndə əsəbləşirəm.Allahi , Qurani şərik tuturlar deyə fikirləşirəm.Mənə sən öl sözü daha udobnu gəlir )
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

H.o.s.T-cu qiz

13 Avqust 2012 13:07

xosum gelmir and icmekden sm28

Princc

13 Avqust 2012 12:11

ILK SERH TEBII KI MENDEN