Loading...

Dində daimi nikahın hökmləri
Din
- 12 Avqust, 2012
- 5 690 Baxış
Loading...

Daimi nikah olunan qadın, ərinin hüququ ilə ziddiyyət təşkil etməsə də, ərinin icazəsi olmadan evdən çölə çıxması haramdır. Amma zərurət bunu tələb etsə, yaxud onun evdə qalması ona çox çətin olsa və yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa bilər. Ərinin istədiyi vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməli və şəri bir üzrü olmadıqda, ərinin onunla cinsi yaxınlıq etməsinə mane olmamalıdır. Qadının yemək, geyim, mənzil və başqa ehtiyaclarını təmin etmək ərinə vacibdir. Əgər təmin etməsə, istər imkanı olsun, istərsə də olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri də budur ki, əri ona əziyyət verməsin, şər-i əsas olmadan onunla kobud və tünd rəftar etməsin.
Əgər qadın ərinə qarşı evlilik məsələlərinə əsla əməl etmirsə, onun yanında qalsa da, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bəzən, onun qanuni cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, vacib ehtiyata əsasən, yaşayış xərci (nəfəqə) onun öhdəsinə götürülmür. Amma əgər imkansız olsa da, arvadının mehriyyəsi onun öhdəsindən əsla götürülmür.
Kişinin öz arvadını ev işlərinə məcbur etmək hüququ yoxdur.
Qadının səfərinin xərci evdəki xərcindən çox olsa, ərinin icazəsi ilə səfərə getdiyi təqdirdə, ərinin öhdəsindədir. Amma maşın yaxud təyyarə pulu və səfərlə bağlı digər xərclər qadının öz öhdəsindədir. Amma əgər ərin öz arvadını səfərə aparmaq meyli olsa, onun səfər xərclərini verməlidir. Həmçinin zəruri səfər müalicə kimi məişət işləri baxımından olsa da, həmin hökmü daşıyır.

Xərci ərinin öhdəsində olan qadın öz xərcini və ər onun xərcini vermədiyi halda, icazəsiz onun malından götürə bilər. Əgər bu mümkün olmasa və ərini onun xərcini verməyə məcbur etmək üçün şəriət hakiminə şikayət edə bilməsə və öz dolanışığını təmin etmək üçün işləmək məcburiyyətində qalsa, xərcini təmin etmək üçün işlədiyi zaman ərinə itaət ona vacib deyildir.
Əgər bir kişinin iki daimi arvadı olsa, birinin yanında bir gecə qalsa, o birisinin yanında dörd gecə içərisində bir gecə qalması vacibdir. Bundan başqa halda, başqa qadının yanında qalmaq vacib deyil. Amma onu tamamilə tərk etməməlidir. Daha yaxşı "əhvət" budur ki, kişi hər dörd gecənin bir gecəsini arvadının yanında qalsın.
Ər dörd aydan çox daimi olan cavan arvadını tərk edə bilməz. Amma əgər cinsi yaxınlıq etməyin ona zərəri yaxud çox çətinliyi olsa, yaxud qadın özü onun tərk olunmasına razı olsa və yaxud evlilik nikahı vaxtı onu tərk etməsini qadınla şərt etsə, tərk edə bilər. Vacib ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və yaxud səfərdə olmasının bir fərqi yoxdur. Deməli vacib ehtiyata əsasən, zəruri olmayan səfəri üzrlü səbəbi və avadının razılığı olmadan dörd aydan artıq davam etdirməsi caiz deyildir.
Əgər daimi nikahda mehriyyə təyin edilməsə, nikah düzgündür. Kişi qadınla cinsi yaxınlıq etdiyi təqdirdə onun mehriyyəsini onun kimi olan qadınların mehriyyəsi kimi verməlidir. Amma müvəqqəti evlilikdə mehriyyə təyin edilməsə, bu bilməməzlik qəflət yaxud unutqanlıq üzündən olsa da, nikah batil olur.
Əgər daimi nikah oxunan zaman mehriyyə vermək üçün müddət təyin edilməsə, istər ərinin mehriyyə verməyə qüdrəti olsun, istərsə də olmasın qadın mehriyyə almamışdan qabaq ərinin cinsi yaxınlıq etməsinə mane ola bilər. Amma mehriyyə almamışdan qabaq cinsi yaxınlıq etməsinə razı olsa və əri onunla cinsi yaxınlıq etsə, ondan sonra şəri üzrü olmadan ərinin cinsi yaxınlıq etməsinə mane ola bilməz.

OXŞAR XƏBƏRLƏR
Загрузка...