Fon yüklənir...
Загрузка...

Dində baxışın hökmləri

Загрузка...
Dində baxışın hökmləri

 

Kişinin naməhrəm qadının bədəninə, habelə saçlarına baxması, istər ləzzət məqsədi ilə olsun, istərsə də ləzzət məqsədi ilə olmasın, istər harama düşmək qorxusu olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə ləzzət məqsədi ilə olsa və yaxud harama düşmək qorxusu olsa, haramdır. Müstəhəb ehtiyata görə, ləzzət məqsədi və harama düşmək qorxusu olmasa da onlara baxmasın. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması ləzzət məqsədi ilə və harama düşmək qorxusu olsa, haramdır. Hətta vacib ehtiyata əsasən, bunlar olmasa da, baxmasın. Amma qadının kişinin bədəninə, başına, qollarına və ayaqlar kimi adətən kişilərin örtmədikləri yerlərinə baxması ləzzət məqsədi və harama düşmək qorxusu olmasa, eybi yoxdur.
Bir şəxsin örpəkli olmağa əmr etdiyi halda, əmrinə əhəmiyyət verməyən, qorxusuz halda açıq-saçıq gəzən (geyiminə laqeyd olan) qadınların bədəninə ləzzət məqsədi və harama düşmək qorxusu olmamaq şərti ilə baxmasının eybi yoxdur. Bu hökmdə kafirlərin qadınları ilə digər qadınlar arasında, habelə əl və üzlə, adətən, bədəninin örtmədikləri digər yerləri arasında bir fərq yoxdur.

 

Dində baxışın hökmləri

 

Qadın üz və əllərindən başqa saçını və bədənini naməhrəm kişidən örtməlidir və vacib ehtiyata əsasən, yetkinlik həddinə çatmamış, amma yaxşı-pisi başa düşən oğlan uşağı da qadının bədəninə baxdıqda, onun şəhvətinin təhrik edilməsinə ehtimal verilsə, qadın saçını və bədənini ondan örtülü saxlamalıdır. Amma qadın üz və biləklərinə qədər əllərini naməhrəm kişidən örtməyə bilər. Ancaq harama düşmək qorxusu olsa və yaxud kişini haram baxışa mübtəla etmək məqsədi olsa, bu iki halda, onları da örtmək vacibdir.
Yetkinlik həddinə (həddi-büluğa) çatmış müsəlmanın ayıb yerinə baxmaq şüşə arxasından, yaxud saf sudan, yaxud güzgüdən və yaxud bunun kimi şeylərdən olsa da, haramdır. Vacib ehtiyata əsasən, kafirin, eləcə yaxşı və pisi başa düşən və yetkinlik həddinə çatmayan uşağın ayıb yerinə baxmaq da həmin hökmü daşıyır. Amma ər-arvad bir-birinin bədəninin hər bir yerinə baxa bilərlər.
Bir-birinə məhrəm olan kişi və qadın ləzzət məqsədi və harama düşmək qorxusu olmadığı təqdirdə, ayıb yerlərindən başqa bir-birinin bədəninin hər bir yerinə baxa bilərlər.
Kişi ləzzət məqsədi ilə başqa kişinin bədəninə baxmamalıdır. Qadının da başqa qadının bədəninə ləzzət məqsədi ilə baxması haramdır. Hər iki halda, harama düşmək qorxusu varsa, həmin hökmü daşıyır.

 

Dində baxışın hökmləri

 

Əgər bir kişi naməhrəm bir qadını tanısa, laqeyd qadınlardan olmadığı təqdirdə, vacib ehtiyata əsasən, onun (örpəksiz) şəklinə baxmamalıdır. Üz və əllərindən başqa, ləzzət məqsədi və harama düşmək qorxusu olmadığı təqdirdə, bu iki üzvə baxmaq caizdir.
Əgər qadının (məsələn, tibb bacısının) başqa bir qadını və ərindən başqa bir kişini (müalicə məqsədilə) imalə etməsi və yaxud onun ayıb yerini suya çəkməsi lazım gəlsə, əlinə bir əlcək və s. geyinsin ki, əli onun ayıb yerinə toxunmasın. Həmçinin bir kişinin başqa bir kişini, yaxud arvadından başqa bir qadını imalə etməsi və ya onun ayıb yerini suya çəkməsi lazım gəlsə, bu halda da həmin hökmü daşıyır.
Əgər qadın bir xəstəlikdən müalicə olunmağa naçar olsa və naməhrəm bir kişi onu müalicə etmək üçün münasib olsa, naməhrəm kişiyə müraciət edə bilər. Həmin kişi müalicə məqsədilə ona baxmağa və onun bədəninə əl vurmağa məcbur olsa, eybi yoxdur. Amma baxmaqla müalicə edə bilsə, əlini onun bədəninə vurmamalıdır. Əgər əl vurmaqla müalicə edə bilsə, ona baxmamalıdır.
Əgər insan bir şəxsi müalicə etmək məqsədilə onun ayıb yerinə baxmaq məcburiyyətində olsa, vacib ehtiyata əsasən, güzgünü qarşısına qoyub, ona güzgüdən baxmalıdır. Amma ayıb yerinə baxmaqdan başqa bir yolu olmasa, eybi yoxdur. Həmçinin əgər ayıb yerinə baxmaq müddəti güzgüdən baxmaq müddətindən az da olsa, həmi hökmü daşıyır.
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

4 İyun 2013 01:07

ALLAH razi olsun
--------------------

***
❃❃❃

***

Ahu 05

8 Sentyabr 2012 15:34

men de raziyam bu fikirlerle tesekkurler

Salahuddin

21 Avqust 2012 05:13

as salamu alekum bilmirem nece oldu nece alindi bura gelmeyim lakin bir sheyi deqiq bilirem insanlarda xususende baki camaatinda uzr isteyirem done done Kairleshme gedir uzulmeyin beli kafir Allahin ozunu qiyamet gunu baqishlamayacagi bir ferde deyilir bu sozu Azerbaycanda soyush kimi qabul edirler lakin kafirliyin esli imani izhar etmemeyden dolayi olur Islama gore Iman budur
1)Qelb ile iman etmey
2)etiqad etdiyin imani dil ile zikr etmey
3)ve zahiri emeller ile bunu isbat etmey axir vaxtlar mende bele bir kompileks yaranmishdi cox adamin gire bilmediyi Neft ishinde ishleyirdim lakin gordum ki bezi sixintilarim var qelbimde sanki socar olmasa ruzim olmayacaqmish kimi ve qelbimde getdikce derin bir azginliq gordum sanki Tevekkulum Allaha deyil socara olubmush kimi hissler sanki bu yer olmasa ruzim kesilecey anladim ki Sheytan menim qelbimi pusquya salib derhal erizemi verdim ishden cixdim ve elhemdulilleh ki mene gelen o vesveselerde aradan qalxdi indi sizce denizlerde baliqlarin ruzisin veren Allah ozune ibadet eden bir Gencin ruzisinimi kesecey?.Men bele duwunmurem

The Moon

13 Avqust 2012 03:11

Tam dogru fikirlerdi xebere gore twk...

_Aymir_

12 Avqust 2012 15:45

Maraqla oxudum twk..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

gulnar456

12 Avqust 2012 15:34

mende bu fikirlerke raziyam yes

DonnA

12 Avqust 2012 13:39

Dİndə xəbərdarlıq edilib ki qız uşağı yetkinlik yaşa çatdığı gün təpədən dırnağadək çarşaba bürünməlidr.Hətta onun topuğu belə görünməli deyil.Bizdə isə buna qəribə bxirlar.elə içi qarişiq özüm də.Hicabli xanimlara balet edirəm.Hərdən fikirləşirəm ki onlra isti olmur? sonra fikirləşirəm ki cəhənnəm bundan da istidir.Allah onlarin sərinliyini yetirir.Nə bilim vallah.Oxuduqlarimabaxanda mən saçımı açıq qoyuram elə də qapali geyinmirəm, günahlar mənə də düşür.Allah pis nəfisli insanlardan qorusun bizi..
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Gulka

12 Avqust 2012 12:00

baciw xeberini seve seve oxudum cox maraqli xeberdi elleine qollarina salik yazilanlarada qatiliram girl_ang
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Princc

12 Avqust 2012 04:30

Oxumadim amma qizlarin efir gozleri var aa

Lauma

12 Avqust 2012 01:35

Hamsi duzdiyee
Ama gelin bir seyi razilasaq ki,biz ne qeder calissaqda seriyetin 99 faizine emel etmirik
Cunki yasayisimiz dunya gorusumuz evvelden duzgun gelmeyib
Soz yox hamimiz usaqliqdan ALLAHA inanib gucumuz catdigindan ibadet elemisik
Lakin menim fikrimce insanda ALLAHA inam temiz urek, duzgunluk ve s.varsa ele hemin insan ALLAHA yaxin bendedi
ALLAHA COX SUKUR!

QaRaCa

12 Avqust 2012 01:30

Özüm haqda onu deyə bilərəm ki, həyat yoldaşımın hər bir istəyini edə bilərəm bircə hicabdan başqa. Bağlanmağı bacarmaram. Xəbər maraqlı bir mövzuya aid olsa da, bu mövzuda çox az biliyə sahibəm, eynilə də yazılanlara uymuram, yani geyim tərzim o dərəcə də bağlı deyil, o səbəbdən nəsə yazmaq mənə düşməz. Allah bütün hər mənalı pak insanlardan etsin hər birimizi...

Sitat: Vaska1988
"Əsas odur ki, təmiz ürəyə sahib olasan. "

Bəli, bəli, bəli...

bella and edward

11 Avqust 2012 23:49

COX GOZEL XEBERDI.HETTA MEN BELE ESITMISEM KI QAQIN ACIK SACIQ GEYINIB DIGER INSANLAR YENI KISILER ONLARA BAXARSA ONUN GUNAHI QADININ BOYNUNA YAZILIR.XEBERE GORE COOOOOOOOOOOOOOOOX SAGOLUN

Vaska1988

11 Avqust 2012 23:30

"Əsas odur ki, təmiz ürəyə sahib olasan. "

ms_dynamite

11 Avqust 2012 23:11

Sitat: _Bella_
ms_dynamite çox gözəl xəbərdi. .
Nifrət edirəm kişilər qadinlara baxanda..

mende....
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

İlkay

11 Avqust 2012 21:48

Tewekkurler maragli idi.

Nina Guney

11 Avqust 2012 20:59

Yanilmiramsa Hz.Eli buyurub:Kisinin hicabi goz qapaqlaridir...

tekce qadinlar yox kisilerde gozlerini,nefslerini qorumagi bacarmalidirlar...
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

ms_dynamite

11 Avqust 2012 20:40

Sitat: Tutim
kimdənsə eşitmişdim ki, qadınların belə hərtərəfli bağlanmasına səbəb kişilərin şəhvət hissidi. buna görədə kişilərin gözləri bağlana bilinməyəcəyinə görə qadınlara bağlanılması buyurulub.

beli bundanda basqa qadinlar aciq olanda kisilerin onlara baxmasina serait yaratmis olur deye esitmisdim mende....
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Diloş

11 Avqust 2012 20:21

Axra qədər oxudum bir çox şeyi öyrəndim çox sağolun)

_Bella_

11 Avqust 2012 20:08

ms_dynamite çox gözəl xəbərdi. loveis .
Nifrət edirəm kişilər qadinlara baxanda..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Cheburawka

11 Avqust 2012 19:59

kimdənsə eşitmişdim ki, qadınların belə hərtərəfli bağlanmasına səbəb kişilərin şəhvət hissidi. buna görədə kişilərin gözləri bağlana bilinməyəcəyinə görə qadınlara bağlanılması buyurulub.
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...
loading...
Загрузка...