Loading...
Bədən üzvlərinin orucu

Bədən üzvlərinin orucu

Loading...
Bədən üzvlərinin orucu



Oruc səbr deməkdir. Ramazan səbr ayıdır. Təfsirlərdə yazılıb ki, “Səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!

Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir” (Bəqərə, 45) ayəsindəki səbr – oruca işarədir. Oruc tutan şəxs bütünlükdə – həm fiziki, həm də mənəvi mənada səbr içində olmalıdır. O, gün doğandan gün batana kimi yemək-içməkdən, hətta öyrəşdiyi siqaret kimi vərdişlərdən uzaq durmalı, adi günlərdə ona halal olan həyat yoldaşı ilə məhrəm münasibətdən iftardan qabaq və imsakdan sonra çəkinməlidir. Bunlar oruclu şəxsin öz üzərinə götürdüyü fiziki öhdəliklərin ən əsaslarıdır. Amma məsələ yalnız bununla bitmir. Bütün bədən üzvlərinin, onların əməl və hərəkətlərinin, hətta niyyətlərin də üzərində nəzarət qurmaq – Allah-təalanın öz oruclu bəndəsini görmək istədiyi həqiqi məqam bax budur.

Rəvayət edirlər ki, bir gün Həzrət Məhəmməd Peyğəmbər (s) Cabir ibn Abdullah Ənsariyə buyurdu: ”Ey Cabir! Hər kim Ramazan ayında gündüzlər oruc tutsa, gecələrin bir hissəsini oyaq qalıb ibadət etsə, mədəsini və cinsiyyət üzvünü günahdan qorusa, gözünü harama baxmaqdan çəkindirsə, bu aydan çıxdığı kimi, günahlardan da çıxar (təmizlənər)“. Cabir dedi: ”Sənə fəda olum, bu nə yaxşı hədisdir!“. Peyğəmbər ona belə cavab verdi: ”Amma bu savaba yetməyin şərtləri də necə çətindir!“ (Şeyx Küleyni. Əl-Kafi, IV, 87).

Imam Cəfər Sadiq (ə) isə öz səhabəsinə buyururdu ki, oruc tutduğun zaman qulağına, gözünə, bədəndəki hər tükünə, dərinə də oruc tutdur və ”oruc tutduğun günləri oruclu olmadığın günlərlə eyni etmə“ (bax: yux. mənbə).

Nədir bütün bədən üzvlərinin orucu?

Dilin orucu. Yalan danışmamaq, söyüş söyməmək, öz din qardaşının ətini çeynəməyə bərabər olan qeybətdən çəkinmək, ürək sındırmamaq, mənasız mübahisələrə girişməmək, cahil insanların vurduğu söz yaralarını sükutla cavablandırmaq, mənasız zarafatlardan, şit-bayağı söhbətlərdən uzaq durmaq, Allahın bəxş etdiyi kəlam nemətini haqsız yerə xərcləməmək, başqalarının zehninə əziyyət verəcək dərəcədə uzunçuluq etməmək.

Gözün orucu. Allahın haram buyurduqlarına – naməhrəm bədənlərə baxmamaq, haram əməlləri razılıqla seyr etməmək, imkan varsa gözün qarşısında baş verən günahlara etiraz bildirmək, iş karyerasından qorxaraq hətta haram işlərə şahidlik etməyə də razılıq verən adamların tayı olmamaq.

Qulağın orucu. Qeybət etmədiyin kimi, qeybətə qulaq da asmamaq; hətta imkan dairəsində qeybət söhbətinin kəsilməsinə ya da mövzunun dəyişilməsinə nail olmaq. Insanı Allahdan uzaqladıran, nəfsin vəhşi istəklərini oyadan avazları dinləməmək, camaatın sirrini başqalarına faş etmək xatirinə qulaq casusluğu etməmək.

Dərinin orucu. Şəhvəti oyadan naməhrəm təmasdan, haram öpüşdən uzaq olmaq. Başqalarının haram baxışını özünə doğru cəlb etmək xatirinə geyilən açıq-saçıq libaslardan imtina etmək.

Əlin orucu. Allahın haram buyurduğu hər bir günaha yox deməyə çalışmaq. Öz əllərini rüşvət alıb-verməkdən, tərəzi arxasında durarkən çəkidə aldatmaqdan uzaq saxlamaq. Hətta camaatı azğınlığa sürükləyən fikirləri əlində tutduğun qələmlə yazıya çevirmək düşüncəsindən, şəxsi incikliyə arxalanıb bir insanın həyatını xilas edə biləcək sənədə imza atmamaq niyyətindən təmizlənmək.

Ayağın orucu. Haram işlərin arxasınca getməmək, ailən nəvazişə, qayğıya ehtiyaclı olduğu halda, ”baş qatmaq“ xatirinə küçələrdə, parklarda ayaq döyməmək.

Cinsiyyət üzvünün orucu. Oruc vaxtı hətta öz halal həyat yoldaşından da uzaq durmağın əmr edildiyi halda, öz şəhvətini haramlarla tətmin etmək duyğusundan xilas olmaq, öz bədənini günahlarla sakitləşdirmək niyyətini beyindən uzaqlaşdırmaq, öz nəfsini iradənlə cilovlaya bilmək.

Allah-təala Insanı özünə xəlifə (canişin) kimi yaradıb. Islam müqəddəslərinin həyatı Islam məktəbində dərs alan bizlərə ən mükəmməl əxlaq nümunələrini öyrədir. Oruc tutan şəxs bunun əvəzində Allahdan mərhəmət, savab, bağışlanma umursa, orucun yalnız zahiri ehkamını deyil, batini mənasını da qorumalıdır. ”Oruc mənə görə tutulur, savabını da mən özüm verəcəyəm“ hədisi-qüdsisinə layiq ola bilmək üçün bu ibadəti bütün kamilliyi ilə icra etməyə çalışmalıyıq. Yoxsa bir hədisdə deyildiyi kimi, nə çoxdur elə oruc tutanlar ki, onlara qalan yalnız aclıq olur və nə çoxdur gecə namazı qılanlar ki, onlara qalan yalnız yuxusuzluq olur.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Ahu 05

8 Sentyabr 2012 15:35

Allah haminin orucunu qebul etsin AMIN

Elmir_Hamidi

30 Avqust 2012 19:31

Paylaşım üçün təşəkkürlər

Princc

9 Avqust 2012 09:10

FeeL My LoVe...,xanim sorusmaq olar niey otuc tutmusan sebeb nedu

veliyeva_t

9 Avqust 2012 05:54

ALLAH ORUCUNUZU gebul etsin

The Moon

8 Avqust 2012 15:40

Men oruc tuturam.. Heqiqeten insan oruc tutanda sanki butun bu deyilenlerden ckinir ve uzaq durmaga caliwir...

Xebere gore twk...

seni sevirem

8 Avqust 2012 14:26

ALLAH BUTUN HAMININ ORUCUNU QEBUL ELESIN.....AMIN!!!!!!!!
ICINDE DE OZUM OLMAQLA.......

_BianKa_

8 Avqust 2012 00:16

ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN,AMIN....

İlkay

7 Avqust 2012 22:19

Allah qebul etsin her kesin tutdugu orucu ve Namazi.

Diloş

7 Avqust 2012 21:24

bunlari ir coxunu bilmirdim oyrendiyim yaxwi oldu ))Allah orucumuzu qebul etsin

gulnar456

7 Avqust 2012 20:44

oruc tuturam men calisiram bu yazilarin her birini edim amma bezen heqiqeten qorxuram ki birden sehfen sehf bir seye baxib orucumu pozaram ona gorede yalniz ac qalmaqlan oruc tutmuram qaldi ki diger yazilanlar onlarin her birine emel edirem Allayh her bir insanin orucunu qebul etsin girl_ang

Lauma

7 Avqust 2012 20:40

ALLAH tutulan bunun oruclari oz dergahinda qebul elesin Amin...

mery

7 Avqust 2012 18:05

ALLAH bütün tutulan orucları qəbul etsin, bizləri şeytanın vəsvəsəsindən qorusun

Mary Jane London

7 Avqust 2012 17:55

Allah cümləmizin tutduğu orucları qəbul etsin. girl_ten

Gulka

7 Avqust 2012 16:58

temiz niyyetle oruc tutan butun insanlarin ALLAH orucunu qebul etsin. AMIN
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

QaRaCa

7 Avqust 2012 16:38

Həqiqətən də oruc tutmaq gözəl bir şeydi. Və bu orucun vacib əməllərini tək Ramazanda deyil, bütün il boyu etmək. Bunu edə biləcək insansa o qədər azdır ki. İçdən edən insanlar isə barmaqla sayılacaq qədərdir. İnsanın sadəcə onlara paxıllığı tutur. Şəxsən mənim tutur. Çox istərdim bütövlüklə əməlisaleh bir insan olam. Amma o kadar uzakkiiiii... İnşallah bütün oruc tutanların orucu yuxarıda sayılanlardan olsun.

Asi

7 Avqust 2012 16:27

Tamamile razi yalniz ac qalmaqla deyil,ozunu diger welerdende saxlamalisan)Allah razi olsun:)
--------------------
Dərd etmə ,dua et..

sweet ciciwka

7 Avqust 2012 16:18

men oruc tuta bilmirem xebere twk

girl

Duygu

7 Avqust 2012 16:09

Allah bütün oruc tutanlara burada yazıldığı kimi bir orucun savabını yazsın. Allah bizləri orucundan yalnız aclıq və susuzluq qalanlardan eyləməsin... AMİN!!!

Mr_Chemistry

7 Avqust 2012 15:55

Oruc tutmuram amma gelen il insallah tutaram

FeeL My LoVe...

7 Avqust 2012 15:33

oruc tutmuram.amma yene de melumata gore tewekkurler. give_ros