Fon yüklənir...
Загрузка...

Oruc nədir?

Загрузка...
Oruc nədir?

Hər bir batil və ya haqq dinində müəyyən olunmuş qaydalar vardır . Hər kəsdə öz dininin təmsilçisi olaraq bu qaydalara etiqad edib onları yerinə yetirər. Haqq və həqiqət dini olan İslamdada müsəlmanlara müəyyən əmrlər buyrulmuş, müsəlmanlığın göstəricisi olaraq yerinə yetirilməsi istənilmişdir. Ramazan ayı, müsəlmanlar üçün müqəddas bir aydır. İslam günəşi bu ayda doğmuş, dünyanı aydınladan Quran-i-Kərim bu ayda enməyə başlamışdır. Min aydanda xeyirli olan Qədir gecəsi bu aydadır. İçimizi pis düşüncələrdən, bizləri çirkin hərəkətlərdən saxlayan oruc bu ayda tutulmaqdadır.Oruc, sözlük anlamı özünü tutmaq, qorumaq deməkdir .Dini anlamda isə imsak vaxtından iftar vaxtına qədər ibadət niyyəti ilə,yeməkdən içməkdən,cinsi əlaqədən uzaq durmaq deməkdir.

Oruc nədir?

Bəs orucun dinimizdəki önəmi və yeri nədir?İslamın 5 şərtindən 3-cüsü Ramazan ayında oruc tutmaqdır. Ramazan orucu, hicrətin 2-ci ilində vacib buyrulmuşdur.Allah buyurar: Ey iman edənlər! Oruç sizdən öncəkilərə vacib buyrulduğu kimi, sizə də vacib buyuruldu. Ola ki, qorunub saxlanarsınız !.Oruc, bizi dünyada pisliklərdən qoruyandır. Oruc, qiyamət günündə oruclu üçün şəfaət edəcək :Ya Rabbi! Mən onu gündüzləri yeyib içməkdən və dünyəvi zövqlərdən uzaq tuturdum. Bunun üçün onun haqqında şəfaətimi qəbul et. .”deyəcəkdirr. Cenab-ı Haq da orucun bu istəyini qəbul edib, orucluya şəfaət etmə izni verəcəkdir.Oruc bizi axirətdə qoruyan, dualarımızın qebul olmasını tezləşdirən VACİB İBADƏTDİR. Sevgili Peyğəmbərimiz bu müjdəni verir:Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.

Oruc nədir?

Ağıllı, həddi büluğa çatmış müsəlmanın orucunu tutması vacibdir. Ancaq oruc tuta bilməyəcək qədər xəstə olanlar və ya evindən uzaq səyahətdə olanlar oruc tutmaya bilərlər. Və xəstələr sağaldıqda və ya öz evinə dönən səyahətçilər tutmadıqları orucu qəza edib tutmalıdırlar. Xəstə olan birinin sağalmayacağı bilinərsə hər gün üçün sədəqə verməlidir; yəni bir kasıbı bir gün əvəzinə doyurar. Heyz halında olan qadınlar daha sonra qəzası 1 gün olmaqla oruclarını tutmalıdırlar.Ramazan orucunu bilərəkdən pozan və ya heç tutmayan biri əvəzini qəzalarla tutmalı və ya kəffarəsini verməlidir . Ramazan Bayramının birinci günü ilə Qurban Bayramının birinci günü oruc tutmaq məkruhdur(olmaz).

Oruc nədir?

SAHUR:
Oruc tutacaq insanların gecə yedikləri yeməyə sahur deyilir . Sahur oruca dayanma gücü verdiyindən sahura qalxmaq müstəhəbdir. Hz. Peyğəmbər, “Sahur yeyin çünki sahurda bərəkət vardır.” buyurmuşdur. Iftarda tələsmək, sahuru geciktirmək sünnətdir. Ayrıca sahur vaxtı duaların qəbul olunduğu vaxtdır.
İFTAR:
Dini bir termin olaraq anlamı orucu açmaq deməkdir.İftardan öncə orucnu pozub yeyən üçün halal deyildir ,pozan isə günah sahibidir. Ancaq xəstəlik, qocalıq, qadınlarda heyz , ya hər hansısa bir yerə səyahət zamanı pozmağa icazə verilmişdir.Hz. Peyğəmbər iftar zamanı orucu xurma və ya su ilə açmağı məsləhət görmüşdür. Oruc açarkən dua etmək sünətdir. Hz Peyğəmbər iftar açılarkən edilən duanın qəbulunu xəbər vermişdir, Hz .Peyğəmbər“orucluya iftar verən onun savabında savab qazanar” deyə buyurmuşdur.


Allah ibadətlərimizi qəbul etsin!
Загрузка...

ŞƏRHLƏR

❃FloRal❃

4 Avqust 2013 14:02

Üzmeye gedirem deye her gün tuta bilmirem, oruclu halda başı bütov suya salmaq olmaz, axı. Amma fürset tapdıqca tuturam
--------------------

***
❃❃❃

***

Night Wolf

15 İyul 2013 01:21

cox sag ol joy/az
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

5 İyul 2013 02:04

Oruc nefsine sahib çıxmaq,Allah(c.c) qarşısında vezifeni yerine yetirmekdir.

❃FloRal❃

22 İyun 2013 00:03

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

FERIDE

24 Sentyabr 2012 15:13

HER IL ORUC TUTURDUM BU IL TUTA BILMEDIM CUNKI OGLUM DUNYAYA GELDI INSALLAH GELEN IL TUTACAM.CETIN DEYIL HELE BUNU ALLAH UCUN ETDIYIMI FIKIRLESENDE HER SEYDEN ASAN OLUR.

★_EliSa_★

20 Sentyabr 2012 17:18

Sitat: Ahu 05
Allah haminin orucunu qebul etsin AMIN

Amin

Ahu 05

8 Sentyabr 2012 15:39

Allah haminin orucunu qebul etsin AMIN

toptop qiz

8 Avqust 2012 17:06

Allah butun oruc tutanlara irade, dozum can sagligi versin ve oruclarini qebul etsin

seni sevirem

31 İyul 2012 13:32

allah hamini orucunu qebul etsin.....

icindede ozum olmaqla.......amin.... fellow

_Angel_

30 İyul 2012 22:53

butun oruc tutanlarin Allah oruclarini qebul etsin.. xebere gore twk
--------------------
Heçnə yox, bircə göz yaşlarımı sənə haram etsəm, CƏNNƏT xəyalın olar!

_Bella_

30 İyul 2012 18:31

Allah hər həsin orucunu,dualarini qəbul eləsin..Amin...

Xəbər üçün çox sağ olun..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

_BianKa_

30 İyul 2012 16:51

allah haminin orucunu qebul etsin


allah bagislasin gunahlarimizi

Diloş

30 İyul 2012 15:58

oxudum Oruc hakkinda her defe melumatim artigca onu daha cox sevirem

The Moon

30 İyul 2012 14:55

Allah haminin orucunu qebul elesin...

ms_dynamite

30 İyul 2012 14:07

Sitat: Vaska1988
Çünki Allah bayram günlərimizi bizə mükafat olaraq vermişdir və bugünlər bizə yeyib "içməyi" tövsiyyə etmişdir. Sadəcə şeytan yenə də Allahın istəyinə qarşı gələrək ac qalır. Mənbəsini bilmədiyim belə bir hədis var... "Bayram günü şeytan oruc tutar".
Bu mövzu ilə əlaqəli hədislər var...
1-) " ... Çün­ki qurban bayramı günü qurbanlarınızın ətlərindən yeyəcəyiniz gün­dür. Ramazan bayramı isə oruclarınıza son verişinizdir." - Buxari, Savm 66; Müslim, Sıyam 138
2-) "... qurban bayramı və təşrik günləri biz müsəlmanların bayramıdır. Bu günlər yemə və içmə günləridir" - Ebu Davud, Sıyam, 50; Tirmizi, Savm 58
3-) "Rəsulullah sallalahu aleyhi və səlləm iki günün orucunu qadağan etdi. (Bunlar) ramazan və qurban bayramı günləridir… " - Buxari, Savm 66; Müslim, Sıyam 141

tesekkur edirem...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Mr_RoCCo

30 İyul 2012 13:40

Sevgili Peyğəmbərimiz bu müjdəni verir:Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.

ALLAH bağışlasın günahlarımızı :/
Allah ibadətlərimizi qəbul etsin!

Amin!
--------------------
FaceBook
Instagram - ageelvevo

gulnar456

30 İyul 2012 13:40

ORUC TUTURAM MENCE BU O QEDERDE CETIN DEYIL BUNU HER KES BACARAR ESAS ILK GUNLERIDI ONDAN SONRA RAHAT TUTURSAN MEN KIM KI SAGLAMDI AMMA ORUCUMU POZUB BIR SEY YIYEREM DEYIB ORUC TUTMAQDAN QORXURAM DEYIR MEN ONLARA DEMEK ISTEYIREMKI EGER UREKDEN ORUC TUTMAQ ISTESEN BUNU COX YAXSI BACARARSAN girl_ang

hecne ebedi deyil

30 İyul 2012 13:30

Sitat: Jaska_90
Allah ibadtlerimizi qebul etsin

Sitat: Hevva
Allah orucumuzu qebul etsin ,gunahlarimizi bagislasin.Oruc tutan her kese dozum ve sebr arzuluyuram

Sitat: faiq123
Allah ibadətlərimizi qəbul etsin!

Sitat: Ledi Luiza
Allah ibadətlərimizi qəbul etsin!

AMIN

XEBERE GORE COX SAGOLUN

Gulka

30 İyul 2012 13:16

Allah butun oruc tutanlarin namaz qilanlarin ibadetini qebul etsin icinde mende olmaqla .AMIN .asi tewekkur bele gozel xebere gore
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Vaska1988

30 İyul 2012 12:31

Sitat: ms_dynamite
niye sebeb nedir????


Çünki Allah bayram günlərimizi bizə mükafat olaraq vermişdir və bugünlər bizə yeyib "içməyi" tövsiyyə etmişdir. Sadəcə şeytan yenə də Allahın istəyinə qarşı gələrək ac qalır. Mənbəsini bilmədiyim belə bir hədis var... "Bayram günü şeytan oruc tutar".

Bu mövzu ilə əlaqəli hədislər var...

1-) " ... Çün­ki qurban bayramı günü qurbanlarınızın ətlərindən yeyəcəyiniz gün­dür. Ramazan bayramı isə oruclarınıza son verişinizdir." - Buxari, Savm 66; Müslim, Sıyam 138

2-) "... qurban bayramı və təşrik günləri biz müsəlmanların bayramıdır. Bu günlər yemə və içmə günləridir" - Ebu Davud, Sıyam, 50; Tirmizi, Savm 58

3-) "Rəsulullah sallalahu aleyhi və səlləm iki günün orucunu qadağan etdi. (Bunlar) ramazan və qurban bayramı günləridir… " - Buxari, Savm 66; Müslim, Sıyam 141

culi

30 İyul 2012 12:23

demişem allahın kömeyi ile sağalım tutacam

_Aymir_

30 İyul 2012 12:07

Allah ibadtlerimizi qebul etsin duzu oxuyammadim cunki bu Ramazan oruc tutammadim..
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Hevva

30 İyul 2012 11:29

Allah orucumuzu qebul etsin ,gunahlarimizi bagislasin.Oruc tutan her kese dozum ve sebr arzuluyuram

faiq123

30 İyul 2012 11:28

Allah ibadətlərimizi qəbul etsin!

Amin!

xebere gore tesekkurler
--------------------
Facebook profil
Twitter
Tpo.com

ms_dynamite

30 İyul 2012 11:24

Ramazan Bayramının birinci günü ilə Qurban Bayramının birinci günü oruc tutmaq məkruhdur(olmaz).

niye sebeb nedir????
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!

Ledi Luiza

30 İyul 2012 11:12

Allah ibadətlərimizi qəbul etsin!

Amin
Bu Ramazan çoxx isdədim Oruc tutam heç cur alınmadı((
--------------------
Hərkəsdən fərqli biriyəm... Tanıyanlar bilir...
loading...
Загрузка...