Loading...
Xoş Gəldin 11 Ayın Sultanı!

Xoş Gəldin 11 Ayın Sultanı!

Loading...

Xoş Gəldin 11 Ayın Sultanı!

Bismillahir-rəhmanir-rəhim


Allah-Təalanın İslam ümməti üçün vacib buyurduğu orucluq ibadətinin - mübarək Ramazan ayının ilk günü bu il miladi təqvimi ilə iyulun 21-nə təsadüf edir. İyul ayının 20-si orucluğun niyyət gecəsidir. Hilalın görünməsindən asılı olaraq, Ramazan – Fitrə bayramı, inşaallah, şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 19 və ya 20) düşür. Əzəməti və mərhəməti hədsiz olan Allah-Təala mübarək Ramazan ayında oruc tutan möminlərə sonsuz fərəh və iman sevgisi, yüksək mənəvi dəyərlər, ali bəşəri hisslər bəxş edir. Uca Allah bu mübarək ayda insanlara günahlarının bağışlanmasına, daha çox savab qazanmasına imkan yaradır, qəlblərində xeyrli əməllərə meyli artırır, nəfsə və şərə qalib gəlməyin yollarını göstərir. Heç şübhəsiz ki, Allah yolunda oruc tutanların əcri böyükdür. Allah-Təala Qurani-Kərimdə buyurur:

 

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə, 183).

 

Həzrət Muhəmməd (s) mübarək hədisi-qüdsidə buyurmuşdur:

“Allah-Təala buyurur: “Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”.

 

Cənnət qapılarının ibadət əhli üçün açıldığı bu ayda möminlər daha çox Quran oxumalı, ibadət etməli və zikrlə məşğul olmalıdırlar.  İnsanın kamilliyinə, cəmiyyətin birliyinə nail olmaq üçün gözəl məqam olan oruc ibadəti günlərində camaat namazlarında iştirak etmək, Ramazan gecələrini, xüsusilə, min aya bərabər tutulan Qədr (əhya) gecələrini Allah evində-məscidlərdə ibadətlə keçirmək, alimlərin söhbətlərindən, müqəddəs dinimizin fəzilətlərindən daha artıq faydalanmaq məsləhətdir. Mübarək Ramazan ayında hamınızı səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edirik. Qurani-Kərimdə buyurulduğu kimi:

 

“Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın dosta ... müsafirə yaxşılıq edin!...” (ən-Nisa, 36) .

 

Müqəddəs dinimiz orucun vacib əməli olan fitrə zəkatını şəriət qanununa müvafiq olaraq vaxtında ödəməyi və bununla da imkansızlara dayaq olmağı, onlara da bayram sevinci yaşatmağı vacib buyurur. Onu da nəzərinizə çatdırmaq istərdik ki, bədənin zəkatı oruc olduğu kimi, onun da qəbul olunması üçün fitrə zəkatı əsas şərtdir. Hər bir imkanlı müsəlman Ramazan bayramı gecəsi 3-kq buğda, arpa, düyü, qarğıdalı və ya xurma, kişmiş, ya da onun dəyərini pulla imkansızlara verməlidir.

 

Xoş Gəldin 11 Ayın Sultanı!

 

Bu müqəddəs ayda ifrata və israfçılığa yol vermədən ehtiyacı olanlar üçün ehsan olaraq iftar süfrələrinin açılması da orucumuzun Allah dərgahında qəbul olması üçün bir vəsilədir.

Müqəddəs Ramazan ayında Uca Allahdan işğal olunmuş torpaqlarımızın azad olunması üçün dualar edir və Vətən torpağı uğrunda şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirik! Xalqımızın xoş gələcəyi, müstəqilliyimizin daha  da möhkəmlənməsi uğrunda səy göstərən dövlət rəhbərimiz İlham Əliyev başda olmaqla hər birimizin ülvi niyyətlərinin yerinə yetməsini Allah-Təala bizlərə nəsib etsin. Qoy Uca Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!

 

Möhtərəm mömin qardaş və bacılarımız! Allaha məhəbbət və itaət, bəşərə mərhəmət dolu mübarək Ramazan ayı münasibətilə sizləri təbrik edir, Allah rizası üçün oruca, ibadətə dəvət edirik. Uca Yaradandan Vətənimizi xəta-bəlalardan hifz etməsini, mənəvi birliyimizi daha da möhkəmləndirməsini diləyirik. Allah məğfirət, ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərini hər birimizə nəsib etsin, orucumuzu, ibadətlərimizi və dualarımızı qəbul etsin! Amin!

 

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh!

 

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

22 İyul 2013 01:38

hemise Ramazan bayrami kimi gozel bayramlar qapimizi doysun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

11 İyul 2013 01:29

Evet evet xoş geldi,ne yaxşı ki geldi,üreyim açıldı.

Ahu 05

8 Sentyabr 2012 15:45

Allah haminin orucunu qebul etsin AMIN

Nina Guney

12 Avqust 2012 12:45

“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi...” (əl-Bəqərə, 183).

Həzrət Muhəmməd (s) mübarək hədisi-qüdsidə buyurmuşdur:
“Allah-Təala buyurur: “Oruc Mənim üçündür, mükafatını da Özüm verəcəyəm”.
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

dark_queen

8 Avqust 2012 15:08

ALLAH HAMININ ORUCUNU QEBUL ETSIN,I4INDE MEN OLMAQLA.KIM NE NIYYET EDIB ORUC TUTURSA ALLAH ONLARI OZ NIYYETLERINE 4ATDIRSIN,AMIN INWALLAH fascinated

Балым

7 Avqust 2012 01:35

allah haminin orucunu qebul etsin.AMIN!

The Moon

23 İyul 2012 00:06

Ramazan ayi heqiqeten men bir basqa oluram.

ben

22 İyul 2012 19:30

Inshallah Allah haminin ve menim orucumu qebul etsin

MBσz♥Eℓιz

22 İyul 2012 19:19

Allah oruc tutan hər bir şəxsin orucunu və dualarını qəbul etsin ,mənimdə Amin!!!

Poker Face GaGa

22 İyul 2012 13:41

Allah oruc tutan hər bir şəxsin orucunu və dualarını qəbul etsin ,mənimdə Amin!!!
--------------------

Faya

21 İyul 2012 22:34

Sitat: NellY
Kimlerdir oruc uwaxlar?????????

Mən girl_ten
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

ToM RiDdle

21 İyul 2012 21:28

Allah butun oruc tutanlarin oruclarini qebul etsin.Butun yaxsi niyyetli dualar qebul olsun.Hamininin bayramini tebrik edirem.Bayram gunlerinde sizin ucun xow olsun,her weey ela olsun...
--------------------
Tural Adrian ♥

hecne ebedi deyil

21 İyul 2012 21:21

maraqli xeber idi hamini bu muqeddes bayram munasieti le tebrik edirem

maraqli xeber idi hamini bu muqeddes bayram munasieti le tebrik edirem

unudulmus sevgi

21 İyul 2012 21:10

BU GUNLERİ MUQUDDES RAMAZAN AYİNİN İLK GUNUDUR BUTUN MUSELMANLARİN BAYRAMİNİ TEBRİK EDİREM ALLAH BU MUBAREK GUNDE HER BİRİMİZİN DUALARİNİ QEBUL ETSİN BİZE SEBİR DOZUM VERSİN
ALLAH YOLUNDA ORUCUMUZ QEBUL OLAR İNSALLAH

ToMa_84

21 İyul 2012 21:05

Bütün müsəlmanların ən gözəl ayını təbrik edirəm,Allahdan arzum budur ki bu Ramazan ayının günləri hər birimizin həyatımızda xoş izlər buraxsın,oruc tutanların orucları qəbul olsun,hər birmiz də Allahın sevimli bəndələrindən olaq inşallah.
Orucluyam bu dəqiqə və bu hisslər çox gözəldir,özümü çox xoşbəxt hiss edirəm,bir azdan da iftarın yaxınlaşdığı bir vaxtdır və Allahın verdiyi nemətlərlə orucumu açmağa hazırlaşıram,Allah hər birimizə bu hissləri qismət etsin,Amin.

bella and edward

21 İyul 2012 18:43

Butun muselman insanlari Muqeddes Ramazan bayrami munasibeti ile tebrik edirem.Allah haminin namazini,Allah yolunda tutdugu orucu qebul etsin,bu ayda hamiya nefsine qalib gelmesini arzulayiram.Tutdugunuz niyyetler qebul olsun.Amin. girl

QaRaCa

21 İyul 2012 17:02

Çox üzgünəm, səhhətim heç cürə bu il izn vermir ki oruc tutam. O qədər üzüldüm ki. Hər saat dərman atmaq məcburiyyətində olmaq... Ehhh... Allah hər kimə nəsib etdisə bu il tutmağı onu təbrik edirəm. Bilirəm indi necə sevinclidirlər. Çünki öz üzgünlüyümdən anlayıram. Amma ümid varki son günlərinidə olsa tutacam İnşallah. Bir təsəllim o oldu ki, bu il həddindən artıq insandan gözəl dualar aldım. Hətta sırf mənim üçün dua edənləri, mənə təşəkkür üçün namaz qılıb mənim üçün xoşbəxtlik diləyənlər var bu il. Sanki Allah bu gün bu qədər insanın eyni sözü mənim üçün demələrini mənə təsəlli göndərdi. Allah razı olsun hər birindən. Buna görə öz sənətimə borcluyam. Nə yaxşı ki mən tibb işçisiyəm. Hər birinizə səbr, gözəl niyyətlər və bu niyyətlərin qəbul olunmasını diləyirəm.

Diloş

21 İyul 2012 16:21

Hamimizin bayarmi mubarek tutdugmuz oruc ,etdiymiz dualar qebul olsun inwallah ))

DonnA

21 İyul 2012 15:38

Ay xoşgəldi.Səfa gətirdi.Gəlişiylə qoy ürəylərə savab sərsin İnşəAllah! Oruc tutnlar da Allah orucunuzu qəbul etsin.İmrendim Oruc deiləm.AMa niyətimlərim eynidi :)Allah qəbul edər İnşəAllah
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

No.Name

21 İyul 2012 15:18

MENDE ORUCAM ALLAH HAMININ ORUCUNU ETDIYI DUALARI VE QILDIGI NAMAZALARI QEBUL ETSIN AMIN

_VoRKa_

21 İyul 2012 14:59

RAMAZAN AYIMIZ MUBAREK.. INWALLAH BU AYIMIZI DA SAG SALAMAT,UREYIMIZCE BA$A VURARIQ.. BU IL DE HER IL OLDUGU KIMI ORUCUMU TUTMU$AM.. ALLAH KIMIN UREYINDE NE NIYYETI VARSA ONA CATDIRSIN.. TUTDUGUMUZ ORUCLAR,ETDIYIMIZ DUALAR HER BIRI QEBUL OLSUN.. AMIN IN$ALLAH..!!!
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


A_K

21 İyul 2012 13:28

TESEKKURLER NELLY.QILMIYANLARI BASINA.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Resad_Mamedov

21 İyul 2012 13:26

Bayraminiz mubarek!!Allah butun oruc tutanlarin oruclarini qebul etsin

NellY

21 İyul 2012 13:06

ALLAH oruc tutan her kesin oruc namazini gebul elesin....

Kimlerdir oruc uwaxlar?????????


Sitat: mr.efis
COX SEVINIREMKI 2012CI ILIN RAMAZAN AYININ ILK GUNUNDE NAMAZA BASLADIM.

4ox gozel ALLAH gebul elesin..sag elin bizlerin bawina...

A_K

21 İyul 2012 12:49

COX SEVINIREMKI 2012CI ILIN RAMAZAN AYININ ILK GUNUNDE NAMAZA BASLADIM.BUTUN MUSELMAN GENCLERINI NAMAZ QILMAGA DEVET EDIREM.NAMAZ QILMAQ HER BIR MUSELMANIN BORCUDUR.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Mr_RoCCo

21 İyul 2012 12:12

ALLAH bütün oruc tutanların oruclarını, qılınan namazları və edilən duaları qəbul etsin İnşaallah!
--------------------
FaceBook
Instagram - ageelvevo

_SUS_

21 İyul 2012 11:56

HAMININ BAYRAMINI TEBRIK EDIREM..BUTUN ORUC TUTANLARIN ORUCU QEBUL OLSUN..AMIN INWALLAH...

gulnar456

21 İyul 2012 10:48

ele mende bu gun oruc tutmusam. Allah hamimizin orucunu qebul elesin

XZ

21 İyul 2012 10:12

xowgeldin Ramazan arkadawlar bayramimiz kutlu olsun

ms_dynamite

21 İyul 2012 08:20

Sitat: MisSayka
Müqəddəs bayramımız mübarək!
Allah bütün oruc tutanların orucunu, dua edənlərin duasını, namaz qılanların namazını qəbul eləsin. İnşAllah!

Amin InşəAllah...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!