Loading...
Ramazan müjdəsi

Ramazan müjdəsi

Loading...
Ramazan Müjdəsi

Ramazanın ilk günü ilə birlikdə nur və fəzilət dolu bir mövsüm yaşamağa başlayırıq. Kainat şənlənir, dünya Cənnətdən süzülən nurani bir hava ilə dolub daşır .. Ulvi aləmlərin günahsız və mübarək sakinləri mənbələrin möminlərin ətrafını sarar. Rəhmət ölkəsindən müjdələr, kainatın Rəbbindən salamlar və məğfirət ümidləri gətirir, Ramazan ayı ...
Müqəddəs kəlamın nazil olmasını möminlərlə birlikdə yaşlı dünyamızın cinləri, mələkləri, ağacları, çiçəkləri, böcəkləri, qurdları, quşları, dənizləri və dəryaları da qeyd edir. Görünən və görünməyən aləmlərdə tam mənası ilə bir bayram havası yaşanar.

Bu ayın Allah Təala qatında müstəsna bir yeri vardır. Uca Rəbbimiz mömin qullarına sonsuz rəhmətinin ən geniş təcəllilərini bu aya təsis edər. Başda Qurani Kərim olmaqla, Tövrat, Zəbur və İncil kimi digər səmavi kitabların da bu ayda endirilməsi, bu günlərin qiymət və müqəddəsliyini artıran digər bir xüsusiyyətlərdən biridir

Möminlər ilahi bir ehsan olaraq bu günləri gözəl bir fürsət bilərək dəyərləndirər, Rəbbilərinə olan qulluq dərəcələrini göstərər, ona həmsöhbət olaraq tam bir ixlas və şüurla ibadət və itaətə qaçarlar.

Bunun nəticəsi əlbəttə qarşılıqsız qalmayacaq. Ramazan ayında Oruc tutan hər bir kəs şirin bir an yaşayaraq, hüzura çatıb və bir çox nemətlərə nail olacaqlar

Ubadə bin Samit rəvayət edir:
Ramazan ayı başlandığı gün Rəsulullah Aləyhissalatu Vəssəlam belə buyurdu:

"Bərəkət ayı olan Ramazan gəldi. Artıq Allahın rəhməti sizi bürüyür. O ay, yer üzünə bol bol rəhmət enər. Günahlar əfv edilər. Dualar qəbul olunur. Allah sizin yaxşılıq və ibadətdə yarışmağınıza baxar, bununla mələkləri yanında iftixar edər. Elə isə qulluğunuzla özünüzü Allaha sevdirin. Əsil bədbəxt olan, bu ayda Allahın rəhmətindən nəsibini almayandır. "

Ramazan hər cəhəti ilə ibadət mövsümüdür. Hər mömin namazı, orucu, yaxşılıqları və duasıyla bu rəhmət və bərəkətdən nəsibini almağa çalışar. Bilərək və ya bilməyərək etmiş günahları üçün Allahdan əfv diləyər. Rəbbinə niyaz edər.

Cənabi-Haqq da qulunun bu səmimi dua və niyazını qarşılıqsız qoymaz, günahlarını əfv edər, rəhmətinə qərq edər.

Ramazan ayının kudsiyet və bərəkətini bildirən bu hədisi-şərifi birlikdə oxuyaq.

Selman-Farisi (r.a.) izah edir:
Rəsul-i Əkrəm Əfəndimiz Əleyhissalatu Vəssalam Şaban ayının son günlərində bizə irad etdiyi bir xütbədə belə buyurdu:

"Ey insanlar böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınızın üstünə düşdü. Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazı haqlı qıldı. Bu ayda kiçik-böyük bir xeyir iş görən insan, başqa aylarda bir fərz əda etmiş kimi savab qazanar.
Bu ayda bir fərzi etmək, başqa aylarda yetmiş fərz yerinə keçir.
Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbr və təhəmmül ayıdır. Səbrin qarşılığı Cənnətdir.
Bu ay yardımlaşma ayıdır.
Bu ay möminlərin ruzisini artıracaq aydır.
Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey verərsə, etdiyi günahların bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar. "

Əshabi-kiramdan bəziləri, "Ya Rəsulullah, hamımız orucluya iftar edəcək bir şey tapıb verəcək vəziyyətdə deyilik" dedilər.
Bunun üzərinə Rəsul-i Əkrəm Əfəndimiz Əleyhissalatu Vəssalam, "Allah bu savabı bir tək xurma ilə, bir içim su ilə, bir qurtum süd ilə oruclu möminə iftar etdirənə də verər" buyurdular və xütbələrində belə davam etdi:

Bu ayın başı rəhmət, ortası bağışlama, sonu da Cəhənnəmdən qurtuluşdur.
Bu ayda kim köləsinin (işçi və xidmətçisinin) işini yüngülləşdirsə, Allah da onu bağışlayar və Cəhənnəmdən uzaq tutar.
Bunun üçün bu ayda bu söyləyəcəyim dörd xisləti artıqlamasıyla özünüzdə çalışın. Bu dörd xislətdən ikisi ilə Rəbbinizi razı edərsiniz, digər ikisindən isə heç bir zaman ayrş qalmazsınız

Rəbbinizin rizasına səbəb olan xislətlərin biri, kəlimeyi-şəhadətə davam etməyiniz, digəri də Allahdan məğfirət diləməyinizdir.
İmtina edə bilməyəcəyiniz iki xüsusiyyəti biri Allahdan cənnəti istəmək, digəri isə Cəhənnəmdən Allaha sığınmaqdır.
Hər kim orucluya bir qurtum su versə, Allah da ona mənim məhşərdəki hovuzumdan elə bir su içəcəkdir ki, Cənnətə girənə qədər bir daha susuzluq çəkməyəcək.


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

22 İyul 2013 01:37

cox sag olun elA
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

★_EliSa_★

20 Sentyabr 2012 23:56

Sitat: ms_dynamite
Allah oruc tutacaq her kesin orucunu ibadetini qebul etsin Insallah...

Amin

The Moon

22 İyul 2012 23:06

Heqiqeten de 11 ayin sultanidir....
Allah haminin orucunu qebul etsin icinde de menimki...

Uluw_Royali

21 İyul 2012 00:07

allah qebul etsin tutulan oruclarimizi etdiyimiz dualarimizi

Smile to life:))

20 İyul 2012 21:48

Sitat: _SUS_
ALLAH QEBUL ETSIN BUTUN NIETLERINIZI

amin

_SUS_

20 İyul 2012 20:46

ALLAH QEBUL ETSIN BUTUN NIETLERINIZI

FLOR

20 İyul 2012 20:10

oruc tutan dua eden her bir kesin duasi orucu qebul olsun

ToM RiDdle

20 İyul 2012 19:50

Ilk evvel allah butun oruc tatanlarin oruclarini qebul elesin.Men fikirlewirem ki bacara bilmerem.Yraimciq tutub gunaha girmekdene etmemeyi ustun tuturam.Aaa bir de aranizda qedir gecesinin ne zaman oldugunu bilen olmaz?
--------------------
Tural Adrian ♥

Diloş

20 İyul 2012 18:32

Allah tutdugnuz orucu,etdiyniz dualrinizi qebul etsin hemcinin menimde ))

DonnA

20 İyul 2012 17:46

Ey insanlar böyük və mübarək bir ay yaxınlaşdı, kölgəsi başınızın üstünə düşdü. Bu elə bir aydır ki, içində min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah o mübarək ayın gündüzlərində orucu fərz, gecələrində nafilə namazı haqlı qıldı. Bu ayda kiçik-böyük bir xeyir iş görən insan, başqa aylarda bir fərz əda etmiş kimi savab qazanar.
Bu ayda bir fərzi etmək, başqa aylarda yetmiş fərz yerinə keçir.
Bu ay Allah üçün aclıq və susuzluğun, itaət və ibadətin məşəqqətlərinə səbr və təhəmmül ayıdır. Səbrin qarşılığı Cənnətdir.
Bu ay yardımlaşma ayıdır.
Bu ay möminlərin ruzisini artıracaq aydır.
Bu ayda hər kim oruclu bir möminə iftar edəcək bir şey verərsə, etdiyi günahların bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Oruclunun savabından da heç bir şey azalmadan onun qədər savaba qovuşar.


Boşuna 11 ayın sultanı demirlər Ramazan ayına.Allah nəyinki oruc tutanların Allah yolunda edilən hər bir duaya , tökülən göz yazlarına , Edilən niyyətləri qəbul eləsin.Amin İnşəALlah.Bu ay mərhəmət ayıdır.Allahın Rizasına sığınaq.Allah yolunda nəsə edə biliriksə Allah bizə etdiklərimiz 10 qatını verir.Bəziləri orucdan pəriz kimi istifadə edir... Allah Onlarında canını sağ eləsin laughing
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

Asi

20 İyul 2012 17:13

Men ele bu gunde orucam bu deqiq deyil ya sabah ya bu gun nu yenede zereri yoxdu:)Allah qebul etsin her kesin ibadetlerini:)
--------------------
Dərd etmə ,dua et..

Georgia Lady

20 İyul 2012 16:53

11 AYİN SULTANİ XOŞ GELİR SEFA GETİRİR BÜTÜN İNSANLARA SAGLİG VE XOŞBEXTLİK ARZULAYİRAM ALLAH HER KESİN ORUCLARİNİ QEBUL ETSİN AMİN İNŞALLAH

Vaska1988

20 İyul 2012 16:14

Ramazan ayını inşAllah daha xeyirli şəkildə yaşayarıq.

hecne ebedi deyil

20 İyul 2012 13:28

maraqli xeber alinib mende bu barede nece gundu xeber gonderirem amma ne saytda qoyurlar nedeki silinmesi haqda bir ismaric yazirlar deyesen hec oxumurlar

_VoRKa_

20 İyul 2012 12:46

Bu gece niyyet gecesidi.. ALLAH butun edilen niyyetleri,dualarimizi qebul etsin..Butun tutulan oruclar da ALLAHterefinden qebul olunsun.. Amin!!
--------------------
бесят тупые принципы.
бесит, что никто не может признаться в своих чувствах.
бесит, что никто искренне не говорит правду.
бесит, что если человек скучает, то он об этом не скажет.
бесит, что мы все прячем правду за неуклюжей ложью...


Filay

20 İyul 2012 12:38

Sebirsizlikle gözlediyimiz Ramazan ayının gelmesine artıq saatlar qalıb..ALLAH tutulan bütün orucları qebul etsin!

ToMa_84

20 İyul 2012 11:40

Bu oy aydır ki Allahın yaratdığı bütün nemətlərin qədrini bilirsən,bir damla su,bir tikə çörək insan gözündə o qədər qiymətli,o qədər dəyərli olur ki,dünyada olan minlərlə ac insansanların nə hiss etdiklərini zərrə qədər də olsa bilirsən...
Hər zamanki kimi artıq orucumu bu gündən tutmuşam,bu ay hər zaman mənim üçün çox dəyərli olur,içimdə elə gözlə hisslər olur ki,heç nəyi pis fikirləşmirəm.
Artıq kim ki oruc tutub,Allah hər birini oruclarını qəbul etsin,Amin!

_Bella_

20 İyul 2012 11:38

Gözlədiyimiz gün gəldi..Ramazan ayi mənimçün çox sevdiyim aylardan biridi..Sevdiklərimlə bir yerdə iftar etmək ən gözəl birşeydi.. Allah hər birimizin oruclarini qəbul eləsin..
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

Songena

20 İyul 2012 11:35

İNŞALLAH, HAZIRLAŞSIN HƏR KƏS, BİR AZCA DA DÖZÜN AZ QALIB. YERİ GƏLMİŞKƏN, ÇOXLARI ELƏ SANIR Kİ BU GÜN RAMAZANIN BİRİNCİ GÜNÜDÜR. XEYİR, İLK NİYYƏT GECƏSİ BU GÜNDÜR. TÜRKLƏR BİZDƏN BİR GÜN QABAQ QEYD EDİR RAMAMAZANI ONA GÖRƏ. QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ FƏTVA VERİB - AZƏRBAYCANDA MÜQƏDDƏS RAMAZANIN İLK GÜNÜ 21 İYULDUR. BİR DAHA XOŞ GƏLDİN 11 AYIN SULATNI, İNŞALLAH SƏNİN RİZAN ÜÇÜN TUTDUĞUMUZ ORUCLAR QƏBUL OLAR.

Faya

20 İyul 2012 11:23

Ən sevdiyim aydır Ramazan ayı, iftar süfrələri tam fərqli olur bütün ailə sevdiklərin bir süfrə başında iftar açırlar. Qohumlar, tanışlar səni iftara dəvət edir, sən onları dəvət edirsən bundan gözəl nə ola bilər. Allah hər birimizin orucunu qəbul etsin.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

ms_dynamite

20 İyul 2012 11:16

Allah oruc tutacaq her kesin orucunu ibadetini qebul etsin Insallah...
--------------------
Bilərək qılmadığın Namaza "qəza" demə! Unutma bilərək maşının önünə atlayana "qəza" keçirtdi yox, "intihar" etdi deyirlər!