Loading...
Nə gözəl övladdır qız!

Nə gözəl övladdır qız!

Loading...
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ CƏMİYYƏTDƏ QADINLAR VƏ ONLARIN HÜQUQLARI

NƏ GÖZƏL ÖVLADDIR QIZ!
Peyğəmbər (s)buyurub:- “Necə də gözəldir qız övladları! Çünki onlar mehriban və lətafətlidirlər. Həmişə valideynə xidmət etməyə hazır və ünsiyyətlidirlər. Onlar bərəkətli və pakizədirlər”.
İmam Sadiq buyurub:- “Qız övladları ehsandırlar, oğlanlar isə nemətdirlər. Ehsana görə savab verilər amma, nemətə görə sual-cavab olacaq”
Rəvayətdə qızların ehsan kimi tanıdılması və onların ailədə qiymətləndirilməsi əslində cahiliyyət adət ən-ənələri ilə bir növ mübarizəni göstərir. Rəvayət “oğlan övladı evin yükünü öz üstünə götürür, amma qız ailəyə yükdür” kimi təfəkkürlərin puç olduğunu sübuta yetirir. Əlbəttə övladın sırf qızın olması onun nemət olduğuna dəlalət etmir. Gününü diskotekalarda əyyaşlıqda və ya xiyabanlarda özlərini yarımlüt vitrinlərə oxşadan qızlara aid deyil. Məqsəd islami tərbiyə gömüş ailəsinin şərəfini qoruyan qeyrətli və iffətli qızlardır. Bəli belə qızlar ailələri üşün şərəfdirlər.

Peyğəmbər (s)-ə xəbər veriləndə ki, onun qızı olub, O, həzrət əshabın üzünə baxdı. Onların üzündə narahatlıq görəndə buyurdu:- “Sizə nə olub? Bu bir xoş ətirli güldür ki, iyləyəcəyəm, ruzisi də Allahın öhdəsindədir”
İmam buyurdu:- Sənin bu qızdan xoşun gəlmir, amma bunu bil ki, Allah-təala buyurur: “Atalarınız, övladlarınız və sizlər bilmirsiniz ki, onların hansı biri sizin üçün xeyirlidir”
Doğrudan da həyatda görürük ki, həmişə oğul eşqi və arzusu ilə nəfəs alan atanın əziz oğlu ona düşmən kəsilir. Uşaqlıq illərində bu oğlan uşağı xəstələnəndə ata bir yerdə qərar tuta bilmir, həmin anda öz canını ona təslim etməyə hazır olur. İllər keçdikdən sonra həmin naxələf və qeyrətsiz oğul özünü müstəqil yaşamağa qadir olduğunu hiss etcək artıq valideynə qarşı əsil düşmənə çevrilir. Amma həqarət gözü ilə baxdığı qız ona daha şəfqətlidir. Həmin qız ki, dünyaya gələndə ata onun gəlişindən narahat idi.
Hüseyn ibni Səid:- İmam Sadiq (ə)-n əshabından birinin qızı olmuşdu, imamın yanına gələndə çox acıqlı idi. Imam ona dedi,: “De görüm əgər Allah sənə vəhy göndərib səndən oğlan və ya qız doğulmağı haqqında soruşsaydı onda nə cavab verərdin? Dedi:- Deyərdim, İlahi özün mənim üçün seç. İmam buyurdu :- yaxşı Allah sənin üçün qız olmasını seçib”
Əsma bintə Umeys əri Cə`fər ibni Əbu Talib ilə Həbəşədən qayıdanda Peyğəmbərin xanımlarının yanına gəldi və soruşdu:- Quranda biz qadınlar haqqında bir şey nazil olub?
Dedilər: Xeyr.
Peyğəmbər (s) gələndə Əsma bintə Umeys O, həzrətə dedi:-Ya Rəsuləllah qadınlar hər şeydən bəhrəsiz qlıblar? Peyğəmbər soruşdu:- Nəyə görə belə deyirsən?
Dedi: Niyə Quranda qadınlar haqqında bir şey yoxdur?
Ayə nazil oldu: “Müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, itaətkar kişilər və qadınlar, doğruçu kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, özlərini hifz edən kişilər və qadınlar, həmişə Allahı yad edən kişilər və qadınlar, Allah onlar üçün rəhmətini və böyük mükafat hazırlayıb”. Ayədən məlum olur ki, qadın və kişi Allah yanında eyni dərəcədədirlər. Amma onların hər biri malik olduqları sifətlərinə görə qiymətləndirilir.
Imam Sadiq (ə):“Bir salehə qadın min nasaleh kişidən əfzəldir”
İmanin nişanəsi: Peyğəmbər (s): “Bəndənin imanı çoxaldıqca qadınlara məhəbbəti də çoxalar”
İmam Sadiq (ə) Rəsulullahdan nəql edib: “Zimmi kafir (yəni islam məmləkətində yaşayan kafirə) qadınların əllərinə və saçlarına baxmağın eybi yoxdur”
Naməhrəm qadınlara baxmağın haram olmasının əsas səbəbi onlara baxdıqda harama düşmək təhlükəsi olduğuna görə deyil. Bəlkədə burada əsas səbəb islamın müsəılman qadınlara verdiyi əsas ehtiram və toxunulmazlıqdır hətta adi baxışla da olsa haramdır. Bu səbəbdən qeyri müsəlman qadınlar belə ehtirama malik olmadıqları üçün onların adi şəkildə çılpaq yerlərinə baxmağın haramlığı yoxdur. Yeri gəlmişkən Həzrət Ayətullahul-uzma Sistaninin bu haqda fətvasını dərc edirik:
Məsələ 2393: Əyyaş şəkildə geyinmş qadınlara baxmaq o surətdə ki, əgər bir kəs onlara islami hicabı örtməyə əmr etsə və onlar dəvətə e`tina etməyəcəklər belə qadınların bədəninə baxmağın (ləzzət qəsdi və harama düşmək qorxusu olmamaq şərti ilə) eybi yoxdur. Bu hökmdə kafirlərin qadınlarıyla digər qadınlar arasında, habelə əl, üzlə və bədənin adətən örtmədikləri digər yerləri arasında bir fərq yoxdur. Fətvadan göründüyü kimi hicabsız müsəlman qadınlarının da ehtiramı yoxdur. Çünki onlar öz geyimləri ilə ətrafdakıları onlara baxmağa dəvət edirlər.
Əbu Bəsir İmam Sadiq (ə)-dan soruşdu:- Bir kişinin yanından qadın keçəndə o arxadan həmin qadını süzməyə başlayır, bunun hökmü nədir? İmam Sadiq:- Aya sizlərdən birinin xoşuna gələrmi onun ailəsinin və ya yaxınlarının arxasıyca kimsə baxsın?
Əbu Bəsir dedi: Xeyir.
İmam buyurdu: Özünə rəva bildiyini camaata da rəva bil.

Amma indiki zamanda bəzi xoş qeyrətlər xanımlarını və qızlarını kənar adamların tamaşa etməsi üçün bəzəyib çölə çıxarırlar ki, qoy başqaları da bu gözəllikdən həzz alsın. Bunu da deyək ki, heç kim qeyrətli hicablı qadınlara baxmağa cürət etmir və hamı xiyabanlarda, ictimai yerlərdə onlara bu millətin qeyrət simvolu olduqları üçün xüsusi ehtiram göstərirlər. Hər bir şərəfli insan onlara tərəf baxmağı xəyanət kimi qiymətləndirildiyi halda hicabsız qadınlara sözün əsil mənasında sirkdəki mütriflər kimi baxırlar. İmam Sadiq (ə) buyurur: “Xoş o adamın halına ki, anası iffətlidir” Doğrudan da iffətli qadından qeyrətli övlad dünyaya gələr. İnkar olunmaz həqiqətdir ki, bu günü iffətli və namuslu qız uşağı sabahın övlad tərbiyə edən şərəfli anası deməkdir. İffətli olmayan qadından isə Nataşa və Petyanın kvadratı dünyaya gəlməsi təbii haldır.
Bu nöqtəyə diqqət yetirmək lazımdır ki, Rəsulullah övladın tərbiyəsini və islam ümmətinin hifzi üçün saleh övladın yetişdirilməsi üçün ananın zəhmətini Allah yolunda cihad edən mücahidlərin cihadı ilə bərabər olduğunu göstərir. Aydındır ki, övladına layiqli tərbiyə verməyib onu cəmiyyətdə fəsad mənbəyinə çevirmiş valideynə Allahın əzabı yetişməlidir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

SHAH RUKH KHAN

9 Aprel 2010 17:37

tewekkur xebere gore!!1

FENERLI

14 Noyabr 2009 00:08

Tewekkur maraqli xeberdi

_axmedov_

7 Noyabr 2009 21:59

eladi yerivar
--------------------
26 10 1992

cemin

5 Noyabr 2009 00:10

halal olsun bele yazilar hemiwe olsun
İmam buyurdu: Özünə rəva bildiyini camaata da rəva bil.

mence hami buna riayet elese ela olar

-Jasmin-

4 Noyabr 2009 23:00

ellerin derd gormesin

nepasluwnaya

4 Noyabr 2009 22:56

Allah razi olsun...
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

guiza96

4 Noyabr 2009 22:18

maraqli xeberdir

melissa87

4 Noyabr 2009 20:34

[color=#CC0000][/color]COX SAG OL GOZEL YAZIDI TESHEKKUR

avarashka_411

4 Noyabr 2009 18:05

Cox sagol yazilara gore,ellerin derd gormesin

EHLIKEF

4 Noyabr 2009 17:14

utan

DeadDoll

4 Noyabr 2009 15:22

maraqli idi tewekkurler smile

LARACROFT

4 Noyabr 2009 14:41

Keçmişdə oxuudğuma görə əərblər doğulan qız övladlarını diri-diri basdırırlarmış.Çünki onalrın məntiiqinə görə qız uşaqlarını qorumaq çətindir.Burda da çox gözəl yazılar var.Mütləq oxunmalıdır.Ümumiyyətlə övlad arasında fəq qoyulmamalıdır.Çox təəssüf ki indi qızdısa istəmirik sözünü deyənlər var.

Mövzü üçün çox sağ ol.+5
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Suliko

4 Noyabr 2009 14:32

Maraqla oxudum..tewekkur..coox gozel xeber idi..+5
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

ZDENKO

4 Noyabr 2009 12:24

lazimli xeberdir.
ancaq ovlad arasinda ferq qoyulmamlidir. ovlad ovladdir.
her ikisi eyni candan, qandandir da.
tesekkur edirem.

SALOME

4 Noyabr 2009 11:42


ela yazilib hamisidi oxudum madlob
ne yaxsiki varam))))))

Tena

4 Noyabr 2009 10:44

Hamısı düzgün qeyd edilib,yazı xoşuma gəldi,təşəkkür Ehlikef

Elif_87

4 Noyabr 2009 10:39

Çox sağ ol çox maraqlı məlumat idi...Hamısı həqiqətdir... good

Markiza

4 Noyabr 2009 09:20

İmam Sadiq (ə) buyurur: “Xoş o adamın halına ki, anası iffətlidir”
Bu cumleni deyecekdim gordum xeberin axirinda qeyd etmisen....cox sag ol xebere gore 5+ ..beyenilsin