Loading...
Allaha təslim olmağın gətirdiyi xoşbəxtlik

Allaha təslim olmağın gətirdiyi xoşbəxtlik

Loading...

Allaha təslim olmağın gətirdiyi xoşbəxtlik

Allaha təslim olmağın gətirdiyi xoşbəxtlik

... Allahın əmri, təqdir edilmiş qədərdir. (Əhzab surəsi, 33)

... (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi.Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz. (Bəqərə Surəsi, 216)

İman edənlər Allahın hər şeyi xeyrlə və bir elm üzrə yaratdığını bilərək, hadisələrin taledə yaradılmış olduğunun şüurunda olmaqla idinclik və təslimiyyətdə olarlar. Möminləri digər insanlardan ayıran bu dünyagörüşü "xarici görünüşüylə deyil, gizli xeyr və hikmətləriylə" qiymətləndirmələrini təmin edər. Məsələn batini dünyagörüşündə olan bir mömin, iki adamın qarşılıqlı danışmasını izlərkən onlara müstəqil şəxsiyyət verməz; onları Allahın təcəllisi olaraq qiymətləndirər. Bu nöqtədə əhəmiyyətli bir detal var ki, dərin düşünən mömin bu insanlar danışarkən, meydana gələn hər danışmağı yaradanın Allah olduğunu bilər. İki adam danışır kimi görünsə belə ağızlarından çıxan hər söz qədərlərində Allahın diləməsiylə yazılmış və danışılmışdır. Allah hər şeyi yaradanın Özü olduğunu bir ayəsində belə bildirməkdədir:

Onları siz öldürmədiniz, amma onları Allah öldürdü; atdığın zaman sən atmadın, amma Allah atdı. Möminləri Özündən gözəl bir imtahanla sınamaq üçün (etdi.) Şübhəsiz Allah, eşidəndir, biləndir. (Ənfal Surəsi, 17)

Müsəlman tək mütləq varlığın Allah olduğu səbəbindən Allahın hər yerdə olduğunu düşünər. Baxışlardan, səslərdən eşidilənin Allahın təcəlliləri olduğunu bilər. Bu "GERÇƏYİ" təfəkkür edərək Allaha dərinliyini, yaxınlığını, səmimiyyətini çox artırar. Allahın can verməsiylə yoxdan "VAR" olduğunu bilən möminin həyatında Allahı unutduğu bir an da olmaz. Yaşadığı anı qiymətləndirərkən "Görəsən Allah imtahan verərək nə yaradır? Necə rəftar göstərsəm Allahın razılığına ən uyğun davranış olar?" deyə düşünər. Bu şüur Müsəlmanın Allah rizası üçün saleh əməllər görməsinə vəsilə olar. Allah bir ayəsində, saleh əməllər işləyənləri cənnətiylə mükafatlandıracağını belə bildirir:

(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir",- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar. (Bəqərə Surəsi, 25)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

6 İyun 2013 22:30

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

hecne ebedi deyil

25 İyul 2012 13:15

inwallah hemiwe duz yolla gederik

DonnA

28 İyun 2012 02:13

Allah Razi olsun.gece vaxti yene oxumaq mene yaxsi tesir eledi
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

XZ

20 May 2012 12:56

allah hamimizin komeyi olsun bawqa ne deyim

_Bella_

20 May 2012 10:43

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.
Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!
İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: "Biz Allaha və qiyamət gününə iman gətirdik", -deyirlər.
Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö’minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar.
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

sahil2009

20 May 2012 00:39

SENIN ISMINLE OLUR SENIN ISMINLE DIRILIRIM YA A L L A H .....

gozel xeberdi teshekkurler winked

AzIk_TAzIk

20 May 2012 00:21

Sitat: Tom Riddle
(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir",- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar. (Bəqərə Surəsi, 25)

Eyniylə mən də oxuyanda görmüşdüm ..

ToMa_84

19 May 2012 23:48

Allaha indi təslim olmayan,son anda da olsa ona təslim olacaq,çoxlarının əbədi hesab etdikləri bu dünya əslində bizim o dünyadakı həyatımızın təməlini qoyur

EsiRleR KarVaNi

19 May 2012 22:23

Allah razi olsun

settar

19 May 2012 21:19

super xeberdi

esnad

19 May 2012 20:15

Cooox sagolun

ToM RiDdle

19 May 2012 19:55

(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: "Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir",- deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakılara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qalacaqlar. (Bəqərə Surəsi, 25)
Bunu quranda oxumusdum.Oxuduqcada insan Allahin yolunda getmek isteyir.Bele desek icinden bir sey onu Allah yolunda getmeye mecbur edir...
--------------------
Tural Adrian ♥

Tatli cadi

19 May 2012 19:21

Gozel xeberdi girl_ang

DonnA

19 May 2012 19:09

təşəkkürlər
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

No.Name

19 May 2012 18:01

BURCU55,
AMIN

ALLAH HER BIRIMIZI GORUSUN DUALARIMIZI QEBUL ETSIN AMIN INSALLAH

Sebishko

19 May 2012 17:29

Bu surəni oxumuşdum bir daha oxudum.Təşəkkürlər Allah razı olsun.
--------------------
<3<3<3<3<3

Rosalia✿

19 May 2012 16:57

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

BURCU55

19 May 2012 16:57

allah her kesi qorusun allahima sixiniram rehimli gozel allahim namaz ve dualarimizi qebul et. bizi seytanin pis emelinden qoru REBBIM.AMIN