Fon yüklənir...
Загрузка...

Hicab

Загрузка...
Hicab

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” ( Nur sürəsi 24, ayə 31)
Qadınlar cəmiyyətin böyük əksəriyyətini təşkil etməklə yanaşı, onun formalaşmasında da əhəmiyyətli rol oynayır. Qadın uşaq tərbiyə etdiyi üçün gələcək nəslin düzgün tərbiyəsi məhz ondan asılıdır. Buna görə islam qadını mükəmməl tərbiyə etmək istəyir ki, ondan sonra gələcək nəsil də mükəmməl olsun.
Düzgün geyim və insanın mahiyyəti
İnsanın heyvandan üstün cəhətlərindən biri geyimdir. Həm kişi, həm də qadın üçün geyim tanrının insana bəxşişidir. Çılpaqlıq şeytanın tələsidir. Kişi və qadın arasında fərqlər olduğu kimi ( xasiyyət, bədən quruluşu, daxili aləm və s.) onların geyimləri də bir-birindən fərqlənməlidir.

Hicab

Yaradılışdan yaranan geyim
İnsanın geyimi öz başlanğıcını ilk insanlardan – Adəm və Həvvadan götürür və tarixin müəyyən mərhələlərində dəyişikliyi ilə fərqlənir. Baxmayaraq ki, çılpaqlıq müəyyən tayfalarda norma hesab olunurdu, bu heç də bəşəriyyət tarixinin başlanğıcı hesab olunmur. Örtüyün çıxarılması prosesi qadınların azadlıq hərəkatına - XIX əsrə təsadüf edir. Daha sonralar çadranın atılması islam ölkələrində yayılmağa başladı. Qadınların örüklərini çıxardıqları ilk islam ölkəsi Əfqanıstandır. M.K. Atatürkün dövründə Türkiyədə, Rzaxan Pəhləvinin dövründə İranda qadınlar örtüklərini atdılar.
Qadın örtüyünün fəlsəfəsi
Qadına hörmət: Cəmiyyətdə qadına hörmət,abır-həya simvolu hesab olunur. Örtük qadını ehtiras və şəhvət baxışlarından xilas edir.
Sağlam cəmiyyətin qorunması: Əgər qadın gözəlliklərini lazım olmayan yerdə göstərirsə bu zaman ona qarşı şəhvət hissləri yaranır. Bununla da cəmiyyət mənəviyyatını itirir və ehtirasın hökmranlıq etdiyi heyvanat aləminə çevrilir.
Təhlükəsizlik: Örtüklü qadın rahat şəkildə öz işləri ilə məşğul ola bilər və ətrafdakı təhlükədən də tam sığortalanmış olur.
Dünyagörüşü geyim seçiminin əsasını təşkil edir
Hər bir mədəniyyətin dünyagörüşü geyim seçimində də özünü büruzə verir. İnsanların dünyaya baxışı müxtəlif olduğu kimi geyim tərzləri də fərqlənir. Lakin istənilən halda, dünyəvi dinlərdə kişi və qadın geyimləri əxlaqi normalara uyğun olmalıdır. İnsanın heyvani instinktləri idarə etməsində abırlı geyim mütləqdir. Cəmiyyətin bir üzvü və ya fərd olaraq hər insan özündə mənəvi və intellektual cəhətləri inkişaf etdirməlidir.

Hicab

Dünyəvi dinlərdə qadın örtüyü
Əgər bütün dünyəvi dinləri dərindən öyrənsək, məlum olacaq ki, qadının örtük geyinməsi onların hər birində mütləqdir. İudaizm və Xristianlıqda buna xüsusi əhəmiyyət verilir. Tarixçilər bildirirlər ki, yəhudilərdə nəinki təkcə ənənəvi hicaba riayət olunurdu, hətta çox vaxt iş o yerə qədər gəlib çıxırdı ki, bədənin hər yeri qapanırdı. Xristian dini həmçinin yəhudi şəriətinin qadınların hicabı ilə bağlı hökmlərini qüvvədə saxlayırdı. Xristianlıq qadınlara bütün bəzək əşyalarını da qadağan etmişdi. İslam sonuncu və ən kamil ilahi din kimi geyimi Allahın neməti olaraq görür. Bu din hicabla bağlı tarix boyu müşahidə edilən ifratçılığın qarşısını almaq üçün konkret hökmlərlə hicabın sərhəddini məhdudlaşdırmış və onu düzgün, mötədil, kişi və qadın təbiətinə daha uyğun şəkildə müəyyənləşdirmişdir.
İslamda geyim və abır-həya
Hz.Məhəmməd (S,A,V) buyurmuşdur: “Abır-həya qadının yaraşığıdır”. İmam Sadiq (r.a) isə demişdi: “Naməhrəm tərəfə ədəbsiz baxış şeytanın zəhərli oxudur. Rəhman və Rəhim Allahın adıyla bu cazibədən çəkinən insana Allah əsl inam bəxş edir. “Peyğəmbər (S.A.V) həmçinin buyurub: Qadınlarınızdan ən yaxşısı abır-həyalı və ehtiraslı olanıdır”.
İslamda qadın örtüyü heç də onu cəmiyyətdən təcrid edən və azadlığını alan vasitə deyil. Bu yalnız öz abır-həyanızı qorumaq və cəmiyyətin əxlaqsız olmaması üçündür. Qadınların kişilərin diqqətini çəkən geyim geymələri qadağandır. İslam qaydalarına uyğun şəkildə geyinən qadın müxtəlif işlərdə işləyə bilər, hətta kişilərlə bərabər söz və fikir azadlığına malikdir
Загрузка...

ŞƏRHLƏR

Həyat

11 Yanvar 2013 15:39

Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!

--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

guiza96

11 Noyabr 2009 15:57

tük

Vanessa

17 Oktyabr 2009 13:35

tewekkur LARA bele maragli xeber4un sene +5

music_is_my_world

17 Oktyabr 2009 11:41

tewekkur LARA bele maragli xeber4un sene +5

wekillerde 4ox xowuma geldi hicab gizlara ayri bir gozellik verir

LeMaN403

17 Oktyabr 2009 11:07

Bunlari bilirdim.Yene de tesekkur. hicab taxmaq isteyenler onsuz da onu taxarlar.Bunu qismetle elaqelenirmek hec de duzgun deyil.

Elif_87

17 Oktyabr 2009 09:56

Allah razı olsun çox yaxşı xəbər idi.... Məncədə belə xəbərlər tez-tez qoyulmalıdır....... good

Markiza

17 Oktyabr 2009 01:43

Allah butun ana ve bacilarimiza hicab baglamagi qismet elesin..movzunu axira kimi oxudum..ellerin derd gormesin rose

EHLIKEF

17 Oktyabr 2009 00:48

Menim hicab baglayanlara cox boyuk hormetim var...
LARACROFT xebere gore teshekkur

DictatoR

17 Oktyabr 2009 00:08

Qadin hicabda olmalidir.. Hicabsiz qadin satiliq maldir..

LARACROFT

17 Oktyabr 2009 00:01

Sitat: M_A_R_I_K
qardaw deyil eee qaqaw sef getdi


Deyesen nikimi dəyişməli olacam.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Kafujidota

16 Oktyabr 2009 23:59

Cox gozel xeberdi.Allah razi olsun.Hicabi da Allah hamimiza qismet elesin.Amin!

Ruhsar

16 Oktyabr 2009 23:25

xeber ucun tshkr
bu saytin xanim istifadecilerinden hicab orten varmi?

M_A_R_I_K

16 Oktyabr 2009 22:16

DELI UREK,
qardaw deyil eee qaqaw sef getdi
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

80BAR

16 Oktyabr 2009 20:18

Sozun acigi menim hec vaxt Carsabdan xosum gelmeyib...(hele de gorurem belelerini) Hicab ise ayri mesele O her bir Qadinin bezeyidir..Ilahi..Dogurdan da..Hetta bele deyek de gozel olmayan (CIRKIN QADIN OLMUR) Hicabda COX GOZEL gorsenir...
Eslinde bele bir insanin sohbetleri de COX MARAQLI olur...

Paris

16 Oktyabr 2009 20:18

Sitat: DELI UREK
muellif qardas

Muellif qardaw deyil xanimdir.

DELI UREK

16 Oktyabr 2009 20:16

ellerin yorulmasin aaa muellif qardas cox sagol xebere gore

Paris

16 Oktyabr 2009 20:08

Bu haqda melumatim var Kama oxumuwam, Eslinde bunu her bir qizin oxumaqi vacibdir en azindan bu barede melumatlari olmalidir. Hicab qadinin gozelliyidir. Heqiqeten ALLAH bize en gozel emelleri etmeyimizi buyurub, Hemiwe deyirem exlaq cox vacibdir , ve mwasirlik anlami tamam ayri bir weydir. Insanlarin coxusu exlaqla muasirliyi qariwdirir. Axi exlaqimiz bizim her weyimizdir. Muasir olmaq ise insani ucuruma aparir hansi ki muasirliyin yolunda yolunda yalniz haramdir. Men hetta bir defe bele xeberlerden birinde istifadeci werh yazmiwdirki men gozelliyimi gizlede bilmerem daha o bedbext insan bawa duwmur ki Hicabin ozu gozellik, exlaq demekdir. Ve ALLAH bize en gozel emelleri etmeyi buyurub.

Chox sag ol Kama deyerli gozel xebere gore. ALLAH senden de razi olsun.

DeadDoll

16 Oktyabr 2009 19:46

xebere gore cox sagol yes

guiza96

16 Oktyabr 2009 19:36

allah razi olsun

nepasluwnaya

16 Oktyabr 2009 19:08

diqqetle sonadek oxudum...bilirdim bunlari ama irademe guc gelmekcun her defe tekrar tekrar oxumaga haziram...cox sag ol deyerli xebercun...
caliwin bu movzuda xebeler daha cox olsun saytda...inanin qizlarin aciq saciq(fitneden bawqa bir wey deyildir) wekillerini qoymaqdan daha faydalidi bu xeberler...en azinnan belke bu yolla kimlerese qiyamet xatirladila...
Lara cox sag ol...Allah razi olsun..


Werhim kimlerinse xetrine deydise uzr isteyirem..
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

M_A_R_I_K

16 Oktyabr 2009 19:03

Here ozune gore cavabdehdi....hami bir nefer kimi hicaba burunse haram weylerden uzaq olsa...bawi baqlilarda kolgede qalmaz...unutmuyaq ki biz Muselmaniq!!!Cox saq ol ay Lara croft bezilerini bilirdim bezilerini yox!!!Davamini gozluyurem!menden 5+


İnsanın heyvandan üstün cəhətlərindən biri geyimdir. Həm kişi, həm də qadın üçün geyim tanrının insana bəxşişidir. Çılpaqlıq şeytanın tələsidir. Kişi və qadın arasında fərqlər olduğu kimi ( xasiyyət, bədən quruluşu, daxili aləm və s.) onların geyimləri də bir-birindən fərqlənməlidir. teesuffki ferqlenmir demey olar
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

-Jasmin-

16 Oktyabr 2009 18:57

ZDENKO,
aha hicabdan suyu istifadə edənlər oxusun və bəlkə nəsə anlayarlar onda

ZDENKO

16 Oktyabr 2009 18:53

Allah razi olsun. bu xeberi " saxta hicabdan" istifade edenler oxusun ve ALLAHDAN merhemet istesin.

_Glamour_

16 Oktyabr 2009 18:45

Təşəkkürlər =))))
loading...
Загрузка...