Loading...
Müqəddəs Ramazan Bayramınız Mübarək!

Müqəddəs Ramazan Bayramınız Mübarək!

Loading...
Müqəddəs Ramazan Bayramınız Mübarək!

Aləmlərə rəhmət olan Peyğəmbərimizdən öyrəndiyimiz, “Ey Rəbbimiz, bizə Rəcəb və Şəban ayını mübarək qıl və bizi Ramazana çatdır” duaları ilə yenə yeni bir Ramazan iqliminə doğru irəliləyirik.
Ramazan ayı, “Əvvəli rəhmət, ortası məğfirət və sonu cəhənnəmdən qurtuluşdur.” müjdəsi ilə bütün möminləri sevindirir.
Ramazanda hər birimiz daha da dinimzə bağlanırıq. Ətrafımızda olan insanların daha anlayışlı , daha sakit olmağı bizi çaşdırmır.
Könülərin yumuşalıdığı, rəhmət pəncərələrinin bir-bir açıldığı gecələr, günlər və anlar biri- birini izləyir. Ramazanını hər günü və hər anı rəhmət, məğfirət və salamatlıqdır.

Şükür duyğusu
Nemətlər hər zaman var, imkan hər zaman əlimizdə ola bilər. Amma Ramazan başqa bir fürsətdir. Quran və orucla gələn bərəkət, şükür duyğusunu da ziyadələşdirir.Bir quru çörəklə bu isti günlərdə bir az suyun qiymətini daha yaxşı dərk edirik. “Rəbbim, rəhmətindən göndərdiyin su nemətinə hədsiz şükürlər olsun.” deyir, aclığımızı, əslində şükürdə nə qədər geri qaldığımızı dərk edirik.

* Öyrənməyin yaşı yoxdur
Bu ayda yeni şeylər öyrənirik. Öyrəndiklərimizin mənalarını daha yaxşı anlayırıq. Zehnimizdə, qəlbimizdə yeni- yeni fəqli pəncərələr açılır. Quranla daha çox həmhal oluruq. Oxumağı bacarmırıqsa oxumağı öyrənirik və daha çox oxumağa səy göstəririk.

Yardımlaşmaq zamanı
Zəkat üçün bəlli vaxt yoxdur. Dinə görə zəkat düşən malınızın üstündən bir il keçdikdən sonra zəkat vermək gərəkdir. Amma Ramazanda edilən ibadətlərin birə on, birə yetmiş hətta birə yeddi yüz qat savab gətirdiyini bilən müsəlmanlar, zəkatlarını Ramazanda verir, həm rəhmət xəzinəsindən yararlanmağı, həm də ehtiyacı olan insanları Ramazanda sevindirməyi düşünürlər. Dinə görə zəngin olanların zəkatlarını hesablamaqları, sədəqələri bir kənara ayırmaqları, sədəqeyi-fitrəni ərəfə gününə qədər gecikdirməmiş verməkləri gərəkdir.

Quran ayı
Bizə əyrini və doğrunu ancaq Rəbbimiz göstərə bilər. Allahu Təala belə buyurur: “Ramazan ayı insanlara yol göstərən, doğrunun və doğrunu əyridən ayırmağın açıq dəlilləri olaraq Quranın endirildiyi aydır...” (Bəqərə, 185) “Ey iman edənlər! Oruc sizdən əvvəlki ümmətlərə fərz olunduğu kimi sizə də fərz olunmuşdur. Artıq pisliklərə qarşı özünüzü qoruyarsınız” (Bəqərə, 183) Möminlərə fəzilət və bərəkət qazandıran Ramazan ayında nəfsani arzular deyil, insani dəyərlər önə çıxmalı, günümüz, gecəmiz Quranla keçməlidir.

Niyə ac qalırıq?

İnsan nəfsini tərbiyə edən ən böyük imtahan aclıqdır. Nəfsin acizliyini, gücsüzlüyünü anlayan; bir tikə çörək, bir az su içə bilməsə heç nə edə bilməyəcəyini gördüyü ibadət oruc ibadətidir. Bir mömin ac qalmaq üçün deyil, ruhundakı lətif və başqa gözəllikləri bəsləmək üçün ac qalır. Maddi və mənəvi saysız gözəlliklərin yaşandığı və mükafatların hədsiz olaraq verildiyi bu mənəvi iqlimi çox yaxşı dəyərləndirməliyik.Özümüzə dönərək, qəflət və cəhalətlə içində keçən günlərimizi hesaba çəkməli, xəta və günahlardan təmizlənmək istəyimizi artıraraq özümüzlə hesablaşmalıyıq.

Ramazan rəhmət, bolluq və bərəkət ayıdır. Rəhmət və məğfirətə hər zaman ehtiyacımız var. Əvvəlki Ramazanda nə qədər çox ibadət etməyə səy göstərirdiksə, bu il bir qat daha artıq ibadətə cəhd və səy etməliyik.
Ramazanda edilən xeyir və ibadətlərə qat- qat artıq savab verildiyi üçün adi günlər kimi keçirməməliyik. Bu ayda daha çox zikr, şükür, təfəkkür, ibadət, xeyir və saleh əməllərlə məşğul olmağa çalışmalıyıq.
Sağlamlıq və xoşbəxtliyin sadəcə mədəni doldurmaq olamdığını öyrədən, ruhu yüksəldən, sevinc və ümidlə qarşılanan günlər gəlir. Ramazan, bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Dəyəri getdikcə daha yaxşı aydın olan oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır. Həyatın içinə başqa bir həyat yaşadan, mələkləri insanlara qiptə etdirən, qəzəb və xudbinliyin qarşısını alan müqəddəs gün və gecələr gəlir.
Qurani Kərimin vəhy edilməyə başlandığı və min aydan daha xeyirli Qədr gecəsinin olduğu bir ay Ramazan gəlir.
İstifadə edə bilənlər üçün mühüm bir fürsət və rəhmətə çatmağın yolu bu aydadır.
Qulluğun mənasını bütünlüklə öyrədən və duyğuları ucaldan Ramazan, hər evə ayrı bir sevinc gətirir.
Kasıbın, darda qalanın, qəribin həsrətlə gözlədiyi yardımlaşmaq mövsümü Ramazan gəlir. Sadəcə məscidləri deyil, küçə və meydanlarda birlikdə təkbirlərlə səcdə etməyin, yenidən qardaşlaşmağın mövsümü Ramazan gəlir...
Günün erkən vaxtlarında, nura qaçan, ümidlə coşan, birlik və bərabərlik göstərən İlahi Bayram günləri gəlir...Müqəddəs günlər gəlir...
Bayramlarda milyonları bir yerə gətirən, örnəkləşən Rəbbani günlər gəlir....Hər birimizə xeyirli olsun İnşallah bu Ramazan! On bir ayın sultanı Ramazan ayınız indidən Mübarək olsun!

Müqəddəs Ramazan Bayramınız Mübarək!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

nb_106

22 Sentyabr 2009 12:18

TWK BAYRAMINIZ MUBAREK

NuniW

20 Sentyabr 2009 22:10

MILLET BAYRAMINIZ MUBAREEEEK.

Ronnie_7

20 Sentyabr 2009 20:45

Bidə Hamının Bayrami Mubarək
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Qreqor Zamza

20 Sentyabr 2009 20:18

ALLAH HƏR KƏSİN ORUCUNU QƏBUL EYLƏSİN!MÜQƏDDƏS RAMAZAN BAYRAMINIZ MÜBARƏK!
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

gozel207

20 Sentyabr 2009 20:05

HƏR KƏSİN RAMAZAN BAYRAMINI TƏBRİK EDİRƏM.
BÜTÜN DUALARINIZ VƏ TUTDUĞUNUZ ORUCLAR QƏBUL OLSUN,İNŞALLAH.

Dj KaMiL

20 Sentyabr 2009 19:34

Allah oruc tutan hərkəsin orucunu qəbul eyləsin inşallah!

Bayramınız mübarək!!!

shokoladka

20 Sentyabr 2009 19:27

men de burda deyilen butun tebriklere qoshuluram

_Realist_

20 Sentyabr 2009 18:50

Tesekkurker,Her kesin bayramini tebrik edirem.Allah ozu yardimisiz,yoxsul, kimsesiz insanlara komek olsun!

Daniel Defo

20 Sentyabr 2009 18:05

Butun Joy.az-lilarin bayramini tebrik edirem

J_LADY

20 Sentyabr 2009 18:05

Mən də cəmi müsəlmanların müqəddəs bayramını təbrik edirəm!Allah niyyətlərimizi qəbul eləsin!Amin!
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

Aze_girl

20 Sentyabr 2009 17:28

Mende her birinizin bayramini tebrik edirem.Inshallah tutdugumuz oruclar qebul olar.

Deviant

20 Sentyabr 2009 15:35

Ramazan bayraminiz mubarek!

sona babayeva

20 Sentyabr 2009 15:11

ALLAH razi olsun...ALLAH butun muselman aleminin ibadetlerini qebul etsin, arzulari yerine yetsin....ama cooox heyfslenrem, bu ayin bele tez bitmesine..kaw ele butun il Ramazan ayi olardi....insalar bir-birileri il mehriban olardilar..inwALLAH bundan sonra da her wey ureyimizce olar...AMIN..bir daha ALLAH oruc, namazlarinizi qebul etsin..AMIN..

Pro-LiFe

20 Sentyabr 2009 14:55

hamini tebrik edirem

LARACROFT

20 Sentyabr 2009 14:49

Ramazan bayramınız mübarək!ALLAH namaz qılanların namazını,oruc tutanların orucunu və hamımızın daularını qəbul etsin.ALLAH xəstələrə şəfa,evlərimizə ruzi-bərəkət versin.İNŞALLAH!

Bütün joy.azlıları da təbrik edirəm.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Paris

20 Sentyabr 2009 14:20

Ramazan bayramimiz mubarek. Bayram namazimi qildim ve butun Bayram namazini qilanlara umumiyyetle oruc tutub namaz qilan baci qardawlarimin bayrami muberek olsun. ALLAH bu mubarek ayin mubarek gununde bizim gunahlarimizi efv edib bizi cehennem ezabindan qorusun ve bizi cennet ehlinden qerar versin İNŞALLAH.


Sitat: Markiza
joy-da mene yaxin olan Royani xususile tebrik edirem..

Gülü cox sag ol ALLAH seninde namazivi ve orucuvu daularivi qebul elesen İNŞALLAH. Öpürem seni loveis .

Hasanzade xebere gore cox sag ol qaqaş laughing

ZLoY_PaReN

20 Sentyabr 2009 14:06

Tessekurler

Rammstein-

20 Sentyabr 2009 13:32

Bayraminiz Mubarek!!

Ruhsar

20 Sentyabr 2009 13:31

haminizi tebrik edirem

Nahid-19

20 Sentyabr 2009 12:44

butun muselmanlarin Raamazan bayrami mubarek olsun ALLAH butun oruc tutanlarin orucunu qebul etsin....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Afrodita

20 Sentyabr 2009 12:24

Ramazan Bayraminiz Mubarek!Hamini tebrik edirem!

Amore_Latino

20 Sentyabr 2009 12:20

RAMAZAN BAYRAMINIZ MUBAREK

Markiza

20 Sentyabr 2009 12:15

Qoy tanri onun yolunda soylediyiniz dualiri ve etdiyiniz emelleri qebul etsin.Allaha olan inaminizin mohkemlenmesini arzulayiram.
joy-da mene yaxin olan Royani xususile tebrik edirem..
R_A_M_A_Z_A_N _______ B_A_Y_R_A_M_I_N_I_Z ______ M_U_B_A_R_E_K

rzayeva_faust

20 Sentyabr 2009 12:11

muselmanlarin bu gozel bayrami munasibetile hamini urekden tebrik eidrem. ALLAH oruc namazlarinizi qebul etsin.

Vamp

20 Sentyabr 2009 12:07

Hər birinizin Ramazan bayramını təbrik edirəm
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

m_nel_r

20 Sentyabr 2009 11:28

Haminin Muqeddes Ramazan bayrami mubarek olsun.Butun tutulan oruclariniz qebul olsun

DREAMY_GIRL

20 Sentyabr 2009 11:12

butun joy az in bayramin tebrik edirem hemise xosbextlik icinde keciresiz bayraminizi

Ronnie_7

20 Sentyabr 2009 10:47

Müqəddəs Ramazan Bayramınız Mübarək!

Allah Razi Olsun Miti.
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

calypso

20 Sentyabr 2009 10:16

ALLAH HAMININ ORUC NAMAZINI QEBUL ETSIN

Sara

20 Sentyabr 2009 10:15

Bayraminiz mubarek...Butun arzu ve niyyetlerinizi Allah qebul etsin.... smile