Fon yüklənir...
Загрузка...

Allah Orucunuzu Qəbul Etsin

Загрузка...
Allah Orucunuzu Q601;bul Etsin


Həmd olsun aləmlərin Rəbbi olan Uca Allaha, şükürlər olsun Ona bizə Ramazan kimi mübarək və bərəkətli ay nəsib edib. Salat və salam olsun Onun Rəsulu Muhəmmədə, həmçinin Rəsulullahın ailəsinə, yaxınlarına və səhabələrinə.

Hörmətli müsəlmanlar, bildiyimiz kimi Allahu Təala bizə Ramazan ayında oruc tutmağı əmr edib, bu ilahi əmri yerinə yetirmək üçün isə, oruc haqqında lazım olan əsas məlumatları bilməliyik. Oruc tutan adam orucun hökmünü, orucun necə tutulmasını, orucun vaxtını, orucu pozan şeyləri və sair kimi zəruri olan şərtləri bilməlidir ki, oruc tutarkən səhvə yol verməsin və Allahu Təala da ondan orucunu qəbul etsin. Bu məqsədlə sizə, orucla bağlı bəzi əsas şərtləri çatdırmaq istəyirik.


Orucun hökmü

Əvvəla oruc nə deməkdir? Oruc - niyyət edib dan yeri söküləndən gün batanadək (yemək-içmək, cinsi əlaqə və başqa bu kimi) orucu pozan şeylərdən özünü saxlamaq deməkdir. Ramazan ayındə oruc tutmaq Allahu Təalanın əmridir və bu hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.» (əl-Bəqərə, 2:183)

Oruc tutmağa qadir olan hər bir həddi buluğa çatmış, ağlı başında olan müsəlman kişi və qadın Ramazan ayının orucunu tutmalıdır. Lakin bəzi istisna hallar var ki, bu hallarda oruc tutmaq vacib sayılmır. Məsələn, xəstə və müsafir (qonaq) olanlar, başqa günlərdə tutmadıqları günlərin sayı qədər oruc tutmalıdırlar. Uca Allah buyurur:
«Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda (oruc tutmalıdır). Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir.» (əl-Bəqərə, 2:185)


Oruc tutmağa necə niyyət edək

Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən niyyət etmək kifayətdir. O ki qaldı niyyət etməyə, qeyd etmək lazımdır ki, niyyətin yeri qəlbdir, bunu tələffüz etmək zəruri deyil. Ramazan ayında üzrlü səbəbdən orucu pozan kəs üzr aradan qalxdıqdan sonra oruc tutmaq üçün yenidən niyyət etməlidir. Ramazan ayının hər günü üçün ayrıca niyyət etmək şərt deyil, Ramazan ayını oruc tutmaq üçün ay girməmişdən olunan niyyət kifayətdir.


Oruc tutmaq üçün sübh tezdən yemək. (Səhur)

Səhur, yə'ni sübh tezdən müəyyən olunmuş vaxtda, sabah namazı girməmişdən yeyilir. Əlbəttə, sübh tezdən qalxıb yemək vacib deyil, amma bunu etmək müstəhəbdır və Peyğəmbərimiz (s.a.s)-in sünnətinə uyğundur. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: "Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var." (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).


İftar

Oruc açmaq yəni iftar, gün batdıqdan sonra edilir. Uca Allah buyurur:
«Sonra gecəyə qədər (gün batana kimi) orucunuzu tamamlayın.» (əl-Bəqərə, 2:187). İftarı gün batdıqdan dərhal sonra etmək daha əfzəldir. Çünki Peyğəmbər səllallahu aleyhi və səlləm hədislərin birində iftarını ilk vaxtlarda açan bəndəni belə müjdələmişdir: «İnsanlar iftarı əvvəl vaxtında, səhuru isə axır vaxtında yeməklə xeyrə nail olarlar.» (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir)

Orucun ərkanları

Fəcrin (sübhün) azanından gün batana qədər qadağan olunmuş şeylərdən çəkinmək;

Oruc tutmaq üçün niyyət, fəcrin əzanından əvvəl olmalıdır.


Orucun fəziləti

Peyğəmbər (s.a.s) demişdir: «Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər ...» (əl-Buxarı, 1896).
«Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır» (əl-Buxarı, 1901).


Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir

Peyğəmbər (s.a.s) demişdir: «Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: "Mən oruc tutmuşam" desin» (əl-Buxarı, 1894).
Peyğəmbər (s.a.s) deyib: «Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur». (əl-Buxari, 1903).


Orucu pozan şeylər

Heyz və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa); Gündüz vaxtı cinsi əlaqəyə girmək; Qəsdən qusmaq; Gün batmamış oruc tutmaq niyyətindən dönmək; İslamdan çıxmaq; Yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq yeyər və yaxud içərsə, onun orucu pozulmur); Siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq; Bilərəkdən məni (sperma) ixrac etmək.


Orucu pozmayan şeylər

Ətir vurmaq; çimmək; iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa); göz damcılarından istifadə etmək; suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq; dili ilə yeməyin dadını öyrənmək; sürmə vurmaq; tüpürcəyi udmaq (bəlğəmdən başqa); həyat yoldaşını öpmək (cinsi əlaqəyə girməmək şərti ilə).
Ramazan ayında gecə vaxtı yemək-içmək, həyat yoldaşı ilə cinsi əlaqəyə girmək olar.


Qədr gecəsi

Ramazan ayının axır on gününün tək günlərinə təsadüf edilir.
1. Həqiqətən, Biz onu (Qur’anı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik!
2. (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?!
3. Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir!
4. O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər.
5. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. (əl-Qədr surəsi)
Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!


Hər bir müsəlman Ramazanın axırında fitrə-zəkat verməlidir

Fitrə-zəkatın miqdarı təxminən 2,5 kq yeyinti məhsulu olur. (Məsələn: xurma, düyü, un, pendir, kişmiş, arpa, buğda və s.).


Bayram namazı

Orucluğun qurtarmasından sonra, səhəri gün bayram namazı qılınır.
Oruc tutanın, iftarını açarkən etdiyi dualardan:
«Zəhəbə-z-zəmə'u vabtəlləti-l-uruq va səbətə-l-əcr inşə allah» (Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Allah istəsə mükafatı sübuta yetər).
«Allahümmə inni əs'əlukə birəhmətikə-l-ləti vasiat küllə şeyin ən təğfira li» (Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Bakı şəhəri üçün Ramazan ayında


namaz və iftar cədvəli


2009 - cu il avqustun 21 - də niyyət axşamıdır.

Hicri 1430 Ramazan
Miladi 2009
Sübh namazı

Gün çıxır

Zöhr namazı
Əsr namazı
Axşam namazı
İftar vaxtı
İşa namazı
1.
22. Avqust
05:42
06:58
13:47
18:30
20:43
22:08
2.
23.
05:44
06:59
13:47
18:29
20:42
22:06
3.
24.
05:45
06:59
13:47
18:28
20:40
22:05
4.
25.
05:46
07:00
13:46
18:27
20:39
22:03
5.
26.
05:47
07:01
13:46
18:26
20:37
22:01
6.
27.
05:49
07:02
13:46
18:25
20:36
21:59
7.
28.
05:50
07:03
13:45
18:24
20:34
21:57
8.
29.
05:51
07:04
13:45
18:22
20:32
21:55
9.
30.
05:52
07:05
13:45
18:21
20:31
21:53
10.
31.
05:53
07:06
13:45
18:20
20:29
21:51
11.
1.Sentyabr
05:54
07:07
13:44
18:19
20:28
21:49
12.
2.
05:56
07:08
13:44
18:18
20:26
21:47
13.
3.
05:57
07:09
13:44
18:16
20:24
21:46
14.
4.
05:58
07:10
13:43
18:15
20:23
21:44
15.
5.
05:59
07:11
13:43
18:14
20:21
21:42
16.
6.
06:00
07:12
13:43
18:13
20:19
21:40
17.
7.
06:01
07:13
13:42
18:11
20:18
21:38
18. Qədr (Əhya)
8.
06:03
07:14
13:42
18:10
20:16
21:36
19.
9.
06:04
07:15
13:42
18:09
20:14
21:34
20. Qədr (Əhya)
10.
06:05
07:16
13:41
18:07
20:13
21:32
21.
11.
06:06
07:17
13:41
18:06
20:11
21:30
22. Qədr (Əhya)
12.
06:07
07:18
13:41
18:05
20:09
21:29
23.
13.
06:08
07:19
13:40
18:03
20:08
21:27
24.
14.
06:09
07:20
13:40
18:02
20:06
21:25
25.
15.
06:10
07:21
13:39
18:01
20:04
21:23
26. Qədr (Əhya)
16.
06:12
07:23
13:40
18:00
20:04
21:22
27.
17.
06:12
07:23
13:39
17:58
20:01
21:19
28.
18.
06:13
07:24
13:38
17:57
19:59
21:17
29.
19.
06:14
07:25
13:38
17:55
19:58
21:15
30.
20.
6:16
7:25
13:38
17:54
19:56
21:14

Загрузка...

ŞƏRHLƏR

Night Wolf

22 İyul 2013 01:38

Allah her kesin orucunu qebul etsin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

PeTTy

5 İyul 2013 02:06

Oruc haqqında her şeyi bilirem ve Ramazan giren kimi bacardığım qeder tutacam İnşAllah.

_By KaMRaN_

27 Avqust 2009 15:24

ALLAH tutdugumuz orucu.qildigimiz namazi ve etdiyimiz dualari qebul etsin......AMIN.
BIR 5+DA MENNEN

am

DENTiS

23 Avqust 2009 22:17

Qurban oldugum Ramazan ayinin geli$i ile havani nece Serin etdiSe.helemki cetinlik cekmirem.

A_D_R_I_A_N_A

23 Avqust 2009 20:44

ALLAH BUTUN ORUC TUTANLARIN ORUCUNU QEBUL ETSIN!!!! AMIN!!

Sago

23 Avqust 2009 05:14

Allah Orucunuzu Qəbul Etsin.!
Kamil,sənnən də Allah razı olsun.
--------------------
İçimdə şefini kaybedən orkestranın hüznü var..Dışımda Çarli Çaplin gülüşü..

Anxila

23 Avqust 2009 00:57

Allah hər kəsin oruclarını,dualarını qəbul etsin,ona açılan əlləri geri çevirməsin inşallah.Ramzan ayınız mübarək

QARACUXURLU XAKKER

22 Avqust 2009 19:58

ALLAH HAMIMIZIN ORUCUNU QEBUL ETSIN AMIN!

LARACROFT

22 Avqust 2009 18:43

Allah bütün oruc tutanların oruclarını,dualarını qəbul etsin.

Allah səndən də razı olsun Kamil.Çox maraqlı məlumatlar idi.Düzdü bunları bilirdim.Yenidən oxudum və təkrarlamış oldum.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

marmeladka

22 Avqust 2009 14:21

ALLAH HER KESIN ORUCUN QEBUL ETSIN...

aleksandr

22 Avqust 2009 13:16

allah butun oruc tutanlarin orucunu gebul etsin

Rammstein-

22 Avqust 2009 12:59

Allah haminin gozel niyyetlerini qebul etsin...Amin!!

_SHiRiNe_

22 Avqust 2009 12:41

Allah butun oruclari,namazlari qebul etsin
en gozel bayramdi

DREAMY_GIRL

22 Avqust 2009 12:41

ALLAH ORUC TUTANLARIN ORUCUN QEBUL ETSIN

Ronaldo_54

22 Avqust 2009 11:52

Allah butun oruc tutanlarin orucunu qebul elesin Amin

KeNaN T.T.

22 Avqust 2009 01:33

Allah Orucunuzu Qəbul Etsin

Lady_Nejnost

21 Avqust 2009 23:04

Allah butun oruc tutanlarin orucunu qebul etsin. Amin!

DENTiS

21 Avqust 2009 22:33

ALLAH BÜTÜN ORUC TUTANLARIN ORUCUN QƏBUL ETSİN...

Xəyalpərəst

21 Avqust 2009 22:10

Birdəki onu demək istəyirəm ki, Duş qəbul etmək orucu pozmur, başınıza su dəyməməsi şərti ilə..

Vanessa

21 Avqust 2009 22:05

ALLAH HAMIMIZIN ORUCUNU QEBUL ETSIN. AMIN!

nepasluwnaya

21 Avqust 2009 20:56

Salam....INWALLAH bu axwam niyyet axwamidir..sabahsa inwallah Ramazan ayi bawlayir....ALLAH her birimizin ve ailemizin orucunu,namaz ve dualarini qebul etsin...AMIN..
bu mubarek ay munasibetiyle her birinizi tebrik edirem....INWALLAH ALLAH her birimize sebr ve irade versinki bu ayi layiqince bawa vura bilek....helelik NAMAZ QILIB ,ORUC TUTMAYAN her birinize tezlikle imanli biri olmanizi arzu edirem....
ALLAH IBADETIMIZI QEBUL ETSIN.....AMIN..
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

politik

21 Avqust 2009 20:37

ALLAH HAMIMIZIN ORUCUNU QEBUL ETSIN. AMIN!

Sitat: Muharibe Jurnalisti


«Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır» (əl-Buxarı, 1901).

sona babayeva

21 Avqust 2009 18:19

[b]Butun muselmanlari Ramazan ayinin girmesi munasibetile tebrik edirem, bu ayda en azindan pis emellerden cekinek,ALLAH butun oruc tutan, namaz qilanlarin oruclarin, namazlarin, dualarin qebul etsin, AMIN... [/b
]

bu arada Turkiyede bugunden bawlanir Ramazan ayi,dunen ki, gece niyyet gecesi idi, bugunden bawlandi,amma bizde nese ferqli goturulur, ele mende sabahdan inwALLAH BAWLAYACAM. bir daha ALLAH her kesin duasin, orucun, qebul elesin, ALLAH komeyimiz olsun,AMIN

cemin

21 Avqust 2009 16:59

SALAM IKL NOVBEDE HAMIMIZIN BAYRAMI MUBAREK.ALLAH BUTUN SEMIMI QELBDEN TUTULAN ORUCLARI QILINAN NAMAZLARI QEBUL ELESIN INSHALLAH.

ALLAH RAZI OLSUN COX SAG OL YAZDIGIN BUTUN DEYERLI SOZLERE GORE

rzayeva_faust

21 Avqust 2009 15:00

etrafli melumata gore teshekkurler. ALLAH orucunuzu qebul etsin.

Muharibe Jurnalisti

21 Avqust 2009 10:59

«Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır» (əl-Buxarı, 1901).

Kukuwka

21 Avqust 2009 10:49

Allah haminin orucunu qebul etsin

Tena

21 Avqust 2009 10:09

Allah hamimizin orucunu qebul etsin,Amin

Gunay___93

21 Avqust 2009 00:19

Allah haminin orucunu qebul etsin.Amin!

ZDENKO

20 Avqust 2009 23:47

Allah her kesin orucunu qebul etsin!
loading...
Загрузка...