Loading...
Qərbli mütəfəkkirlər Qurani-kərim üçün nə söylədilər?

Qərbli mütəfəkkirlər Qurani-kərim üçün nə söylədilər?

Loading...

 

Qərbli mütəfəkkirlər Qurani Kərim üçün nə söylədilər?

Qərbli mütəfəkkirlər Qurani Kərim üçün nə söylədilər?

Dr. Johnson

Quran şeirdirmi? Deyil. Lakin onun şeir olub olmadığını ayırd etmək çətindir. Quran, şeirdən daha yüksək bir şeydir. Bununla birlikdə Quran nə tarixdir, nə də İsanın (as) dağda söylədiyi öyüd və nəsihət kimi bir mənzum əsər deyil.
Hətta Quran, nə məntiq kitabı, nə də Əflatunun hər kəsə yaydığı nəsihətlər kimidir.
Bu, bir Peyğəmbərin səsidir. Elə bir səs ki, ONU, bütün dünya dinləyə bilər. Bu səsin əksinə, saraylarda, çöllərdə, şəhərlərdə, dövlətlər də zingildəyər.

Rodwell (keşiş)
Quran, Ərəbistanın sadə bədəvilərini elə bir dəyişikliyə uğratmışdır ki, bunların sanki məşhur olduqlarını zənn edərsiniz. Quran bütpərəstliyi məhv edərək; Allahın (cc) vəhdəniyyət əqidəsini təsis edib; cinlərə, pərilərə, daşlara ibadəti qaldırıb; uşaqları diri-diri basdırmaq kimi vəhşi adətləri aradan qaldırmaqla; xurafatları və çox evliliyi qaldırmaqla, bütün Ərəblərə İlahi lütf və nemət olmuşdur.
Quran bütün kainatı yaradan, gizli və açıq hər şeyi bilən Qədri Mütləq sifətiylə qüdrət və əzəmət sahibi Allahı (cc) təsdiq edib ucaltdığından, hər tərifə layiqdir. Quranın ifadəsi yığcam olmaqla bərabər, ən dərin həqiqəti, ən qüvvətli və mühüm hikməti bildirən sözlər ilə söyləmişdir. Quranın əsaslarıyladır ki, Füsdat, Bağdad, Delhi, bütün Xristian Avropanı titrədən bir əzəmət ucaldıblar.

Corselle
Quran tərcüməsi etmişdir. Quran Ərəb dilinin ən mükəmməl və çox möhkəm bir əsəridir. Bir insan qələmi, bu möcüzəvi əsəri yaza bilməz. Quran, şəxsiylə daimi bir möcüzədir; həm elə bir möcüzə ki, ölüləri diriltməkdən daha yüksəkdir.
Bu müqəddəs kitabın da özü, qaynağının səmavi olduğunu isbat edir. Ərəbistanın çılpaq və sonsuz çöllərini işıqlandıran, şair və natiqlərə meydan oxuyan Quran, bir ayəsinə bir bənzər istəmiş; heç kim buna qarşı çıxa bilməmişdi.

Marmaduke Pickthall (İngilis yazıçı)
Quranın təlqin və Hz. Məhəmmədin (asm) təbliğ etdiyi əsaslardan mükəmməl bir "əxlaq hüququ" kitabı çıxar. Quran əsaslarının müxtəlif məmləkətlərdə insanlığa etdiyi yaxşılığı və Allaha (cc) yaxınlaşmaq istəyən insanları Allaha (cc) bağladığını inkar etmək mümkün deyil.
Yaradıcının hüququyla yaradılanın hüququnu ən mükəmməl surətdə, ancaq Quran təsvir etmişdir. Bunu tək Müsəlmanlar deyil, Xristianlar da, Yəhudilər də etiraf edirlər.

Goethe (Alman ədəbiyyatçısı)
Əlimizə hər alanda... Qısa bir müddət içində bizi cəzb edən, heyrətlər içində buraxan və ən sonunda qarşısında əyiləcək qədər heyran buraxan bir əsərdir... Quranın üslubu, məzmununa və məqsədinə uyğun olaraq çox qüvvətli, uca və möhtəşəmdir... Bu kitab bütün əsrlər boyunca ən təsirli kitab olaraq qalacaq.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

3 Aprel 2013 16:20

Müselman olmayanlardan bele söz eşitmek çox gözeldi,göresen sonram müselman olublar?

♣YoL_Cu♣

3 Fevral 2013 16:53

inanmaq var inanmaq var da tekamul enzeriyyesini axiracan muzakire eliye bilirlerse,eksik inancdir bu

---------------------

Mən bir gizli xəzinə idim,istədim ki,Tanınam,bəs insanları yaratdım ki,Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

senmenimsen

18 Dekabr 2011 17:43

maraqli xeberdi
--------------------

Tatli cadi

17 Dekabr 2011 23:29

Gozel xeberdi.

nur_ay_kam

17 Dekabr 2011 20:49

bu alimler Quran haqda daniwdiqlari ucun gorsen muselman olublar ya yox??
--------------------
bazı düşünceler yazılmaz sadece düşünürülür

Cecika

17 Dekabr 2011 19:59

hamsinin fikiri maraqlidi

settar

17 Dekabr 2011 19:53

super xeberdi

Mr_RoCCo

17 Dekabr 2011 19:45

Əlimizə hər alanda... Qısa bir müddət içində bizi cəzb edən, heyrətlər içində buraxan və ən sonunda qarşısında əyiləcək qədər heyran buraxan bir əsərdir...

Belə sözləri müsaəlman olmayan birilərinin söyləməsi çox gözəldi
--------------------
FaceBook
Instagram - ageelvevo

prenses_aska

17 Dekabr 2011 19:28

maraqlidi twk

DEL PYERO

17 Dekabr 2011 18:40

cox maraqll xeberdi.yazllanlarla razllasmamaq olmur.

Cheburawka

17 Dekabr 2011 16:32

Əlimizə hər alanda... Qısa bir müddət içində bizi cəzb edən, heyrətlər içində buraxan və ən sonunda qarşısında əyiləcək qədər heyran buraxan bir əsərdir..

Hamısının fikirlərini oxudum. Gözəl sözlər deyiblər ..
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

pitbull1998

17 Dekabr 2011 16:22

ne
bunlar kimdi ki Quran haqqinda fikir bildirirler
--------------------

Səni Sevirəm