
Qurban Bayramı
- 06 Noyabr, 2011
- 6 546 Baxış
Qurban, Rəsulu-Əkrəmin (sallallahu əleyhi və səlləm) çox əhəmiyyət verdiyi bir ibadətdir. Qurban Bayramı bir tərəfdən yoxsullara kömək baxımından qiymətləndirilməli, digər tərəfdən də mübarək və əhəmiyyətli ibadət kimi qəbul edilməli və imkanı yetən hər kəs də onu icra etməlidir.
Qur'anda da ifadə edildiyi kimi, kəsilən qurbanlarda hədəf, ixlas, təqva və Allaha daha da yaxınlaşmaq olmalıdır. Bu məqsəd və məram olmadıqdan sonra, kəsilib paylanan qurban paylarının Allah qatında bir dəyəri yoxdur. Çünki Allahın, insanın etdiyi heç bir ibadətə ehtiyacı olmadığı kimi, kəsəcəyi qurbana da ehtiyacı yoxdur. Onun qatında məqbul olan şey, insanın ixlas və səmimiyyətidir. Bunun üçün bu ibadət vəzifəmizi də icra edərkən Allahın məmnuniyyətini qazanmağı hədəfləməli və kəsdiyimiz qurbanla, yeri gəldiyində ən qiymətli varlıqlarımızı da Onun yolunda fəda edə biləcəyimizi göstərməliyik. Allahu-Təala bu mübarək Qurban Bayramını xeyirli işlərinizin başlanğıcı olaraq qəbul etsin. Joy.az kollektivi olaraq, bayramınızı təbrik edir, kəsilən qurbanlarınızın xeyirli və bərəkətli olmasını diləyirik...