Loading...

Dünyanın 5 ən müqəddəs şəhəri
Din
- 09 Oktyabr, 2011
- 8 183 Baxış
Loading...

Yerusəlim - dünyanın ənqədim şəhərlərindən biri. İudaizm, xristian və islam dinlərində böyük əhəmiyyətli bir şəhər kimi təqdim olunan məkan. Bu şəhərdə hər üç dinin ibadətgahları kifayət qədərdir. Yüzlərlə kilsə, sineqoq və məscidlərə şəhərin hər yerində rast gəlmək mümkündür.

İslam dünyasının ən müqəddəs şəhəri sayılan Məkkə, ən böyük məscid olan Əl Məscid Əl Həram və müqəddəs Kəbə. Məhəmməd peyğınbərin anadan olduğu şəhər. Bura hər il milyonlarla müsəlman Həcc ziyarətinə axışır. Səudiyyə Ərəbistan qanunlarına görə qeyri müsəlmanlarsa bura ümumiyyətcə buraxılmır.

Vatikan - Roma Papası tərəfindən idarə olunan katoliklər şəhəri. Bura dünyanın hər yerindən gələn turistlər elə şəhərdə dini simvolları və şəkilləri hər küçədə görə bilərlər. Vatikanın Pyotr meydanı isə dini yığıncaqların keçirilməsi üçün xüsusi məkandır. Vatikan Papanın başçılığı ilə katolizmi bütün dünyaya yaymaq missiyasını məqsəd qoyaraq inkişaf etdirir.

Varanası - Qanq çayının sahillərində yerləşən, Hindlilərın müqəddəs şəhəri. Bu şəhərin Qanq çayı sahilində yerləşməsi onun dini inanclarını daha da möhkəımləndiri. Belə ki, Qanq çayı ilə bağlı çoxlu sayda dini əhvalatlar var. Milyonlarla insan bu çayın suyundan müqəddəs su kimi istifadə edir, suya girib yuyunmaqla genahlarının da yuyulub getməsini dua edir.

Botsqaya - Buddizm dininin ana şəhəri. Rəvayətə görə Botxi ağacının altında qalan Siddxartxa Qautama müqəddəs olub Buddaya dönüşüb. Buddizm inancına əsasən Botxi ağacı yalnız insanlar arasında Budda olanda bitir. O insan doğulanda o ağac da torpaqdan əsasını götürməyə başlayır.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...