Loading...
Oruc tutmağın faydaları nələrdir?

Oruc tutmağın faydaları nələrdir?

Loading...
Oruc tutmağın faydaları nələrdir?

Oruc tutmağın faydaları nələrdir?

Orucun insanlar üçün çox sayda faydası var. Çünki Allahu Təala heç bir şeyi boş yerə əmr etməz. Fərz etdiyi oruc üçün də mütləq faydaları var.
İndi bu faydalardan bir neçəsini yazaq:

Oruc iradəni qüvvətləndirər. İnsana cəhd etmək səyini və səbri öyrədər.

Oruc insana nizam və intizam öyrədərək müəyyən bir vaxta qədər yeməmək və çəkməmək vərdişini qazandırar.

Oruc nəfslə edilən bir cihaddır. Nəfsi, əlaqədar olduğu dünya ilə günahlarından qurtarar, nəfsi arzuları qırar, yemək və içkilərdə nəfsi bir idarə mexanizmi altına alar.

Oruc, insandakı mərhəmət və qardaşlıq əlaqələrini inkişaf etdirir. Müsəlmanları bir-birinə yaxınlaşdıran bir ictimai və həmrəylik təşkilatı kimi olar.

Oruclu haldaykən aclıq və susuzluq hissi başqalarına yaxşılıq etməyə sövq edər.

Oruc, böyük bir əxlaq təhsili verir.

Oruc, eqoist arzulara və şeytanın vəsvəsələrinə qarşı böyük bir qüvvətdir.

Orucla insan məhrum olduğu şeylərə və qarşılaşacağı çətinliklərə qarşı bir təhsil vərdişini qazanar.

Oruc, böyük bir hərb təhsili də verər. Çünki döyüşdə istənilən zaman yemək-içmək mümkün deyil. Bəzən uzun müddət ac və susuz qalmaq olar. Bu səbəblə oruclu insan "ac və susuz qalmağa öyrəşərəm" deyərək bədəninə güc və müqavimət qazandırır.

Oruc, bədənlərin səhhət qaynağıdır. Kainatda işləyən hər şeyin bəzən istirahət etməyə ehtiyac var. Onun üçün on bir ay dayanmadan işləyən bədənin, mədə, bağırsaqlar və digər orqanların əlbəttə istirahət etməyə ehtiyacı vardır. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:
"Oruc tutun ki, sağlam olasınız"

Orucun daha bir çox hikmət və faydaları var.
Qısaca yekunlaşdırsaq;

-Oruc, Allahın verdiyi nemətlərə şükr etmək, Allahın əzabından qorunmaq, qiyamət gününü və cəhənnəm əzabının şiddət, əziyyət və qorxusunu xatırlatmaq vəzifəsidir.

-Oruc, şəfqət və mərhəmət duyğularını inkişaf etdirir.

-Oruc, möminlər arasında varlı-kasıb mübarizəsini azaldır.

-Oruc, Allaha və islam dininə bağlılığın səmimi olub olmadığını, ölçməyi təmin edir.

-Oruc, möminlərə Allahın rəhmət və mərifətini qazandırır, dünya və axirət xoşbəxtliyini təmin edir və oruclulara bərəkət verir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

22 İyul 2013 01:39

oruc tutmagin faydsi coxdur

faydasi coxdur
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

SweeT DReaMS

2 Sentyabr 2011 16:51

maraqli idi tesekkurler

NellY

18 Avqust 2011 23:33

Sitat: LARACROFT
ALLAH bütün oruc tutanların orucunu qəbul etsin

AMIN!!!

LARACROFT

18 Avqust 2011 23:27

ALLAH bütün oruc tutanların orucunu qəbul etsin
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

MY_CRAZY_FRIENDS_

18 Avqust 2011 22:32

Sitat: denizim
İnşaallah tutulan oruclar, edilən ibatəd və dualar qəbul olunar.

Just For Joy

18 Avqust 2011 19:58

Allah mən və bütün oruc tutanların orucunu qəbul etsin həmçinin namazlarını da mac

FLOR

18 Avqust 2011 18:02

Sitat: denizim
İnşaallah tutulan oruclar, edilən ibatəd və dualar qəbul olunar.

Duygu

18 Avqust 2011 17:10

Allah razi olsun xebere gore... bildiklerim de vardi bimedikleirm de...


Sitat: _DecelkA_
cox utanc hissi duyuram bele movzulara nese yazanda oruc tutmadigima gore


utanc hissini kime qarsi duyursan? Allah bilir ki, senin sebebin uzurludu ya uzursuz. insallah Allah bagislayar. qaldi ki, utanci bendelerden duyursansa buna ehtiyac yoxdu... Allah komek olsun her kese ve ibadet edenlerin ibadetlerini qebul etsin!!!

denizim

18 Avqust 2011 16:46

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Aidan

18 Avqust 2011 15:26

-Oruc, Allaha və islam dininə bağlılığın səmimi olub olmadığını, ölçməyi təmin edir.
--------------------
Dream it.
Wish it.
Do it.

MR.QARRI

18 Avqust 2011 15:06

bilirdim

Gulka

18 Avqust 2011 14:18

_DecelkA_,
yeqin baci bir ebebin varki tuta bilmirsen canini sikma
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Babaeva

18 Avqust 2011 13:43

Sitat: Live you life
Allah cəmi Oruc tutanların Orucunu qəbul etsin.

_DecelkA_

18 Avqust 2011 13:37

cox utanc hissi duyuram bele movzulara nese yazanda oruc tutmadigima gore

Cheburawka

18 Avqust 2011 12:25

Sitat: Live you life
Allah cəmi Oruc tutanların Orucunu qəbul etsin..
Hər halda faydası olmasaydı Allah onu bizə vacib buyurmazdı

yes
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

_MiSS PrInCeSS_

18 Avqust 2011 12:14

Sitat: Live you life
Allah cəmi Oruc tutanların Orucunu qəbul etsin..
Hər halda faydası olmasaydı Allah onu bizə vacib buyurmazdı

Dogru...twk...

DEL PYERO

18 Avqust 2011 11:53

cox heyif tuta bilmirem..cox heyif

elecTroSh0k

18 Avqust 2011 10:54

twk!! allah oruc tutanlarin orucunu gebul elesin mennen biryerde )) AMIN!

bu menem

18 Avqust 2011 09:35

ORUC BIZDEN EVELKI UMMETE FERZ BUYRULDUGU KIMI BIZE DE FERZ BUYRULDU!

EVMIZIN YANINDA BALACA KAFEMI DEYIM, CAYXANA MI DEYIM BILMIREM AMA MUBAREK AY BASDIYANAN SPIRTLI ICKILER ICIRLER. ORDAN KECENDE SADECE PESMANCILIQ DUYURSAN ONLARIN YERINDE, HER DEFESINDE DE HIDAYET DILEYIREM ONLARA!

Live you life

18 Avqust 2011 09:27

Allah cəmi Oruc tutanların Orucunu qəbul etsin..
Hər halda faydası olmasaydı Allah onu bizə vacib buyurmazdı
girl_smi