Loading...
Salavat

Salavat

Loading...
Salavat

Peyğəmbərimiz Əleyhissalam buyurdu:

- Mənə ən yaxın olanlar, mənə ən çox salavat gətirənlər olacaqdır.

- Mənə salavat gətirsəniz, Allah da (c. c) sizə salavat gətirər.

- Mənə salavat gətirin. Harada olsanız, salavatınız mənə çatar.

- Allah Təala (C. C) buyurdu: "Bir dəfə salavat gətirənə, Mən və mələklərim on dəfə salavat gətirərik."

- Cümə günü və gecələr mənə (100) dəfə salavat gətirənin Allah Təala (c. c) otuzu dünyaya, yetmişi axirətə aid olmaqla 100 ehtiyacını qəbul edər.

- Dua ilə səma arasında bir maneə var. Mənə salavat gətiriləndə maneə açılar, dua yerinə çatar.

Salavat

- Sünnətimi canlandıran, mənə salavat gətirən, darda qalanlara kömək edənlər qiyamət günündə ərşin kölgəsində olacaqlar.

- Sırat üzərində qalmış, xurma yarpağı kimi tir-tir titrəyən bir adam gördüm. O anda mənə gətirdiyi salavatı gəlib o vəziyyətdən onu qurtardı.

- Dünən gecə əcaib bir şey gördüm. Adamın biri Sırat üzərində düşüb qalxırdı. O anda mənə gətirdiyi salavat gəldi. Əlindən tutdu və Siratdan keçirdi.

- Məclislərinizi salavat ilə bəzəyin.

- Qiyamət günü böyük əcr almaq istəyən mənə salavat gətirsin.

Salavat

- Cümə günü mənə (80) dəfə salavat gətirənin 80 illik günahı bağışlanar.

- Mənə salavat gətirilmədən edilən heç bir dua qəbul olunmaz.

- Mənə (100) dəfə salavat gətirənə, Allah (c. c.) min dəfə rəhmət nəzəri ilə baxar. Daha çox gətirən üçün qiyamət günündə şəfaət və şahidlik edərəm.

- Mənə bir gündə (1000) dəfə salavat gətirən insana cənnətdəki mövqeyi göstərilmədikcə ölməz.

- Cümə günü mənə (100) dəfə salavat gətirən insan qiyamətdə elə bir nur ilə gələcək ki, əgər o nur bütün məhşər əhli arasında bölünsə, hamısına çatardı.

- Ömürünü boş yerə heç edən insanın itirdiyi zamanı kompensasiya etmək üçün salavat ilə məşğul olmalidir. Əgər bütün ömrünü ibadətlə keçirmiş olsan, sonra bir dəfə salavat gətirsən, o salavat bütün ibadətlərindən daha ağır gələr. Çünki sən öz gücün nisbətində salavat gətirməkdəsən.

- Allah Təala da (C. C) sənin bir salavatına qarşılıq sənə on salavat gətirir. Yəni Allah təala(C. C) sənə on dəfə rəhmət nəzəriylə baxır.

- Allah Təalanın (C. C) quluna nəzəri rəhməti; insan, cinin ibadətindən daha xeyirlidir. Çünki allah(C. C) bir quluna rəhməti ilə nəzər edəndə o qul əzaba düçar olmaz.

- Allah təala(C. C), cümə axşamı günü, mələkləri salavatı gətirənlərin adını yazmaq üçün yer üzünə göndərər. Cümə günü və gecəsi salavat gətirməyə laqeyd yanaşmayın.

- Salavat dünya və axirətdə insanın dərəcəsini ucaldar. Onu böyük bir nur sahibi qılar. Qazancı ən bol bir ticarət qaynağıdır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

26 Avqust 2012 15:49

- Cümə günü və gecələr mənə (100) dəfə salavat gətirənin Allah Təala (c. c) otuzu dünyaya, yetmişi axirətə aid olmaqla 100 ehtiyacını qəbul edər.

- Dünən gecə əcaib bir şey gördüm. Adamın biri Sırat üzərində düşüb qalxırdı. O anda mənə gətirdiyi salavat gəldi. Əlindən tutdu və Siratdan keçirdi.
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Sebine-2010

19 Avqust 2011 18:52

Allah razi olsun bully

_MiSS PrInCeSS_

29 İyul 2011 14:11

Cox gozel xeberdi.Twk.Bele xeberlerden daha cox isterem...

Gulka

29 İyul 2011 12:16

cox gozel xeberdi allah razi olsun baciw melek
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

elecTroSh0k

29 İyul 2011 12:15

çoxx sagol xəbərə görə!!

Duygu

29 İyul 2011 02:07

cox, cox, cox gozel xeberdi. Salavatin bereketi haqda tebii ki, bilirdim amma, bu qederini dogurdan bilmirdim. her halda urekden ve yeqin ki, asta deyilmeldi olsun ki...

VaqifAgayev

29 İyul 2011 01:14

hmmm cox gozel maraqlidir

DReaM

28 İyul 2011 22:11

bəzilərini bilmirdim)))dəyərləndirmək xoş olacaq minnətdar Allah razı olsun winked

DavorE

28 İyul 2011 21:54

cox sagol xebere gore Britney Spears elasan bele davam ele give_hea

LARACROFT

28 İyul 2011 21:40

Elə bu gün anam mənə deyirdi tez-tez salavat gətir deyə.
Xəbər üçün çox sağ ol Aytən.ALLAH razı olsun
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

FLOR

28 İyul 2011 21:31

Cümə günü mənə (80) dəfə salavat gətirənin 80 illik günahı bağışlanar.

bilmirdim duzu .. indi men ne gunah etsem 80 defe salavat etsem gunahlarim silinecek ?

_DecelkA_

28 İyul 2011 21:28

Cox gozel xeberdi.Allah razi olsun senden...Allah her kesin dua ve salavatini qebul etsin

Aidan

28 İyul 2011 21:27

*- Allah təala(C. C), cümə axşamı günü, mələkləri salavatı gətirənlərin adını yazmaq üçün yer üzünə göndərər. Cümə günü və gecəsi salavat gətirməyə laqeyd yanaşmayın.- biLmirdim scratch_
--------------------
Dream it.
Wish it.
Do it.

MR.QARRI

28 İyul 2011 21:01

Salavat dünya və axirətdə insanın dərəcəsini ucaldar. Onu böyük bir nur sahibi qılar. Qazancı ən bol bir ticarət qaynağıdır.

Dior Cherie

28 İyul 2011 20:43

- Allah Təala da (C. C) sənin bir salavatına qarşılıq sənə on salavat gətirir. Yəni Allah təala(C. C) sənə on dəfə rəhmət nəzə
riylə baxır...

elena

28 İyul 2011 20:40

İnwallah deyerlendirecem bu gozel melumatlari.twk)

MonO PolY

28 İyul 2011 20:30

hegigeten cox gozel xeberdiii bunlarin hec birini bilmirdim cox tsk winked
--------------------
New Age music

Yüz daha versen yüz uman yüzler bilirim.. Yokuşlara kardeş olan düzler bilirim ..Dünya öküzün üstünde derler ama; dünyanın üstünde nice öküzler bilirim !...

- Necip Fazıl Kısakürek

Britney Spears

28 İyul 2011 20:10

Dünyanın ən ağıllı, ən varlı, ən gözəl, ən mehriban, ən xoş, ən ən ən ən ən insanı!

Mr_RoCCo

28 İyul 2011 20:07

- Cümə günü mənə (80) dəfə salavat gətirənin 80 illik günahı bağışlanar.
Amin.! winked
--------------------
FaceBook
Instagram - ageelvevo