Loading...
Hər şey SƏNƏ əyilir Ya Rəbb!

Hər şey SƏNƏ əyilir Ya Rəbb!

Loading...
Hər şey SƏNƏ əyilir Ya Rəbb!

Hər şey SƏNƏ əyilir Ya Rəbb!

Hara baxsam, hansı tərəfə yönəlsəm belə; bütün varlıqlar sənin hökmünə boyun əymiş, rüku edir.
Sanki hər şey dilə gəlmiş qışqırır: "Gəl sən də bizə qatıl! Əyil, sənin və bütün varlıqların sahibinə! Yoxdan var edənə əyil. Əyil ki, O sənin başını əydirməsin, səni kimsəyə zəlil etməsin…"
Nə möhtəşəm bir nizam qurmusan Rəbbim! Hər zərrəyə damğanı vurmusan. Görmək istəyənlərə görünən, eşitmək istəyənlərə qışqıran damğalar və işarələr... Görmək istəməyənlərə silinən, eşitmək istəməyənlərə dilsiz kəsilən izlər...
Ey Sevgili! Ən Sevimli! Ey Rəbbim! Üfüqümü aç görüm, könlümü aç anlayım, pərdələri qaldır, eşidim. Çünki onları şəkilləndirən sənsən; onları dedirdən də sən!...

Hər şey SƏNƏ əyilir Ya Rəbb!

Dənizlərdən yüksəltdiyin buludları seyr etdim. Heybətlə təsdiqlən bir pəhləvan kimi göyə yüksəlirlər. Yüksəldikcə gurlaşır, gurlaşdıqca sıra dağları xatırladırlar. Göylərdə azad gəzəcəklərini sandım. Amma xeyr! Anladım, yolları çəkilmişdi. Məğrur başlarını itaətlə əydilər, hər biri yollarında getdilər.
Sənin əzəmətin qarşısında damla-damla yerə bağlanırlar. Sonra bir araya gəlib, dərələrə, çaylara çevrilirlər. Eşqinlə divanə kimi başlarını daşlara vura-vura çırpınırlar. Yenə bulud olub yüksəlmək üçün, yenə sənin hüzurunda əyilmək üçün...
Və o damlalar: Ölü torpaqlara can olurlar, can qatırlar. O canla dirilən hər şey bir cavan kimi inkişaf edib səpilir. Sonra… sonra yetkinləşir, başlarını bükürlər.
Əkinlər, ağaclar, dağlar, daşlar... Hər şey səni bilir, uca hüzurunda boyun əyir...
Ulduzlar, planetlər... Hamısı sənin nuruna pərvanədir. Dönür, dönür, itaətlə sənə ruku edir, səni təsbeh edirlər.
Kim deyib ki, yalnız insanoğlu rüku edər, baş əgər?! Zərrələr, insanlar, mələklər, dağlar, daşlar… Bütün varlıqlar ruku edir. Bir an dayanmadan rüku edir, sənin ucalığın qarşısında əyilir.
Ey Rəbbim! Bütün kainat sənin hüzurunda əyilərkən, bu ahəngə mənim də bilərək, istəyərək qatılmağımı istədin.

Hər şey SƏNƏ əyilir Ya Rəbb!

"Namazı tam qılın, zəkatı haqqıyla verin və ruku edənlərlə birlikdə siz də ruku edin!" (Bəqərə, 43) buyurdun.
"Ey iman edənlər! Ruku edin, səcdə edin. Rəbbinizə ibadət edin. Xeyr işləyin ki, qurtuluşa çatasınız." (Həcc, 77) dedin.
Buyruğun başım üstünə Rəbbim...
Eşidir, itaət edir, hüzurunda əyilirəm Rəbbim!
Məni başqalarına əydirmə!
Sənə ruku etməyin həzzini mənə daddır!
Ruku edənlərlə birlikdə, hüzurun ruku edərək girməyi nəsib et!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ReaDStaR

21 İyul 2011 18:11

Cox sagol...!!!

MACUTA

21 İyul 2011 17:22

Eşidir, itaət edir, hüzurunda əyilirəm Rəbbim!
Məni başqalarına əydirmə!

Amin.Amin.Amin
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

MoNuElLa

21 İyul 2011 15:48

"Ey iman edənlər! Ruku edin, səcdə edin. Rəbbinizə ibadət edin. Xeyr işləyin ki, qurtuluşa çatasınız."
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

MR.QARRI

21 İyul 2011 14:54

Namazı tam qılın, zəkatı haqqıyla verin və ruku edənlərlə birlikdə siz də ruku edin!

YERAZGIRL

21 İyul 2011 14:34

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

elena

21 İyul 2011 13:54

Sitat: Gitaristtttt
Ey Rəbbim! Üfüqümü aç görüm, könlümü aç anlayım, pərdələri qaldır, eşidim. Çünki onları şəkilləndirən sənsən; onları dedirdən də sən!...

Eşidir, itaət edir, hüzurunda əyilirəm Rəbbim!
Məni başqalarına əydirmə!

_DecelkA_

21 İyul 2011 13:32

Ey Sevgili! Ən Sevimli! Ey Rəbbim! Üfüqümü aç görüm, könlümü aç anlayım, pərdələri qaldır, eşidim. Çünki onları şəkilləndirən sənsən; onları dedirdən də sən!...

DReaM

21 İyul 2011 13:18

Ruku edənlərlə birlikdə, hüzuruna ruku edərək girməyi nəsib et
Amin!!!çox bəyəndim yazını həzz alaraq oxudum...

Gitarist

21 İyul 2011 13:14

Ey Rəbbim! Üfüqümü aç görüm, könlümü aç anlayım, pərdələri qaldır, eşidim. Çünki onları şəkilləndirən sənsən; onları dedirdən də sən!...

D-e-V-i-L

21 İyul 2011 13:12

Ey Rəbbim! Bütün kainat sənin hüzurunda əyilərkən, bu ahəngə mənim də bilərək, istəyərək qatılmağımı istədin...

Mr_RoCCo

21 İyul 2011 13:07

Eşidir, itaət edir, hüzurunda əyilirəm Rəbbim!
Məni başqalarına əydirmə!
--------------------
FaceBook
Instagram - ageelvevo