Loading...

Bugün İmam Hüseynin (ə) mövludu günüdür
Din
- 05 İyul, 2011
- 23 811 Baxış
Loading...

Bu gün həyatı boyu şücaət və azadlığı sevməsi, zülm və haqsızlığa qarşı mübarizədə məktəb yaratmış İmam Əlinin (ə) və peyğəmbər qızı xanım Zəhra (s.ə) - nın ikinci övladı İmam Hüseynin (ə) mövludu günüdür. O hicri 4-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir.
Uşaqlıq dövrünün altı ilini babası Peyğəmbər (s) - in yanında keçirmişdir. Peyğəmbər (s) -in vəfatından sonra otuz il atası Əli (ə) - la birgə yaşamış və Əli (ə) - ın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli (ə) - ın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) - la çiyin-çiyinə çalışmışdır. İmam Həsən (ə) - ın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn (ə) - ın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət hicrətin altımış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhadətə qovuşub. İmam Hüseyn (ə) Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdır.
İmamın mövludu münasibəti ilə başda Zəmanə Sahibi (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik.
mənbə: deyerler.org
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...