Loading...
Hüzur (dinclik) və xoşbəxtlik vəsiləsi olan ibadətlərimiz...

Hüzur (dinclik) və xoşbəxtlik vəsiləsi olan ibadətlərimiz...

Loading...
Mükəmməl bir plana görə yaradılan və qüsursuz bir şəkildə işləyən kainatda məqsədsiz heç bir varlıq yoxdur. Əşrəfi məxluqat olan insanın yaradılışı da məqsədsiz deyil. Uca Rəbbimiz "Zariyat" surəsinin 56. ayəsində "Mən cinləri və insanları ancaq mənə qulluq etsinlər deyə yaratdım" buyuraraq yaradılışımızdakı məqsəd və hikmətin Allaha ibadət və qulluq olduğunu bildirməkdədir.



Hüzur (dinclik) və xoşbəxtlik vəsiləsi olan ibadətlərimiz...

İbadət və qulluq isə Allaha könüldən yönəlmək yaxşı və gözəl bir niyyətlə Onun razılığı üçün saleh əməl işləmək, əmr və qadağanlarını tutaraq itaət etmək, imanı, gözəl söz və davranışlara çevirməkdir. Digər bir ifadəylə ibadət; həyatın bütününü əhatə edən bir qulluq göstəricisidir. Beləliklə Allaha ibadət və qulluq; namaz, oruc, həcc və zəkat kimi dayanan müəyyən şərtlərə və vaxtlara bağlı olan bəzi xüsusi ibadətləri əhatə etdiyi kimi insana Allah qatında dəyər və savab qazandırıcı hər cür gözəl söz və saleh əməlləri də əhatə etməkdədir. O halda namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək mütləq əda edilməsi lazımlı bir ibadət olduğu kimi; başda ana-ata və ailə fərdləri olmaq üzrə bərabər, yoldaş-dost, qonşu və qohumlara qarşı vəzifə və məsuliyyətləri yerinə yetirmək. Xəstə, yaşlı, ehtiyac sahibi və maneəli kəslərə maddədən və mənən köməkçi olmaq, ruh, bədən və ətraf təmizliyinə riayət etmək, zərərli maddələri yollardan qaldırmaq da bir ibadətdir. Eyni şəkildə; insanlara gözəl söz söyləmək, gülərüz göstərmək, salam vermək, qardaşlıq hüququnun gərəyincə yerinə yetirmək insanlar arasında ədalətlə hökm vermək, qazancı halal yollardan təmin etmək, İslami prinsiplərə uyğun olaraq ticari və iqtisadi fəaliyyətlərdə olmaq; hətta hər növ haram və günahdan uzaq dayanmaq yenə başlıbaşına bir ibadətdir.
İbadətlər Allah rizası üçün edilər. Allahdan başqası adına ibadət edilə bilməyəcəyi kimi Allah rizası xaricində başqa bir məqsədlə ibadət edilə bilməz. Allah rizası üçün edilən ibadətlərin maddi və mənəvi həyatımız üzərində çox müsbət təsirləri vardır: Allahı xatırlama vesilesi olan İbadətlər, hər şeydən əvvəl möminlərə Allah qatında dəyər qazandırar. İmanımızın yetkinləşməsini, ruhlarımızın ucalmasını, ürəklərimizdə Allah sevgisinin yerləşib yaşıllaşmasını təmin edər. Bizləri pis düşüncələrdən, hər cür zərərli vərdişlərdən, günahlardan, səhv söz və davranışlardan uzaqlaştırıb, əxlaqi gözəlliyə qovuşdurar. Ürəklərimizi müxtəlif çətinliklərdən, kədərlərdən və stressdən qoruyar. Könüllərimizə dinclik və xoşbəxtlik verər. Yaradılışda mövcud olan həddindən artıq duyğu və meyllərimizi dayandıraraq, həyatımıza nizam və ahəng gətirər.



O halda gəlin ruhlarımızın qidası, könüllərimizin hüzur(dinclik) və xoşbəxtliyi, maddi və mənəvi çətinliklərimizin dərmanı, Uca Allahın lütf etdiyi saysız nemətlərin şükrü olan ibadətlərimizi yerinə yetirək. Axirətdə cəzadan xilas olmanın və əbədi xoşbəxtlik yurdu olan cənnətə qovuşmanın yeganə vəsiləsinin də Allaha ibadət və qulluq olduğunu unutmayaq.

Nə xoşbəxt ibadətlərini yerliyerince və nizamlı bir şəkildə, səmimiliklə edənlərə! Nə xoşbəxt həyatını ibadətə çevirənlərə! Nə xoşbəxt uca Allahın dostluq və sevgisini qazananlara!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Həyat

11 Yanvar 2013 15:55

İbadətlər Allah rizası üçün edilər. Allahdan başqası adına ibadət edilə bilməyəcəyi kimi Allah rizası xaricində başqa bir məqsədlə ibadət edilə bilməz.

--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

FLOR

13 İyun 2011 00:28

Allah razi olsun tsk

Aidan

12 İyun 2011 23:16

Nə xoşbəxt ibadətlərini yerliyerince və nizamlı bir şəkildə, səmimiliklə edənlərə! Nə xoşbəxt həyatını ibadətə çevirənlərə! Nə xoşbəxt uca Allahın dostluq və sevgisini qazananlara!
--------------------
Dream it.
Wish it.
Do it.

_sabishka_

12 İyun 2011 20:06

Allah razi olsun. Ozumuzu islah etmeliyik ki,imamin Zuhuru da tezleshsin inshAllah

_Bella_

12 İyun 2011 18:55

cox sag olun.bele xeber verirsiz deye. TWK
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

_DOCTOR_

12 İyun 2011 17:39

superdi insanin menevi dunyasi dincelir.bu yerde Hz.Mehemmed s.e.v. bir cumlesi yadima dusdu.]HEC OLMEYECEKMIS KIMI DUNYA UCUN SABAH OLECEKMIS KIMI AXIRET UCUN CALISIN.[color=#FF0000][/color]

sweet doll

12 İyun 2011 15:34

Allah razi olsun! bele xeberlerin olmagi cox yaxsidi cox sevindim muellife tskkler melek

Duygu

12 İyun 2011 15:23

Cox sag olun ki, bunlari yazirsiz.. eslinde ayriliqda her biri bildiklerimdi. Amma bele cemlenib insanin gozunun qarsisinda cem halinda olanda insan neye daha cox diqqet etmeli oldugunu anlayir... daha cox insanlara qarsi etdiyim xos munasibete, davranisa ve onlardan mene yazilan savaba guvenirem nedense...

ne qeder insan oldugumuz, ne qeder basqalari ucun yasadigimiza baglidir...

D-e-V-i-L

12 İyun 2011 15:21

Choox gozel yazilib 10+...

Mr_RoCCo

12 İyun 2011 15:18

çox gözəl yazıdı,əlin-qolun var olsun Damla..Və şükür olsun bugünümüzə,Allah hər kəsə kömək olsun winked
--------------------
FaceBook
Instagram - ageelvevo

elena

12 İyun 2011 15:12

Sitat: MR.QARRI
gözəl yazılıb.....oxudum.............

MR.QARRI

12 İyun 2011 15:11

gözəl yazılıb.....oxudum.............