Loading...
Qurani Kərim şəfa və rəhmətdir.

Qurani Kərim şəfa və rəhmətdir.

Loading...
Qurani Kərim şəfa və rəhmətdir.

Qurani Kərim şəfa və rəhmətdir.

Quranla endirdiklərimiz bir şəfa və rəhmətdir möminlər üçün. Zalımlarınsa hüsranını artırmaqdan başqa bir şey deyil. "(17/82)
Bitməyən bir şəfa qaynağıdır Quran. Günəşə bənzər, dağ və daş, qurd və quş quru və yaş deməz, comərdcə təqdim edər işığını.
Baharların qaynağıdır o, göylərin əliylə insanlığın başına oturdulmuş bir səadət tacıdır.
O insanı axtarar, insan onu. O insanlığı axtarar insanlıq onu. Eynilə suyun torpağı, torpağın toxumu, çayın dənizi, körpənin ananı, Yaqubun Yusifi, Məcnunun Leylanı axtardığı kimi.

Qurani Kərim şəfa və rəhmətdir.

O fərdlər üçün bir şəfa və rəhmətdir. Şəfadır insandakı dünyanın və dünyadakı insanın ardı arxası gəlməz maddi-mənəvi xəstəliklərinə. Dərmandır özünə, nurdur gözünə və könlünə. Və rəhmətdir səhralardan betər hala gətirilən ürəyinə və başına.
O hər sahədən bənzərsiz və təkdir. Heç bir kitab onun qədər məşhur, uzun ömürlü olmaq şansını əldə edə bilməmişdir. Heç bir kitab onun gördüyü marağa məzhər ola bilməmişdir və ola bilməyəcək də.

Qurani Kərim şəfa və rəhmətdir.

Heç bir kitab həqiqət ölçüsü olmaqda və mühafizə edilməklə ona çata bilməmiş və çata bilməyəcək də.
Heç bir kitab özünə inananları onun coşdurduğu, arxasından qaçdırdığı, təmin və xoşbəxt etdiyi qədər coşdurub qurtarmamış, təmin və xoşbəxt edə bilməmişdir.
Onun uğruna qurban olunduğu qədər heç bir kitabın uğruna qurban olmamışdır.

Qurani Kərim şəfa və rəhmətdir.

Uğruna ölən bütün kitablar gün gəlmiş özünə inanacaq, qoyduğu qanunlar uğrunda döyüşəcək və can verəcək bir adam da tapa bilməyib muzeylərə intiqal etmişdir.
Lakin onun müdafiə etdiyi ölümsüz və sabit dəyərlər uğruna dünən olduğu kimi bu gündə insanlar qanlarını sevə sevə vermək üçün yarışırlar, dünya durduqca da verməyə davam edəcəklər.

Allahım! Səndən Quranı ürəyimin baharı, çətinlik və qəmlərimin atılma vəsiləsi etməyini diləyirəm. İbni Məsud (r.ə)
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

MASTER-SAN

2 İyun 2011 21:54

Gzoel dini muzakire aparmaq olardi .lakin lazim deyil qoy qalsin .Onsuzda bawim agrayir ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

DENİZ_

2 İyun 2011 21:02

pitbull1998
hər sizin şəklinizə baxanda vahimə bürüyür məni

Qurban olum Allaha da Hikmətinə də Quranina da Peyğəmbərlərinə də İmmamlarina da.Allah razi olsun ki bele xeberler diqqetden yayinmir.

Aidan

2 İyun 2011 20:30

Onun uğruna qurban olunduğu qədər heç bir kitabın uğruna qurban olmamışdır.
--------------------
Dream it.
Wish it.
Do it.

Mr_RoCCo

2 İyun 2011 19:32

çox sağol Ayka,Allah razı olsun smile
--------------------
FaceBook
Instagram - ageelvevo

elena

2 İyun 2011 18:26

Sitat: MR.QARRI
Allahım! Səndən Quranı ürəyimin baharı, çətinlik və qəmlərimin atılma vəsiləsi etməyini diləyirəm. İbni Məsud (r.ə)

♣_EmRe AyDıN_♣

2 İyun 2011 17:48

Allah razi olsun tesekkurler.

_Bella_

2 İyun 2011 17:39

cox sag olun.ALLAH razi olsun bele xeberler verirsi deye.
--------------------
Qarşına "ümidlə" bax, arxana "şükürlə", yuxarıya "imanla", ətrafına" hörmətlə"...

MR.QARRI

2 İyun 2011 17:19

Allahım! Səndən Quranı ürəyimin baharı, çətinlik və qəmlərimin atılma vəsiləsi etməyini diləyirəm. İbni Məsud (r.ə)

pitbull1998

2 İyun 2011 17:04

Uğruna ölən bütün kitablar gün gəlmiş özünə inanacaq, qoyduğu qanunlar uğrunda döyüşəcək və can verəcək bir adam da tapa bilməyib muzeylərə intiqal etmişdir.
--------------------

Səni Sevirəm