Loading...
Əhv diləyin, gec olmadan...

Əhv diləyin, gec olmadan...

Loading...
Əhv diləyin, gec olmadan...


Dualarıma səmimilik ver ey Rəbbim

Hər ehtiyacımı sənə həmsöhbət olma vəsiləsi et
Pıçıltılarımı da, susqunluqlarımı da dua deyə qəbul et
Hər duamda sonsuz yaxınlığını hiss etməyi, heç bitməz lütfkarlığını dadmağı nəsib et

Rəbbim mənə, məni Sən verdin
Səndən üz çevirənlərdən eyləmə məni

Rəbbim əlimdəkilər, Sənin əlindəndir
Əlimdəkilərə başımı qataraq, Səni unudanlardan eyləmə məni


Bu fani həyatımı əbədi həyatın başlanğıcı et

Ürəyimi sənə qul olmaqla sevindir.
Qulluğumu daim et



Səhvlərimi, Sənə yaxınlaşma vəsiləsi et
Günahlarımı da Sənə yönəlmə bəhanəsi et
Peşmanlıqlarımı Sənin qapına üz tutma səbəbi et


İnandığım kimi yaşat məni
Səni görər kimi yaşat məni
Sənin nəzərində səhih et imanımı


Ey Rəbbim

Ruhuma Səni sevməklə sevinmənin müjdəsini endir

Ey Rəbbim
Günahlarım, Sənin məlumundur
Səndən gizlim yoxdur
Sənə döndüm bağışla məni

Ey Rəbbim
Peşmanlıqlarım Sənin arzundur
Çox səhv etdim etiraf edirəm
Sənə döndüm bağışla məni


Rəbbim əllərim sənin qüdrətli əlindədir
Uzaqları yaxın edən Sənsən
Olmazları olduran Sənsən
Təvəkkülüm Sənədir
Əllərimi Sənin qüdrətli əlinə tərk edirəm.
Dualarımı razı olduğun və sevdiyin kimi qəbul et


Mənə Səni biləcək könül ver ey Rəbbim
Susqunluğumu Sənin eşitdiyin dualar kimi qəbul et
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

♣YoL_Cu♣

25 Yanvar 2013 19:33

Allahin varligini hiss etmeseydik,yeqin ki,bu dunya heyati daha da dozulmez olardi

------------------------

Mən bir gizli xəzinə idim,istədim ki,Tanınam,bəs insanları yaratdım ki,Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

Həyat

11 Yanvar 2013 16:00

Ey Rəbbim
Ruhuma Səni sevməklə sevinmənin müjdəsini endir

--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

MisSayka

4 Dekabr 2012 20:57

supper,
Flood eləmiyin.
--------------------
Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur

ღ SuPPeR ღ

4 Dekabr 2012 20:52

SEVGILIM,SEVDIYIM,,REBBIM
SEVIEEEEEEEEMMMMMMMMMMMMMMM,,,SEVIREEEEEEEEMMM,,DELI OLURAM DUSUNDUKCEE,HISS ETDIKCEEEEEE,,,

Duygu

17 May 2011 00:04

heqiqeten sonsuz tesekkurler! Allah razi olsun
insan daxilen rahatliq tapir Allahi qarsisinda etiraf ederek yalvaranda

cuqqu

16 May 2011 21:54

ayyy ne gozel dualar idi bunlar. men de her birimizin adindan AMIN deyirem ve ALLAHDAN bizleri dogru yola cekmesini isteyirem INWALLAH

MR.QARRI

16 May 2011 15:12

Mənə Səni biləcək könül ver ey Rəbbim
Susqunluğumu Sənin eşitdiyin dualar kimi qəbul et

Mr_RoCCo

16 May 2011 11:34

Səhvlərimi, Sənə yaxınlaşma vəsiləsi et
Günahlarımı da Sənə yönəlmə bəhanəsi et
Peşmanlıqlarımı Sənin qapına üz tutma səbəbi et

Damla Allah səndən razı olsun,çox gözəl xəbərdi smile
--------------------
FaceBook
Instagram - ageelvevo

bu menem

16 May 2011 11:33


Mənə Səni biləcək könül ver ey Rəbbim
Susqunluğumu Sənin eşitdiyin dualar kimi qəbul et!
Allah butun dualarimizi qebul etsin Amin!

Remember_oNlY_me

16 May 2011 11:29

Mənə Səni biləcək könül ver ey Rəbbim
Susqunluğumu Sənin eşitdiyin dualar kimi qəbul et


cox saq ol

Aidan

16 May 2011 09:51

Yəqin ki, bağışLanar.
--------------------
Dream it.
Wish it.
Do it.