Fon yüklənir...
Загрузка...

Allah Təala bizə bizə şah damarımızdan daha yaxındır...

Загрузка...
Elə loxma var ki insanı qırx il ibadətdən kəsər. Elə söz var ki adamın ürəyini daş edər. Elə baxışlar var ki insanın həyatını məhv edər pərişan edər. Bunu bilməliyik ki Allah ilə qulu arasında əslində pərdə yoxdur. Lakin eynilə günəş işığının dünyamıza və bədənimizə gəlməsi kimi bir vəziyyət vardır. Bizimlə günəş arasında dünyanın ətrafında olan pərdələr günəş işığının hamısıyla bizə çatmasına mane olar.

Allah Təala bizə bizə şah damarımızdan daha yaxındır...

Atmosferin günəş işığını müəyyən ölçüdə qarşısını alma xüsusiyyəti olmasa ya da, bədənimiz uzun müddət doğrudan günəşə məruz qalsa zərər görərik. Lakin Allah ilə qulu arasındakı vəziyyət burada fərqlilik göstərər. Allah ilə qul arasında pərdələrin maneələrin olması insan üçün yaxşılıq deyil, böyük bir əskiklik olaraq ortaya çıxar. Allah Təalanın quluna yönəlməsi daha lətif, daha qatı və daha nuranidir. Amma qulun eqoist hərəkətləri, şeytanın aldatmaları, əsrin çirkin işləri Allahın rəhmətinə mane olan pərdə olar. Necə ki çətir yağışa mane olsa bizim çirkin işlərimiz iyirmi dörd saat heç kəsilməyən ilahi rəhməti rəbbani bolluğu pərdələr bizə çatmasını mane olar. Halbuki Allahın bolluğu daimidir, nuranidir əskiksizdir. Amma onu biz kəsirik.


Allah Təala bizə bizə şah damarımızdan daha yaxındır...

Harama baxışların, qeybətçi, çirkin, zərərli, pərişan, bomboş söhbətlərin danışıqların mənfəət əldə etmək üçün edilən yaltaqlıqların və heç bir şeydən məmnun olmayan, heç cür dinclik tapmayan şikayətlərin hər birisi araya girər.

İnsanın günahları Allahın heç bitməyən bolluğuna mane olar, Allahdan uzaqlaşmamıza gətirib çıxarar. Halbuki Allah Təala bizə bizim şah damarımızdan daha yaxındır. Çox təəssüf ki biz qəflətimizlə Allahdan uzaqlaşmış oluruq.

Allah Təala bizə bizə şah damarımızdan daha yaxındır...

Allah yolundakı yolçuya bu pərdələri qaldırmaq lazım gəlir. Necə səhər olunca pərdələri açır işıq və təmiz hava girsin deyə pəncərələri aralayırıqsa mömin də ilahi bolluğu çəkə bilmək üçün bu pərdələri qaldırmaq məcburiyyətindədir.

Pərdələri qaldıran ən nurani hal, edilən çirkin işlərə peşmanlıq etmək, pisliklərdən utanmaqdır. Həya imandandır, həya edildikcə pərdələr qalxar. Tövbə edildikcə Allahın lütfü bərəkəti bolluğu rəhməti ürəklərə enər.
Загрузка...

ŞƏRHLƏR

PeTTy

29 May 2013 15:15

Beli müellimiz demişdi,ordan bilirem,Allah(c.c) bize bizden yaxındı,onu üreyimizde tapmalıyıq.

Ronnie_7

1 May 2011 19:25

Çox sağol yazıya görə..
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

1 May 2011 16:23

Yazıya görə çox sağ ol.ALLAH razı olsun
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Remember_oNlY_me

1 May 2011 15:59

cox sag ol

Aidan

1 May 2011 15:42

Tövbə edildikcə Allahın lütfü bərəkəti bolluğu rəhməti ürəklərə enər... winked
--------------------
Dream it.
Wish it.
Do it.

Gunay_oxatan

1 May 2011 15:27

insanin ureyinin icerisinde olan sah damarlari erebce ALLAH yazir.bu alimlerin tesdiqlediyi faktdir.Allah Təala bizə bizə şah damarımızdan daha yaxındır kelmeside buna goryilire de

MaVi GoZLeR

1 May 2011 11:47

Tesekkurler rose

pitbull1998

1 May 2011 11:30

gozeldi
twk
--------------------

Səni Sevirəm
loading...
Загрузка...