Loading...

Nəfsinə zülm etmək nə deməkdir?
Din
- 27 Aprel, 2011
- 2 906 Baxış
Loading...

Nəfs - bir çox hallarda elə insanın özü deməkdir. Vəə bir ifadə var "nəfsi öldürmək" bu düzgün deyil "nəfsi tərbiyə etmək" ifadəsi doğrudur.
Quranın təbiri ilə desək, insan ən gözəl şəkildə yaradılmışdır, başqa sözlə, insan -Allahın qiymət verdiyi, üstün tutduğu bir məxluqdur. İnsan o qədər mükəmməl, o qədər mürəkkəb varlıqdır ki, hələ də tam öyrənilməyib. O qədər gözəl imkanlarla, o qədər gözəl qabiliyyətlərlə təchiz olunub ki, saymaqla qurtarmaq mümkün deyil.
Allah (c.c) bizə dil verib danışırıq. Yəni dilin işi danışmaqdır. Amma onu da unutmayaq ki, Allah bizə dillə birlikdə ağılda verib, iradə də... Dilin vəzifəsi doğrunu doğru yerdə danışmaqdır. Haqqı təbliğ etməkdir, gözəl şey söyləməkdir, könül almaqdır, Allah adını zikr etməkdir... Yox əgər bu saydıqlarımız haqqında düşünmürsə, işi yala danışmaq, qəlb qırmaq və s.-dirsə o insan öz dilinə zülm etmiş olur...
Göz misilsiz nemətdir. Vəzifəsi görməkdir. Təyinatı halalı görmək, harama baxmamaqdır. Əgər biri gözünün nurunu zərərli yerlərə sərf edirsə, harama baxırsa, Allah verdiyi bu nemətin işığı ilə Allahın əmrlərinə uyğun olmayan işlər görürsə deməli gözünə zülm etmiş olur. Bunları istənilən qədər artırmaq olar...
Bir sözlə, nəfsə zülm etmək əmanətə xəyanət etməkdir. Və Uca Kitabımız Qurani-Kərim bir gün bütün əməllərimizə görə hesaba çəkiləcəyimizi dönə-dönə bəyan edir. İnanan inansın, inanmayanı da ALLAH inandırsın...
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...