Loading...
ALLAHın Əmanəti..

ALLAHın Əmanəti..

Loading...
ALLAHın Əmanəti..

Kərim baba həyatı boyu yaşam tərzi ilə insanlara nümunə olan,ibadət həyatına ən incə təfərrüfatına qədər diqqət edən bir insandır.Özü kimi yaşlı həyat yoldaşı ilə bir yerdə kişik və gözəl bir qəsəbədə yaşayırdılar.Bu iki yaşlı insan həyatlarını uşaqlarına həsr etmiş, onları oxutmuşdular.Uşaqlarından biri həkim,biri din xadimi,digəridə müəllim olmuş və hər biri ölkənin müxtəlif yerlərinə getmişdilər.Onlar valideynlərini öz yanlarına aparmaq istəyirdilər,lakin Kərim baba xanımı Səma ilə yaşadıqları yerdən ayrılmaq istəmirdilər.Uşaqlarından uzaq olmaları bu iki insanı bir-birinə daha da bağlamışdı.Hətta Kərim baba bəzən xanımına:
-Sən məndən əvvəl vəfat etsən, mən nə edərəm,-deyir ve gözləri dolurdu.Xanımı Səma da eyni narahatlığı keçirir və
-Bəs mən nə edərəm,-deyib ağlayırdı.


ALLAHın Əmanəti..

Bir gün xanımı Səma xəstələndi.Kərim baba dərhal həyat yoldaşını həkimə apardı,xanımı xərçəng xəstəliyinə tutulmuşdu və həkimin dediyinə görə çox az ömrü qalmışdı.Bu xəbər Kərim babanı dərindən sarsıtdı.Həyat yoldaşını xəstəxanadan götürüb evlərinə gətirdi.Aradan bir neçə gün keçdi və xanımı Səmanın vəziyyəti ağırlaşdı.Səma xanım ruhunu təslim etdi.Kərim babanın pambıq kimi ağ saqqalı göz yaşları ilə islandı.Övladları da gəlmişdi.Onlar atalarına təsəlli verirdilər.Xanımının vəfatından sonra Kərim baba nəvəsi Nərminlə birliktə yaşamağa başladı.Nərmin həm təhsil alır,həm də babasına baxırdı.Kərim baba nəvəsi ilə vaxt aşırı xanımının qəbrini ziyarət edirdi.Yoldaşı vəfat edəndən sonra Kərim baba sanki dünyadan küsmüşdü.Heç kim ona təsəlli verə bilmirdi.Nə uşaqları,nə yaxınları,nə də dostları...
Bir gün Nərmin yeməyi hazırlayıb babasını süfrəyə çağırdı.Birlikdə süfrənin başında oturdular.Bu vaxt Nərmin Kərim babaya belə bir sual verdi:
-Babacan! Mən yoldaşımdan əmanət bir boyunbağı almışdım.Çox xoşuma gəlmişdi.Bir müddət taxdım sonra yoldaşım onu məndən istədi.Boyunbağını ona qaytarımmı?
-Əlbəttə,qaytar.Bu nə cür sualdı? Əmanət olaraq almısansa vaxt ötürmədən dərhal sahibinə qaytarmalısan.
-Axı o uzun müddət məndə qalıb?Ona çox öyrəşmişəm.Həm də çox xoşuma gəlir.Əmanət də olsa qaytarmaq istəmirəm.
Qaytarmasam olmaz?
-Qızım elə isə boyunbağını qaytarmağın daha vacibdir.Çünki,onu əmanət alandan bəri çox vaxt keçib.Indi axşamdır,sabah ilk işin boyunbağını sahibinə qaytarmaq olsun.
-Elə isə,baba,mənə yaxşı qulaq as! Sən günlərdir ALLAHın sənə əvvəlcə verib daha sonra geri aldığı əmanətə həddindən artıq kədərlənib dərd çəkirsən. O,verdiyi əmanət üzərində səndən daha çox haqq sahibi deyilmi?! Nənəmdə sənə ALLAHın bir əmanəti deyildimi?! 
Nərminin bu sözləri Kərim babanı dərin düşüncələrə qərq etdi.ALLAH ağıllı nəvəsi vasitəsilə ona düzgün yolu göstərdi. Kərim baba dərhal ALLAHa sığındı Ona təvəkkül etdi.Axirətdə həyat yoldaşına yenidən qovuşacaqı umidi ilə yaşayıb, Rəbbinə şükr etdi!

FİKİRLƏRİNİZ...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Heartless_

13 Mart 2011 00:49

Sitat: Sevka_(JoY)
Eləmədim tənbəllik axıra qədər oxudum...
və BəyəndiM !!!
Allah özü, öz canımızı belə pak-pakizə təhvil verməkdə biz bəndələriNə kömək oLsuN İnşəAllah..

Amin..

Heartless_

11 Mart 2011 17:47

Çox sağ olun winked

Sevka_(JoY)

11 Mart 2011 00:30

Eləmədim tənbəllik axıra qədər oxudum...
və BəyəndiM !!!

Allah özü, öz canımızı belə pak-pakizə təhvil verməkdə biz bəndələriNə kömək oLsuN İnşəAllah..
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

ASLAN_CABARLI

10 Mart 2011 20:32

bağışla axıra kimi oxumadım
çox sağ ol

KaRoLeVa

10 Mart 2011 20:30

Maraqlı hekayədi. Çox sağ ol
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Ideal

10 Mart 2011 20:24

Sitat: Mr_RoCCo
maraqlı və düşündürücü hekayədi


yes

MoNuElLa

10 Mart 2011 20:15

Super hekayedi(hec oxumadim ee lol lol )
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

elena

10 Mart 2011 20:13

Maraqli hekayedir twk...

DReaM

10 Mart 2011 19:25

ibretamiz hekayedi..gozeldi..kas hami bunu derk etse

Girbinne

10 Mart 2011 18:24

sağ ol nəvə fellow

Mamedovich

10 Mart 2011 17:45

Oxudum maraqlı hekayədi çox saqol ALLAH razı olsun

Britney Spears

10 Mart 2011 17:41

Sitat: BaKiNeCH
Ay cavanlıq cavalıq... mocking


Heç gülmə..Mənə qoca dedin?
bee

___DiMaggio

10 Mart 2011 15:40

Sağ ol Heartless_ ibrətamiz hekayədir.

Mr_RoCCo

10 Mart 2011 15:34

maraqlı və düşündürücü hekayədi
--------------------
FaceBook
Instagram - ageelvevo

Emil

10 Mart 2011 15:14

Britney Spears,
Ay cavanlıq cavalıq... mocking
--------------------

To get away clean, you have play dirty.

Britney Spears

10 Mart 2011 15:11

Sitat: BaKiNeCH
Dünən gecə oxudum, çox maraqlı və ibrətamiz hekayədi.


Mən də jurnalist olanda belə deyirdim) lol


Doğurdan da maraqlı hekayədi..Bu cür bir hekayə oxumuşdum, sayta da yerləşdirmişdim..İnşaallah onun verdiyi əmanətləri verdiyi kimi qaytarmaq qismətimiz olsun..

Remember_oNlY_me

10 Mart 2011 15:11

maraqli hekayedi love

arzu.ps

10 Mart 2011 15:10

Maraqli hekayədi.Amma öz aramizdi qiz bounbagini atmag istəyirmiş lol
--------------------
Her shey sensiz de Choooxxx gozeldi))))))))))

Emil

10 Mart 2011 15:02

Dünən gecə oxudum, çox maraqlı və ibrətamiz hekayədi. good
--------------------

To get away clean, you have play dirty.