Loading...
Bilən tək Allahdır!!!

Bilən tək Allahdır!!!

Loading...
Allaha hər an inandığımı söyləməyim.Bəlkədə heç inanmamışam ona.Bu inam zamanla yaranır.Amma mən inanmaq istərdim,çünki Ona inananlar dünyanın ən xoşbəxt insanlarıdır.Onlar bilirlər ki,həyatda doğru olan nədir,sevgi nədir,günah nədir və insani yaxşılıq nədir.Məndə xoşbəxt olmaq istədim,amma bacarmadım.Mənim üçün Allah nə deməkdi?Yox,Allah sözü mənim üçün mənasız deyil,Allah-başlanğıcdır.İstədim ki,Allah hər an mənə qarşı mehriban olsun,lakin tez-tez o mənim üçün yox oldu.Və mən çox utanıram buna görə,utanıram ki,şübhələnirəm.

Bilən tək Allahdır!!!

Günah nədir?Yer üzündə günahsız bir insan yoxdur.Niyə?Çünki heç kim bilmir o nə deməkdir.Bir çox insanlar soruşur:"Mən pisliyəmmi yoxsa ixtiyarım var etməyə?".Razıyam bununla ki,heç kimin haqqı yoxdur kiməsə cəza verməyə,kiminsə həyatını həll etməyə,tək Allahdan başqa.Heç kimin ixtiyarı yox cinayətkarı öldürməyə və ya oğrudan nəsə oğurlamağa.Bəs yalanın günahı nədir?Kimisə qorumaq üçün yalan günahdırmı?Anaya oğlunun müharibədə ölümünü söyləmək əvəzinə onun itkin düşməsini söyləmək günahdırmı?Bəs anaya doğru deməklə onu həsrətdən öldürmək yaxşılıqdırmı?Ölən oğluna görə bütün dünyaya nifrət eləsə,Allaha nifrət eləsə onun ölümünə icazə verdi deyə?Bəs günah olacaqmı anaya yalan deməklə ona ümid vermək?Ana hər an qəlbində ümid edəcək ki oğlu sağdır,yaşayır,bir gün dönəcək,tək o anı gözləyəcək ki bir gün o dönəcək.Heç kim bilmir hansı daha doğrudur,tək Allahdan başqa.

Bilən tək Allahdır!!!

Özünəqəsd-böyük günahdır.Bəs başqaları uğrunda özünü öldürsə necə-bu günahmı yoxsa səxavətmi?Daimi suallar...Bəs helə bir vaxt gələcəkmi insanlar bu suallara cavab tapsın?Bu an bir sual ağlıma gəlir:idrak,ağıl nədir və biz insanlar idraklı,ağıllı varlıqlarıqmı?Ruh və ağıl-bunlar eyni şeylərdi yoxsa?Mənim üçün ruh-odur ki,yüksəklərə çırpınır,ağıl-odur ki,aşağıya dartır səni və ruhuna imkan vermir ki uçsun göylərə,ilhama gəlsin,həqiqəti dərk etsin.Mənim üçün bu həqiqət növbəti sualıma cavabdır:insanlar niyə doğulur,yaşayırlar,və sonra ölürlər.Ölmək-səni aşağıya dartan idrakını,ağlını itirmək deməkdir.Bax bu səbədən ruh bədəni tərk edir:onu artıq yer üzündə heçnə saxlamır,və o yüksəklərə sürətlə gedir,Allaha doğru.

Bilən tək Allahdır!!!

Yaxşılıq nə deməkdir?Yaxşılıq haqda deyilən hər bir şeylər nağılmı?Yaxşılıq və günahın sirrini mən o zaman anlayacam ki,ruhum bədənimi tərk edəcək,o zaman ki,mən Allaha doğru gedəcəm.Lakin nə qədər ki,mənim ağlım,idrakım var,mənə şübhələnmək verilib.Demək ki mən hər zaman bu seçim qarşısında duracam-olmaq yoxsa olmamaq,sevmək yoxsa sevməmək,inanmaq yoxsa inanmamaq?Doğru olan nədir?Bu haqda bilən tək Sənsən,Allahım!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

8 Aprel 2013 00:02

İnsanlar niye doğulur,yaşayır ve ölürler?
Qeşeng sualdı.

İlkay

22 Avqust 2012 11:53

Elbetdeki her weyi bilen,goren
Ewiden,yaradan,her weyi eden bilen Goren Tek Allahdir!

sahil2009

19 Avqust 2012 16:23

Haspi A L L. A H veni emelin Vekil ...... ( ALLAH mene yeter O en gozel vekildir)

Lektra

6 Mart 2011 17:08

Ela yazidir,teshekurler

Girbinne

6 Mart 2011 03:04

super yazıdı.mən hər yazını oxumuram))bunu çox bəyəndim.elə bil ürəyimi oxudun

Aidan

6 Mart 2011 02:36

Ama məni düşündürən 1 neçə suaL var.
Sənnən niyə qorxuram?
Sənə niyə qayıdacam?
Məni niyə yaratmısan?
Mən kiməm?
Bəs sən kimsən?

By_PRoMete.
--------------------
Dream it.
Wish it.
Do it.

rais 1983

5 Mart 2011 23:13

Bəli hər şeyi bilən, eşidən, bizlərə qismət edən bir olan ALLAHdır.

samuray 4

5 Mart 2011 22:38

AALLAH sizden razi olsun bilmeyenler bildi

MoNuElLa

5 Mart 2011 22:23

Super movzudu duzdu her seyi bilen her seyden agah olan ODUR!
Allahdir!
--------------------
Men Senin baxiwini sevdim....
Aglimi aparan,ureyimi isiden....♥



Son 1 gun..(

KaRoLeVa

5 Mart 2011 21:50

Maraqlı mövzudu. Allah razı olsun
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

DReaM

5 Mart 2011 21:49

ela movzudur..bezen ozumu elediklerimi dusunurem ele qerara geliremki men hec dua eleyib REBBIMDEN bir sey istemeye bele laiq deyilem...

QaRaCa

5 Mart 2011 21:44

minnetdaram her kese.Florcum cox saol...elleriniz var olsun

Mr_RoCCo

5 Mart 2011 21:39

Allah razı olsun..qəşəng mövzüdü
--------------------
FaceBook
Instagram - ageelvevo

FLOR

5 Mart 2011 21:36

be_with_you ellrine sagliq , tebii gunahsiz bende yoxdu , neyin duz neyin eyri oldugunu bizler yox Rebbimiz bilir .. tsk

elena

5 Mart 2011 21:14

Super yazilib twk...

Mamedovich

5 Mart 2011 21:12

Əla mövzudu ALLAH hər şeyi görüb biləndi

elena

5 Mart 2011 21:12

Super yazilib twk...

MR.QARRI

5 Mart 2011 21:07

Eşidən Görən və Bilən YALNIZ ALLAHDIR.............mövzunu bəyəndim....5+