Loading...
Dinimizdə göz muncuğu

Dinimizdə göz muncuğu

Loading...
Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: "Allah, nəzər muncuğunu taxan kimsənin işini tamamlamasın" (Hakim və Əhməd rəvayət etmişdir)
Digər bir hədisi şərifdə Rəsulullah (sallallahu aleyhi və səlləm) : "Kim bir şey taxsa bütün işləri o taxdığı şeyə təslim edilər" buyurmuşdur. (Tirmizi, Tibb: 24)

Müqəddəs kitabımız Qurani Kərimdə də Büt və bənzəri şeylərə tapınmaq onları aracı etmək qətiliklə qadağan edilmişdir.
Bir rəngli şüşə parçası, bir budaq parçası ya da uğurlu olduğunu düşündüyünüz bir əşya ya da böcək əslində günümüzün bütləridir. Çünki bunlar buraxın sizə bir fayda verməyi, özlərini belə qoruya bilməyən aciz obyektlərdir
Yunus Surəsi 18. ayədə Uca Rəbbimiz belə buyurur:
" Onlar Allahı buraxıb özlərinə nə zərər nə də fayda verə biləcək şeylərə tapınırlar və: Bunlar, Allah qatında bizim şəfaətçilərimizdir, deyirlər. De ki: "Siz Allaha göylərdə və yerdə bilməyəcəyi bir şeyimi xəbər verirsiniz? Haşa! O, onların ortaq qoşduqlarından uzaq və ucadır."
Nəzər muncuğunu taxmaq qətiliklə haramdır. Bu cahiliyyə dövründən davam edən mənasız bir adətdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurur: "Allah, nəzər muncuğunu taxan kimsənin işini tamamlamasın" (Hakim və Əhməd)

Peyğəmbərimizin tətbiq və tövsiyə etdiyi mənəvi dərmanlardan başqa yollara müraciət edib şəfa axtarmaq möminə yaraşmaz! Cahiliyyə dövründə Ərəblər bəzi xəstəliklərdən ötəri boyunlarına və qollarına müxtəlif alət və muncuqlar taxardılar. Dərman və şəfanı da o taxdıqları şeylərdən gözləyərdilər. Şirk qoxusu verən, müsəlmanın inancına uyğun gəlməyən bu növü işləri şiddətlə qadağan edən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), "Kim bir şey taxsa bütün işləri o taxdığı şeyə təslim edilər" buyurmuşdur. (Tirmizi, Tibb: 24)

Dinimizdə nəzər muncuğu

Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də nəzərlik istifadə etməni xoş qarşılamamış, bu kimi şeyləri üzərlərinə əsan kəslərin biyətlərini qəbul etməmişdir (Nəsai, Zinət, 17; İbn Macə Tibb, 39).
Bir gün Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) yanına on nəfərlik bir heyət biət üçün gəlmişdi. Allah Rəsulu doqquzundan biət almış onuncuya gəldikdə əlini onun əlindən çəkmişdi. Səbəbi soruşulduğu zaman Rəsulullah onun əlində göz nəzərlik (göz muncuğu) gördüyünü bildirmişdi. Bundan sonra o şəxs nəzərliyi qırıb parçalamış, Allah Rəsulu da ondan biət almışdı. Bundan sonra Allah Rəsulu (sallallahu aleyhi və səlləm) “kim üzərində nəzərlik gəzdirərsə şir qoşmuş olar.” –deyə buyurmuşdu.
Başqa bir hədisi şərifində Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurmuşdur:
"Uğursuzluq çıxarmaq şirkdir, uğursuzluq çıxarmaq şirkdir, uğursuzluq çıxarmaq şirkdir. (İxtiyarı olmadan ürəyinə uğursuzluq vəhmi gəlib içində bəzi şeylərə qarşı nifrət duyan) xaric bizdən kimsədə bu yoxdur. Lakin Allah onu təvəkküllə aradan qaldırar."

Uca Rəbbimiz Qurani Kərimdə belə buyurur:
"Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir."

Ənam Surəsi 6/17

Dinimizdə nəzər muncuğu
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

yasemen5

7 İyun 2013 22:54

Allah razı olsun.deyerli məsləhətlərdir

RAMIN_90

12 İyul 2011 23:04

Bunlar heqiqetende allahin varligina inanmamaqdir sikk qosmaqdir...

Heartless_

20 Fevral 2011 03:55

Çox sağ ol.ALLAH Razı Olsun...

tenzile

18 Fevral 2011 18:01

cox saqolun. smile

Nilay

15 Fevral 2011 16:39

Mr_RoCCo,
bunların hamısı dədə-babalarımızdan gələn boş-boş şeylərdi

MR.QARRI

15 Fevral 2011 16:31

əslində ŞİRK-di....yəni Allaha şərik qoşmaq.bu da dinimizdə haram və böyük günahdı.....

Mamedovich

15 Fevral 2011 14:50

Miss_Yerazka,
Sənin inanmaqınnan deyilki Nəzər duası var o haqda=)

Miss_Yerazka

15 Fevral 2011 14:25

Men Inaniram....Hemde Aksesuar Kimi Cooox Beyenirem Hetda Koleksiyam Var.....

NellY

15 Fevral 2011 12:51

Sitat: Damla_87
Nəzərdən qorunmaq üçün sadəcə bir qayda var oda_ İxlas, fələq, nas, surələrini oxumaqdır...Qalan hər şey bir işə yaramayan boş-boş inanclardır...

laughing

Emil

15 Fevral 2011 12:43

Sitat: Damla_87
Nəzərdən qorunmaq üçün sadəcə bir qayda var oda İxlas, fələq, nas, surələrini oxumaqdır...

Tamamilə razıyam)
--------------------

To get away clean, you have play dirty.

Mr_RoCCo

15 Fevral 2011 12:33

bunların hamısı dədə-babalarımızdan gələn boş-boş şeylərdi.
--------------------
FaceBook
Instagram - ageelvevo

GUNESH_88

15 Fevral 2011 12:15

sadece onu deyeremki bele inanclara inanmiram tsk winked

elena

15 Fevral 2011 12:07

goza muncugunu

nezere bir tesiri olduguna inanmiram.maraqli idi.twk...

Elif_87

15 Fevral 2011 10:26

Nəzərdən qorunmaq üçün sadəcə bir qayda var oda_ İxlas, fələq, nas, surələrini oxumaqdır...
Qalan hər şey bir işə yaramayan boş-boş inanclardır...

Dandoline

15 Fevral 2011 10:10

Bu cahiliyyə dövründən davam edən mənasız bir adətdir.

Bu, buna bənzər və bənzər olmayan mənasız cahil adətlərimiz o qədər çoxdur ki, saya-hesaba gəlmir...Əsrlər və mənim kimi adamlar lazımdır o adətlərin yer üzündən və hətta yaddaşlardan belə silinməyinə..