Loading...

Qəlb huzuru, ruhudur NAMAZIN!!!
Din
- 03 Dekabr, 2010
- 4 141 Baxış
Loading...

Hər şeyin bir bədəni, bir də ruhu vardır... Namazın ruhu da "qəlb huzuru"dur; qəlb huzuru olmayan bir Namaz sadəcə söz, cümlələr, hərəkətdən ibarətdir...
Qəlb Huzuru, Ruhudur Namazın...
Namazda qəlb huzurunun mənası; insanın Allah'a qəlbən yönələrək, qibləsi haradır, niyə namaz qılır, nə üçün dua edib, Allaha qulluq və ibadət etməsini bilməsidir...
Əgər insanın zehni digər məsələlərlə məşğul olarsa, insanın fikri başqa yerə yönələrsə: Hər səs, hər gəliş-gediş ona namaz qıldığını, nə etməkdə olduğunu unutdurarsa bu onda Namazı qəlbdən qılmadığı mənasına gələr...
Namazı qəlbdən qılmağın yolları: insan namazın mənasını, dediyi surələrin, ayələrin mənasını bilməlidir...

Digər bir yolu gediş-gelişlərin, səslərin olmadığı bir yerde Namaz qılmalıdır...
Bir başqa yolu namazdan qabaq və Namaz qıldığında Allahın insana neçə yaxın olduğunu və onu dinlədiyini düşünməsidir...
Dəyərli biri ilə görüşməyə getdiyinizdə ən yaxşı paltarıarınızı geyinər, ən yaxşı ətirinizdən istifadə edər və gözəl görünməyə çalışarsınız... Namaz qılarkən də ən yaxşı şəkildə geyinin və Onun huzurunda ibadətinizi edin...
Uca Allah varlıqların ən alisidir... Kainat və bütün varlıqların səbəkarı "O"dur...
Namaz Allahın zikridir... Əlimizdən gəldiyi qədər Uca Allahın ali varlıq bizim isə "O"na möhtac bir qul olduğumuzu xatırlasaq, qıldığımız Namaz da ən yaxşısı olar...
Düşünməliyik ki, biz "O" nun qarşısında əyilirik, bundan gözəl xoşbəxtlik ola bilərmi???
İbadət və namazlarımızda Allah'tan başqa heç kimi düşünməməyə, qəlbimizin, fikrimizin və diqqətimizin başqa yerlərə yönəlməməsinə çalışaq...

Gözümüzün nuru namazımız
Sən möminlərin inancısan, bizi düşdüyümüz yerdən qaldır...
Rəbbimizin huzuruna çıxıncaya qədər bizi tərk etmə...
Bizi Rəbbimizə yaxınlaşdır...
Bizi qəbirdə kimsəsiz qoyma ,bizi qəbir azabından qoru...
Bəla və müsibətlərə qarşı bizləri qoru... Ey Uca Rəbbim!
Namazın gözəlliyindən bizləri məhrum etmə!!!
Amin!!!
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...