Loading...

Duaların Sirrləri
Din
- 02 Dekabr, 2010
- 6 352 Baxış
Loading...

Hər gecə Nəhayət surəsi oxuyan kasıblıq görməz.
Mürsəlat surəsini oxuyan şirkdən uzaq olar.
Gecə və gündüz Fatihə surəsini oxuyan kimsədə tənbəllik, keylik olmaz.
Səhər yatağından qalxıb dəstəmaz alaraq 1 və 3 dəfə Ayətəəl Kürsini oxuyan kimsə o gün axşama qədər şeytan və insan şərrindən amanda qalar.
Bazar günü günəş doğularkən 10 dəfə İxlas surəsini oxuyub ondan sonra Allah (c. c) dan muradının hasil olmasını dua və niyaz edən kimsənin biiznillahi təala istəyi yerinə gəlir.
Vədduha surəsini hər gün səhər namazından sonra 11 dəfə oxuyanın ruzisi bol və məişəti geniş olar. Hər şeydə müvəffəqiyyət yolu açılar.
Özünə nəzər dəyən adama Hüməzə surəsi 3,5 və ya 7 dəfə oxunsa biiznillahi təala şəfa tapar.
Qureyş surəsini süfrəyə oturanda "Bismilləhir-rahmənir-rahim" ilə birgə oxunsa və ondan sonra yemək yeyilsə Allah (c. c) o yeməyi bərəkətli və mübarək edər.
5 vaxt namazdan sonra 3 dəfə İnşirah surəsini oxumağa davam edən kimsəyə Allah (c. c) ümid və hesab etmədiyi yerdən ruzisini göndərər.
Müzzəmmil surəsini oxumağı adət halına gətirən dünya və axirətdə bütün çətinlikləri asanlaşdırar.
Şəms surəsini çox oxuyanın nəsibi bol olar və hər getdiyi yerdə iltifat görər, müvəffəqiyyətli olar.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...