Loading...
Həcc ziyarəti imtiyaz deyil, borcdur...

Həcc ziyarəti imtiyaz deyil, borcdur...

Loading...
Həcc ziyarəti imkanlı müsəlmanların borcudur, yəni, dinimizə görə varlı sayılan hər müsəlman, heç olmasa, bir dəfə Kəbəni ziyarət etməyə borcludur. Əgər diqqət yetirmisinizsə, ölkəmizdə çoxları adının əvvəlində Hacı ünvanının işlədilməsini xoşlayır. Əgər məsələnin incəliklərinə varsaq, bu, o qədər də etik bir düşüncə deyil. Çünki, sən Allah qarşısında bir borcunu yerinə yetirmisən və təbii ki, bunu hamıya elan etməməlisən.

Həcc ziyarəti imtiyaz deyil, borcdur...

Həcc ziyarəti imtiyaz deyil, bir borcdur. Əgər bu ziyarəti yerinə yetirib insanlar arasında Hacı ünvanı ilə qürurlanan və bu ünvanı özü üçün imtiyaz hesab edən biri varsa, deməli, bu ibadətin mahiyyətindən xəbərsizdir. Kəbə Allah evidir və ən səmimi hisslərlə bu ünvanı ziyarət edən müsəlman günahlarının bağışlanacağına, tövbələrinin qəbul ediləcəyinə inanmalıdır. Hər kəs inandığı qədər təmizlənir. Ən böyük günahlardan biri də Kəbənin başına dolanarkən günahlarının bağışlanacağına şübhə etməkdir. Əgər o ünvanda da hələ ürəyində şübhə varsa, o mübarək topaqda da Allahın mərhəmətinə inanmırsansa, onda bu ibadət deyil, gəzintidir. Həcc ziyarəti nəfsindən imtina etməkdir, dünyanın gözəlliyindən, cazibəsindən uzaqlaşmaqdır, bir növ öıümdən sonrakı dirilişin bir variantını, bir ovqatını yaşamaqdır.

Həcc ziyarəti imtiyaz deyil, borcdur...

Həcc ziyarəti elə bir ibadətdir ki, övlad mərhum valideyinin əvəzinə belə bu ibadəti yerinə yetirə bilər. Müxtəlif üzrlü səbəblərlə bu səfərə çıxa bilməyən müsəlman bir başqasının bütün maddi ehtiyaclarını ödəmək şərtilə onu öz əvəzindən Həcc ziyarətinə göndərə bilər.
Kəbə Yer üzünün ən şərəfli ünvanıdır...
Elə imkanlı müsəlmanlar var ki, hər il bu ziyarəti özləri üçün ənənəyə çeviriblər. Ancaq, Allah bu ibadəti bizdən yalnız bir dəfə yerinə yetirməyi tələb edir. Hər il bu ziyarəti yerinə yetirmək əvəzinə dializ maşınına bağlanmış bir xəstənin sağlamlıq problemini həll etməsi, Allah qatında daha çox şey qazanmış olar.
ALLAH hər cür ziyarətinizi, ibadətinizi Uca Dərgahında qəbul etsin. Amin!!!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Elif_87

22 Noyabr 2010 09:53

Dəyərli şərhlərinizə görə təşəkkürlər...


Sitat: TARKANKA_210
Hətta ucuzlaşdırıblar artıq bu müqəddəs sözü Təşəkkürlər Cicişim


Cicişim xoş gəlmisən loveis ... Səni yenidən burada görmək girl_ten , çox yaxşı oldu...
Darıxmışdımee love ...

Nahid-19

21 Noyabr 2010 12:35

Kasıblara əl tutmaqda pis fkir deyil məncə..Təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Kewha

21 Noyabr 2010 08:25

ALLAH hər cür ziyarətinizi, ibadətinizi Uca Dərgahında qəbul etsin.
Amin........
Xebere gorede Tewekkurler.......

FLOR

21 Noyabr 2010 00:20

Allah her kesin ziyaretini qebul etsin

l2a1000

20 Noyabr 2010 23:05

Allah hər kəsə nəsib eləsin...

TARKANKA_210

20 Noyabr 2010 22:38

Əgər diqqət yetirmisinizsə, ölkəmizdə çoxları adının əvvəlində Hacı ünvanının işlədilməsini xoşlayır.

Hətta ucuzlaşdırıblar artıq bu müqəddəs sözü fellow
Təşəkkürlər Cicişim rose

Jovy

20 Noyabr 2010 22:32

Inshallah bizede qismet olar.

Emil

20 Noyabr 2010 22:22

Allah her kese nesib elesin , en choxda oranin arzusu ile yashayanlar uchun..Mende onlarin i4inde) winked
--------------------

To get away clean, you have play dirty.

Paris

20 Noyabr 2010 21:37

ALLAH hər bir müsəlmana nəsib etsin İNŞALLAH. Özdə öz halal zəhmətinlə qazanmış pul ilə gərək həcc ziyarətinə gedəsən.

_Zac_Efron_

20 Noyabr 2010 21:34

ALLAH butun muselmanlara Hecc ziyaretine getmek qismet etsin.AMIN.TWKR
--------------------
Лучше умереть стоя, чем жить на коленях

BLaCKSTaRIN

20 Noyabr 2010 20:57

ALLAH hər cür ziyarətinizi, ibadətinizi Uca Dərgahında qəbul etsin. Amin!!!

MR.QARRI

20 Noyabr 2010 20:52

inşallah mənə də qismət olar

BakıLıLaR

20 Noyabr 2010 20:41

Allah butun Namaz Qilanlara qismet elesun !

Mamedovich

20 Noyabr 2010 20:37

ALLAH hər cür ziyarətinizi, ibadətinizi Uca Dərgahında qəbul etsin. Amin!!!


ALLAH bütün müsəlmanlara qismət etsin AMİN !!!

___DiMaggio

20 Noyabr 2010 20:16

ALLAH-TEALA her kese Hecc ziyareti nesib etsin, biz de ichinde. INSHALLAH gedib biz de borcumuzdan chixariq. Kebeni gören insanin gözün hech ne teecüblendire bilmez.

ChocoLatte

20 Noyabr 2010 20:13

ALLAH her kese yol acsin her bir Muselmanin mence arzusudu ora getmek...TVde baxtim bir qadin olub orda mence o dunyanin en xosbext adamidi....

D-e-V-i-L

20 Noyabr 2010 20:06

Her bir Muselman Hece getmelidir!