Fon yüklənir...
Загрузка...

Malınızı Zəkatla Qoruyun

Загрузка...
Malınızı Zəkatla Qoruyun

Sual: Zəkatın əhəmiyyəti nədir?
Cavab:
Qurani Kərimdə, çox yerdə namazla zəkat birlikdə bildirilir. (Namazı qılın, zəkatı verin) buyurulur. Zəkat verməyənə, Allah lənət edər. Qıtlıqlara məruz qalar, təmiz malını çirklətmiş olar, o mal tələf olar. Hədisi şəriflərdə buyuruldu ki:
(Allaha və Rəsuluna inanan, zəkat versin!) [Taberani]

Zəkat verməklə müsəlmanlığınız mükəmməl olar. [Bezzar]

Ən fəzilətli ibadət namaz, sonra zəkatdır. [Taberani]

Xəstəni sədəqəylə, malı zəkatla qoruyun! [Deylemi]

Allahu təala, malınızın təmizlənib gözəlləşməsi üçün zəkatı fərz etdi. [Hakim]

Zəkat verməyənin namazı qəbul olmaz. [Taberani]

Zəkat verməmək haram olduğu üçün, belə günahkarın etdiyi namaz, səhih olub borcu ödənsə də, namazdan hasil olacaq savaba qovuşa bilməz.

Zəkat verməyən kimsəyə Allahu təala lənət edər. [Nəsəni]

Zəkat verməyən, təmiz malını çirklətmiş olar. [Taberani]

Zəkat verməyən kimsə, qiyamətdə atəşdədir. [Taberani]

Zənginlərin zəkatı kasıblara kafi gəlməsəydi, Allahu təala kasıbların ruzisini başqa yollardan verərdi. Ac qalan kasıb varsa, zənginlərin zülmü üzündəndir. [əl-Əsgəri]

Əli ayağı tutub çalışa bilənlərin zəkat istəməyi haramdır. İstəmədiyi halda özünə zəkat verilsə, götürməsi günah olmaz. Zəkat, yetərsaya malik olmayıb işləyə bilməyəcək qədər xəstə, şikəst olanlara və işləyib güclə dolananlara verilər. Allahu təala belə kasıbları millətin içində qırxda bir nisbətində yaratmışdır.

Zəkat verməyən bir cəmiyyət, rəhmətdən, yaxşılıqdan məhrum qalar. Heyvanlar da olmasa, heç rəhmət görməzdilər. [Taberani]

Zəkatı verilməyən mallar, quruda, dənizdə tələf olar. [Taberani]

Zəkatını verən o malın şərindən qorunmuş olar. [Beyheki]

Namaz qılmayan, oruc tutmayan bir Müsəlmanın da zəkat verməlidir.

Zəkat verməmək və borcunu ödəməmək haramdır. Din kitablarında, (Haram işləyənin, haram yeyənin duası qəbul olmaz) və (Fərz borcu olanın nafilələri qəbul olmaz) buyurulur. Zəkat verməyən zəngin, minlərlə kasıbın haqqını yemiş olduğu üçün və Allahu təalanın əmrini etmədiyi üçün, bunun heç bir yaxşılığı qəbul olmur. İmkanı varkən borcunu ödəməyən də, belə haqqlar altında qalmaqdadır.

Kasıba verilən qızıl, onu zəngin edəcək qədər çox olmamalıdır. Borcsuz kasıba yetərsay miqdarı və ya daha çox zəkat vermək, məkruh olaraq caizdir. 10 qr qızıl qədər borcu varsa, 100 qr /qızılı almağıməkruh olmaz. Qızılla gümüş, nə niyyətlə saxlanırsa, saxlansın, ticarət əşyasıdır. Yetərsay miqdarıdırsa, zəkatı verilər.

Bir gündəlik yeməyi olanın, zəkat və ya sədəqə istəməsi haramdır, lakin istəmədən verilən sədəqəni, zəkatı alması caizdir. Zəkatı möhtaclara verməlidir.

Müsəlmanın malında, zəkatdan başqa, kimsənin heç bir haqqı yoxdur. Rəsulullah, "Malda zəkatdan başqa haqq yoxdur"- buyurub.
Загрузка...

ŞƏRHLƏR

PeTTy

28 May 2013 16:43

İslamın 5 şertinden biridi,gelecekde yaxşı işim olsun,her il verecem İnşAllah.

Kewha

21 Oktyabr 2010 15:30

Allah razi olsun

MR.QARRI

18 Oktyabr 2010 13:23

lazımı məlumatdı...........

Balım

18 Oktyabr 2010 12:56

Cox lazimli mövzu idi...Malı cox olan zəkat verməlidir...Yoxsa hamı zəkat verməlidir deyə bir şey yoxdur.
Amma sədəqə vermək hamıya aiddir.Və sədəqə insanın ruzisini artirar - deyə eşitmişəm...

Dior Cherie

18 Oktyabr 2010 12:30

ewitmiwdim___))

hierro-11

18 Oktyabr 2010 09:20

bir az da zekatin verilme qaydasi , miqdari barede yazilsa yaxsi olar

LARACROFT

17 Oktyabr 2010 22:34

Nə vaxtdır belə xəbərlər oxumurdum.ALLAH razı olsun.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Nahid-19

17 Oktyabr 2010 22:10

Maraqlıdı ALLAH razı olsun....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Mamedovich

17 Oktyabr 2010 21:13

Bunu ewitmiwem ALLAH razi olsun Britney

Lineva

17 Oktyabr 2010 20:32

maraqliydi tşk

10-suz

17 Oktyabr 2010 18:47

maraqli melumatdi tsw

MY_CRAZY_FRIENDS_

17 Oktyabr 2010 17:09

smile

Kedicik_19

17 Oktyabr 2010 15:27

Cox sag ol xebere gore

Babydoll

17 Oktyabr 2010 15:14

6+
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

l2a1000

17 Oktyabr 2010 15:08

Allah Razı Olsun

SenSiZ SeninLeyeM

17 Oktyabr 2010 15:05

ORUCLUQDAN BASQA DIGER GUNLERDE DE MENCE ZEKAT VERILMELIDIR
loading...
Загрузка...