Loading...

Günahkar Ağızdan Çıxan Dua
Din
- 14 Oktyabr, 2010
- 2 546 Baxış
Loading...

Bir karvanda olan insanlar, Əbul-Həsən Harkani həzrətlərinin hüzuruna gəlib:
-Yollar qorxuludur. Bizə bir duanız, - deyə xahiş edəndə, buyurdu ki:
- Onda, Əbul-Həsəni gətirin!
Bu söz, gələnlərin xoşlarına gəlmədi. Yolda quldur qabaqlarına çıxdı. Hamısının mal və əmtəələrini götürdü. Tək, Əbul-Həsəni Harkani həzrətlərini xatırlayan insanların malına zərər gəlmədi. Bu hala yoldaşları çaşıb, səbəbini soruşanda:

- Əbul-Həsəni Harkanini xatırladım və xilas oldum, - cavabını aldılar.
Gəlib vəziyyəti Əbul-Həsən həzrətlərinə izah etdilər. Və:
- Biz Allahdan kömək istədik, quldurlar bizi soydu. Lakin səni xatırlayıb, səndən kömək istəyən bu yoldaş xilas oldu. Bunun hikməti nədir? - deyə soruşdular.
- O yoldaşınızı qurtaran, Allahu təaladır. Günahkar ağızdan çıxan duanı Allah qəbul etməz. Bunun üçün siz Allaha yalvardığınız zaman duanız qəbul olmadı. Bu yoldaşınız məni xatırlayıb imdad istəyəndə, mən də Rəbbimə dua etdim: "Ya Rəbbi! Bu qulunu bəladan qurtar." - dedim. Rəbbim mənim duamı qəbul etdiyi üçün, o yoldaşınız xilas oldu. Məsələ bundan ibarətdir." - buyurdu.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...